Axtarış
The search found 105785 results in 0.012 seconds.
Search results
Avropa Birliyi Venesueladakı seçkiləri tanımayacaq
Avropa Birliyi Venesuelada Konstitusiyanın yenidən yazılması məqsədi ilə yaradılacaq Müəssislər Məclisi üçün keçiriləcək seçki nəticələrini tanımayacaq.
Bu sözləri Avropa Parlamentinin (AP) rəhbəri Antonio Tajani deyib.
Bu seçkilərin Venesueladakı böhrana son qoymayacağını bildirən Tajani beynəlxalq təşkilatları buradakı insan ölümlərinin qarşısını almağa səsləyib.Muxalifet - 31-07-2017
ABŞ sanksiyalara son verməlidir - Kreml
ABŞ sanksiya diqtə etməyə son verməlidir.
Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, ABŞ Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərməlidir.
Peskov həmçinin Rusiyadan hansı diplomatların göndəriləcəyinə ABŞ-ın qərar verəcəyini bildirib.Muxalifet - 31-07-2017
Mingəçevirdə 2 yaşlı uşaq 3-cü mərtəbədən yıxılıb
Mingəçevir şəhərində azyaşlı üçüncü mərtəbədən yıxılıb.
Hadisə şəhərin Cəmil Əliyev küçəsi 3a saylı binada baş verib.
Belə ki, həmin binada 16 saylı mənzildə yaşayan 2015-ci il təvəllüdlü Ümid Məhərrəm oğlu Əliyev üçüncü mərtəbədən yerə yıxılıb. Azyaşlı xəstəxanaya çatdırılıb və hazırda uşaq şöbəsində müalicəsi davam etdirilir. Ümid Əliyevin vəziyyəti normal olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 31-07-2017
Cəlilabad sakinləri dənizdə batıb
Hər iki şəxs Bakıda fəhlə işləyirmiş
Cəlilabad rayon sakinləri dənizdə batıb.
Rayonun Xəlilabad kənd sakinləri - 22 yaşlı Təbriz Vilayət oğlu Məstiyev və 24 yaşlı Nohid Teymur oğlu Teymurov dənizdə çimərkən boğulublar. Hadisə ötən gün baş versə, də hələ də onların meyitləri tapılmayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.
Qeyd edək ki, hər iki şəxs Bakıda fəhlə işləyirmiş.Muxalifet - 31-07-2017
Tramp Skaramuççini 10 gün sonra istefaya göndərib
Bu barədə Amerika liderinin administrasiyasından bildiriblər
ABŞ prezidenti Donald Tramp maliyyəçi Entoni Skaramuççini təyin etdikdən 10 gün sonra Ağ evin kommunikasiyalar üzrə direktoru postundan kənarlaşdırıb.
RİA "Novosti" xəbər verir ki, bu barədə Amerika liderinin administrasiyasından bildiriblər.
Bundan əvvəl Skaramuççinin istefası barədə "New York Times" qəzeti məlumat verib. Nəşrin məlumatına görə, o, Ağ ev aparatının rəhbəri vəzifəsinə yeni təyin olunan Con Kellinin tələbi ilə istefaya göndərilib.Muxalifet - 31-07-2017
Göygöldə 23 yaşlı gənc günvurmadan ölüb
Göygöldə 23 yaşlı oğlan günvurma nəticəsində ölüb.
Hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
Kənddə tikintidə çalışan Tərtər rayon Sarov kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Orxan Turan oğlu günün altında işlədikdən sonra halı pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, O. Əliyev günvurmadan dünyasını dəyişib. Ölümün dəqiq səbəbi müayinədən sonra məlum olacaq.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.Muxalifet - 1-08-2017
Bu gün "Qarabağ" Çempionlar Liqasında tarixi oyuna çıxacaq
Rəqib Moldovanın Şerif kollektividir
Bu gün "Qarabağ" komandası Çempionlar Liqasında növbəti matçına çıxacaq.
Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Moldovanın "Şerif" kollektivinin qonağı olacaq.Muxalifet - 1-08-2017
Şıxov çimərliyində yaşlı kişi batıb
Kişinin meyiti tapılaraq sudan çıxarılıb
Bakının Səbail rayonunda dənizdə boğulma hadisəsi baş verib.
1967-ci il təvəllüdlü Əliyev Mübariz Cavad oğlu Şıxov çimərliyində batıb.
Onun meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 1-08-2017
“Range Rover” VAZ-2107-yə çırpıldı – Hamilə qadın uşağını itirdi
Qəza Xan Şuşinski küçəsində qeydə alınıb
Bakının Nəsimi rayonunda qəza zamanı hamilə qadının körpəsi tələf olub.
Qəza Xan Şuşinski küçəsində qeydə alınıb.Muxalifet - 1-08-2017
ABŞ-ın Rusiya səfirliyi ruslara viza verməyi dayandırıb
Hər gün 50-60 adama rədd cavabı verilir
Moskvanın ABŞ səfirliyi ştatının azaldılması barədə qərarından sonra Rusiyada Amerika vizalarının verilməsi üzrə imtinaların sayı xeyli artıb.
Bu barədə "The New York Tmes" nəşri yazıb.
Nəşrin rəyinə görə, bu, səfirliyin bəzi funksiyalarını, xüsusilə viza verilməsini poza bilər.
Viza verilməsi ilə məşğul olan şirkət əməkdaşı Şavkat Butayev bildirib ki, viza verilməsinə imtinaların sayı indidən artıb:Muxalifet - 1-08-2017
"Dağlıq Qarabağ münaqişəsinin yenidən qızışması regionda faciə ilə nəticələnə bilər" - İlan Syalom
Bu, təbiətə olmazın ziyanlar vura bilər
"İrəvan yaxınlığında yerləşən Metsamor nüvə stansiyası çox baxımsız və acınacaqlı vəziyyətdə fəaliyyət göstərir və Dağlıq Qarabağ münaqişənin yenidən qızışması regionda faciə ilə nəticələnə, təbiətə olmazın ziyanlar vura bilər".
Bunu "bloqs.alternatives-economiques.fr" internet blokuna verdiyi "Dağlıq Qarabağ münaqişəsi hədələyir" başlıqlı müsahibəsində Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) geosiyasətçisi və tədqiqatçı alimi İlan Syalom deyib.Muxalifet - 1-08-2017
Şenol Günəş Türkiyə millisinin baş məşqçisi olmaqdan imtina etdi
“Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəşin Türkiyə millisinin baş məşqçisi vəzifəsinə gətirilməsi baş tutmayıb.
Türkiyə Futbol Federasiyası Şenol Günəşə “Beşiktaş”la yanaşı milli komandaya da dörd oyunda rəhbərlik etməyi təklif etmişdi.
Lakin “Beşiktaş” klubu açıqlama yayaraq, həm klub prezidentinin, həm də Şenol Günəşin təkliflə razılaşmadığını bildirib. Klubun bəyanatında deyilir ki, Türkiyə Futbol Federasiyasının təklif etdiyi model nə milli komandaya, nə də Çempionlar Liqasında mübarizə aparan “Beşiktaş”a fayda verə bilər.Muxalifet - 1-08-2017
Pentaqondan yeni plan: Ukraynaya silah tədarük edilir
Pentaqon və ABŞ Dövlət Departamenti Ukraynaya tank əleyhinə raket və digər silahların tədarükünə dair plan hazırlayıb.
UNN agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
Qəzet yazır ki, Ukraynaya müdafiə silahlarının verilməsi Rusiyanın bölgədə aqressiv hərəkətlərinin qarşının alınmasına yönəlib.
“Lakin Ağ Ev administrasiyası Pentaqon və Dövlət Departamentinin təklifi ilə bağlı hələ ki, qərar qəbul etməyib”, qəzet yazıb.Muxalifet - 1-08-2017
"Bakı Avtomobil" zavodunda yanğın olub
Bakı şəhəri, Xətai rayonunda "Bakı Avtomobil" zavodunun ərazisində 1000 kvadratmetr sahədə qamışlıq və 50 ədəd istismara yararsız avtomobil şinləri yanıb.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, yaxınlıqdakı tikililər və yaxınlıqdan keçən dəmiryolu xətti yanğından mühafizə olunub.
Yanğın saat 00:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.Muxalifet - 1-08-2017
Məktəbəhazırlıq qruplarına elektron qaydada qeydiyyat başlanıb
Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017-2018-ci dərs ili üçün uşaqların elektron qeydiyyatı başlayıb.
Təhsil İdarəsindən verilən xəbərə görə, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu avqustun 1-dən sentyabrın 18-dək mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək.Muxalifet - 1-08-2017
“Koreya yarımadasındakı vəziyyətə görə ABŞ və KXDR məsuliyyət daşıyır” - Çin
Koreya yarımadasındakı gərgin vəziyyətə görə Çin yox, ABŞ və KXDR məsuliyyət daşıyır.
“İnterfaks” agentlyinin verdiyi xəbərə görə, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Lyu Tzei bəyan edib.
“İmkanlarından asılı olmayaraq Çin bu problemlə əlaqədar əməli nəticələr əldə edə bilməz. Çünki hər hansı müsbət irəliləyiş iki prinsipial tərəf – ABŞ və Şimali Koreyadan asılıdır. Bu səbəbdən Koreya yarımadasındakı vəziyyətə görə Çin deyil, rəsmi Vaşinqton və Pxenyan məsuliyyət daşıyır”, deyə Lyu Tzei bildirib.Muxalifet - 1-08-2017
"Putin ABŞ-da demokratiyaya hücum etməyin hesabını ödəyəcək" - MAKKEYN
Respublikaçı senator ABŞ və Rusiya diplomatlarının göndərilməsinə təəccüblənməyib
Respublikaçı senator Con Makkeyn amerikalı diplomatların Rusiyadan göndərilməsinə təəccüblənmədiyini bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.
C.Makkeyn bildirib ki, Vladimir Putin və onun ətrafı ABŞ demokratiyasına hücum etməyin hesabını ödəyəcək.Muxalifet - 1-08-2017
DİM sədri: “Ola bilər ki, bu il bir çox plan yerləri boş qalsın”
“Bu il ali məktəblər üçün 42 806 vakant yer təqdim olunub. Hətta ola bilər ki, bir çox yerlər boş qalsın”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Ötən illə müqayisədə vakant yerlərin 2 faiz artdığını qeyd edən M.Abbaszadənin sözlərinə görə, I qrupda bu göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda demək olar ki eyni qalıb, IV qrupda isə 3,5 faiz azalıb.Muxalifet - 1-08-2017
Bakı metrosunda qatarların hərəkəti ləngiyir – Səbəb
Buna səbəb qatarlardan birində nasazlıq yaranmasıdır
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Report"a bildirib ki, hadisəyə səbəb "Həzi-Aslanov" - "İçəri Şəhər" istiqamətində hərəkət edən 11 saylı qatarda nasazlıq yaranmasıdır.
"Qatarın nasaz olması ümumi xətdə qatarların ləngiməsinə gətirib çıxarıb. Yaxın saatlarda bu problem aradan qaldırılacaq", - o qeyd edib.Muxalifet - 1-08-2017
DAK-ın Rusiya qolunun başqanının ermənilərlə işbirliyini ƏRƏBLƏR pozdu - Sensasiya
Erməni rejissor Mirəşrəf Fətiyevin Dubaydakı evində “əsirdir”
İki gün öncə Rusiyanın “Kommersant” qəzeti rusiyalı rejissor Arik Manukyanın Birləşmiş Ərəb Əmirliklərində - Abu-Dabidə həbs edilməsi ilə bağlı xəbər yayıb. Səbəb Manukyanın əmirliklərin ən böyük məscidlərindən olan Şeyx Zayed məscidinin ərazisində evlənməyə hazırlaşan cütlük üçün klip çəkərkən drondan - “uçan” kameradan istifadə etməsi olub.Muxalifet - 1-08-2017