Axtarış

The search found 105785 results in 0.02 seconds.

Search results

  1. “Bu il Azərbaycanda işsizlk maksimal həddə çatacaq” - BEYNƏLXALQ REYTİNQ AGENTLİYİ

    2018-ci ildən başlayaraq isə işsizlik səviyyəsi azalacaq
     
    Bu il Azərbaycanda işsizlik səviyyəsinin artacağı, növbəti 3 ildə isə azalacağı ehtimal edilir.
    Belə bir proqnozla "Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın 2020-ci ilə qədər iqtisadi perspektivləri barədə hesabatında çıxış edib.
    Hesabatda bildirilib ki, 2018-ci ildə Azərbaycanda işsizlik 5,5%-ə, 2019-2020-ci illərdə isə 5%-ə enəcək.

    Muxalifet - 31-07-2017

  2. “Azərbaycan ordusu apreldə daha çox ərazini azad etməli idi” – Xamneyinin nümayəndəsi

    Seyyid Həsən Amuli: “İran və Azərbaycan bir millət-iki dövlətdir”
     
    “Biz öz torpaqlarımızın izzətini necə istəyiriksə, Azərbaycan üçün də o cür izzət və başucalığı istəyirik”.
     Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyyid Həsən Amuli deyib.

    Muxalifet - 31-07-2017

  3. PUA və zirehli texnikalar 10-dan çox ölkəyə ixrac olunur - Nazir

     “Cari ilin sonunadək xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, avtomatların, müxtəlif tipli artilleriya atəş yığımlarının, VOQ-25P tipli atəş yığımının, artilleriya mərmiləri üçün partladıcıların və s. məmulatların silahlanmaya tövsiyə edilməsi nəzərdə tutulur”.
     
     Müdafiə Sənayesi Nazirliyindən (MSN) verilən məlumata görə, bunu nazir Yavər Camalov MSN-nin müəssisələrində 2017-ci ilin birinci yarım ilinin yekunlarına dair səyyar kollegiya iclasında deyib.

    Muxalifet - 31-07-2017

  4. İstanbulda polis rəisi öldürülüb

    Türkiyənin İstanbul şəhərinin Silivri rayon polis idarəsinin rəisi Hakan Çalışkan qətlə yetirilib.
     
    "Hürriyet"in verdiyi məlumata görə, səhər saatlarında işə gələn əməkdaşlar rəisi ölü vəziyyətdə aşkarlayıblar. Onun başından güllələnərək öldürüldüyü məlum olub. Hadisə yerinə gələn prokuror araşdırma aparıb.
     H. Çalışkanın evli və 2 uşaq atası olduğu açıqlanıb.

    Muxalifet - 31-07-2017

  5. “Jara” festivalında Alla Puqaçovaya təcili yardım çağrıldı

     Bakıda keçirilən "Jara" musiqi festivalında iştirak edən Alla Puqaçova təcili tibbi yardıma ehtiyac duyub.
     
    Bakıdakı isti hava eyni zamanda digər rus sənətçilərinin də səhnə proqramlarına da təsir göstərib. Musiqiçilər İnstaqram səhifələrində belə istidə səhnədə çıxış etməyin çətin olduğunu etiraf ediblər.

    Muxalifet - 31-07-2017

  6. İsrail mətbuatına rəsmi ETİRAZ EDİLDİ – BÖHTANDIR

    İyulun 30-da İsrailin "Haaretz" qəzeti Azərbaycanla bağlı yalan və böhtandan ibarət növbəti yazı dərc edib.
     
    Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov AZƏRTAC-a bu yazı ilə bağlı münasibət bildirib. Prezidentin köməkçisi deyib:
    -Təəssüf ki, məsuliyyət hissindən məhrum bəzi mətbuat orqanlarının təmsilçiləri vaxtaşırı yalan və böhtan xarakterli məlumatları yaymağı özlərinə peşə hesab edirlər.

    Muxalifet - 31-07-2017

  7. PYD “terror dövləti” qurmaq yolunda addımlar atır

    Suriyanın şimalında PYD terror təşkilatının nəzarətindəki bölgələrdə yerli bələdiyyə və məclis seçkiləri payızda keçiriləcək.
     
    Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.
    Qeyd edək ki, PYD PKK-nın Suriya qanadı sayılır. Türkiyə PYD-ni də terror təşkilatı olaraq görür. Ankara həmçinin burada kürd dövlətinin yaradılması ilə heç bir halda razılaşmayacağını da açıqlayıb.

    Muxalifet - 31-07-2017

  8. Erməni nazir Ukraynada çevrilişə hazırlaşır

    Nazirlər Kabinetində Ukraynanın Daxili İşlər naziri Arsen Avakovun rəhbərliyi altında hakimiyyəti ələ keçirməyə çalışan qrup fəaliyyət göstərir.
     
    Bu sözləri Poroşenko Blokundan olan millət vəkili Sergey Leşçenko deyib. Millət vəkilinin sözlərinə görə, Ukraynada onsuz da rəsmi və ya qeyri-rəsmi qaydada heç bir qərar Avakovun iştirakı olmadan qəbul edilmir:
    “Onun rəhbərliyi altında fəaliyyət göstərən “Avakov dəstəsi” 3 yerə bölünür:
    Təbliğat qrupu: “Xalq cəbhəsi”ndən olan millət vəkili Anton Geraşenko və Avakovun müşaviri Zoryan Şkiryak;

    Muxalifet - 31-07-2017

  9. Amerikalı qadın “Azərbaycan corabları” şirkəti açıb

    Bir il bundan qabaq əslən ABŞ-ın Minnesota ştatından olan 33 yaşlı Teresa Hamlin Azərbaycanda "Azərbaycan corabları" adlı bir şirkət təsis edib.
     
    ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində bildirir ki, Azərbaycan kəndindən birində ingilis dilini tədris edən Teresa, yerli əhali tərəfindən geyinilən corablarla maraqlanan bir çox turistə rast gəlib.

    Muxalifet - 31-07-2017

  10. Şenol Günəşə Türkiyə yığmasına rəhbərik etmək təklif olunub

    Yıldırım Dəmirörən bu gün nahardan sonra 65 yaşlı mütəxəssislə öz evində görüşüb
     
     “Beşiktaş” komandasının baş məşqçisi Şenol Günəşə Türkiyə yığmasına rəhbərlik etmək təklif olunub.
    “Hürriyet”in məlumatına görə, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən bu gün nahardan sonra 65 yaşlı mütəxəssislə öz evində görüşüb.
    Federasiya rəhbərinin Ş.Günəşə “Beşiktaş”dakı işini davam etdirmək şərti ilə Türkiyə millisini 2018-ci il dünya çempionatının son 4 oyununa çıxarmağı təklif etdiyi bildirilir.

    Muxalifet - 31-07-2017

  11. “Rusiyanı tərk edəcək diplomatları ABŞ müəyyənləşdirəcək” - Peskov

     "ABŞ-ın diplomatik missiyasının hansı əməkdaşlarının Rusiyada işini dayandıracağına Vaşinqton qərar verəcək".
     
    "RİA Novosti" xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    Muxalifet - 31-07-2017

  12. Əhmədinecatın dönəmində 2 milyard dollarlıq mənimsəmə

     İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın adı 7 cinayət işində hallanır.
     
    Bu barədə ölkə prokurorluğunun mərkəzi audit məhkəməsində nümayəndəsi Fayyazad Şüyaye bildirib.
    Keçmiş prezidentin adı ictimai fondlardakı mənimsəmə faktlarında başlıca fiqur olaraq hallanır.
    F.Şüyaye bildirib ki, məsələyə dair sənədlər auditor məhkəməsinin tabe olduğu İran parlamentinin təsdiqinə göndərilib. Bundan sonra ittiham formal olaraq qüvvəyə minir.

    Muxalifet - 31-07-2017

  13. “ABŞ Rusiya təhlükəsinin qarşısını almaq üçün hər şeyi edəcək” - Pens

    ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) Rusiyanı NATO ölkələri üçün təhlükə adlandırıb.
     
     “RİA Novosti”nin verdiyi məlumata görə, M. Pens bunu Estoniyanın paytaxtı Tallində Baltik ölkələrinin rəhbərləri ilə görüşündən sonra bildirib.

    Muxalifet - 31-07-2017

  14. Şəkidə MEŞƏ YANIR

    Şəki rayonunda yanğın hadisəsi baş verib.
     
    Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, ilkin məlumata əsasən, Şəki rayonu, Biləcik kəndində meşə zolağında kol-kos və quru ot yanır.
     Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikası cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək./apa

    Muxalifet - 31-07-2017

  15. “Qarabağ”ın səfər matçı canlı yayımlanmayacaq... - SƏBƏB

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Şerif” – “Qarabağ” matçının canlı yayımlanmaq ehtimalı çox azdır.
     
    Buna səbəb Moldova klubunun yayıma müsbət yanaşmamağıdı.
     Ağdam təmsilçisi hələ ilk matçdan əvvəl qarşı tərəfə oyunların yayımlarının dəyişdirilməsini təklif etsə də, “Şerif” rəhbərliyi buna razılıq verməmişdi. Buna baxmayaraq, “Qarabağ” Tiraspoldakı cavab görüşünün ölkəmizdə yayımlanmasına çalışır. Ancaq moldovalılar bunun üçün 50 min avro tələb ediblər. Üstəlik, Moldovada HD yayım da yoxdu.

    Muxalifet - 31-07-2017

  16. Gözəl Bayramlının ayaqları tutula bilər – Vəkil

    Məhkəmə AXCP sədrinin müavinin şikayətini təmin etməyib
     
    İyulun 31-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının mayın 25-də və 26-da qanunsuz saxlanılması və hüquqların pozulması ilə bağlışikayətinitəmin etməyib.
    Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə müsahibəsində bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

    Muxalifet - 31-07-2017

  17. Çingiz Qənizadəyə “Şöhrət” ordeni verildi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çingiz Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
     
    Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Çingiz Aşralı oğlu Qənizadə “Şöhrət” ordeni ilə təltif edilib.

    Muxalifet - 31-07-2017

  18. Gürcüstan: Saakaşvili ekstradasiya olunacaq

    Gürcüstanın hazırkı hökuməti eks-prezident Mixail Saakaşvilinin Ukraynaya döndükdən sonra ekstradisiya ediləcəyini açıqlayıb.
     
    Bu sözləri Gürcüstanın Ədliyyə naziri Teya Tsulukiani deyib.
    Onun sözlərinə görə, Saakaşvili Ukraynaya dönən kimi Kiyevlə Tiflis arasında danışıqlar başlanacaq:

    Muxalifet - 31-07-2017

  19. Quyuya atılan 6 günlük körpənin bədəninə tikiş iynəsi yeridilibmiş

    Lənkəranda meyiti quyudan tapılan 6 günlük körpənin öldürüldüyü ilə bağlı daha bir versiya üzə çıxıb.
     
    Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində aparılan ekspertiza zamanı ölən körpənin bədənində qıyıq (iri iynə, yorğan iynəsi) və sancaq dəlikləri müşahidə olunub. Körpənin bədənində, döş qəfəsinin sol nahiyəsində daxilə nüfuz edən tikiş iynəsi aşkar edilərək çıxarılıb. Bu barədə Darquba kənd sakinlərindən adının açıqlanmasını istəməyən şəxs "Report"a bildirib. Fakt polis əməkdaşları tərəfindən də təkzib olunmayıb.

    Muxalifet - 31-07-2017

  20. Ruslar aylarla ABŞ-a viza üçün gözləyəcək – Keçmiş səfir

    ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Kremlin ölkədəki amerikalı diplomatların sayını azaltmaq qərarının Rusiya vətəndaşları üçün mümkün nəticələrindən danışıb.
     
    Keçmiş səfir rəsmi Tviter hesabında Rusiya vətəndaşlarına xəbərdarlıq edib. Rusiyada 755 ABŞ diplomatının olmasına şübhə ilə yanaşdığını bildirən keçmiş səfir deyib:
    “Əgər bu ixtisarlar reallaşarsa, onda Rusiya vətəndaşları ABŞ-a viza almaq üçün həftələrlə, hətta aylarla gözləməyə hazır olsunlar”.

    Muxalifet - 31-07-2017

Pages