Axtarış

The search found 105785 results in 0.015 seconds.

Search results

  1. 38 yaşlı qadın xlor içərək özünə qəsd etdi - SURAXANIDA

     Bakıda 38 yaşlı qadın intihara cəhd edib.
     
    1979-cu il təvəllüdlü İbrahimova Afət Sabir qızı Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsi 5 ünvanındakı parkda xlor içərək özünü zəhərləyib. O, xəstəxanaya yerləşdirilib.
     A.İbrahimovanın hansı səbəbdən həyatına qəsd etmək istəməsi araşdırılır./lent.az

    Muxalifet - 30-07-2017

  2. 23 yaşlı qız sənədini və paltarlarını götürüb evdən qaçdı - BAKIDA

    Bakıda 23 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.
     
    Xətai rayonu Zeytun küçəsində yaşayan Nəzakət Əliyeva (adlar şərtidir) müraciətində bildirib ki, 4 gün əvvəl qızı Əliyeva Nərmin Əlimusa qızı şəxsiyyət vəsiqəsini və paltarlarını götürərək evdən qaçıb.
     Şikayətçi qadın qızının yerinin müəyyən edilərək tapılması üçün polisdən kömək istəyib.
     Araşdırma aparılır./lent.az

    Muxalifet - 30-07-2017

  3. Bakının mərkəzində ərəb turist biznesmeni döydü – RESTORANDA DAVA

    Bakıda xarici ölkə vətəndaşları arasında dava-dalaş olub.
     

    Muxalifet - 30-07-2017

  4. Özünü 5-ci mərtəbədən ATDI - SUMQAYITDA

    Sumqayıtda intihar hadisəsi baş verib.
     
    Hadisə şəhərin 4-cü mikrorayon ev 29/4 ünvnında qeydə alınıb. Belə ki, şəhər sakini Xaqani Kazımov  özünü 5-ci mərtəbənin eyvanından  ataraq intihar edib.  Onun meyiti səhər saatlarında binanın həyətində aşkar edilib.  X. Kazımovun təxminən 45-50 yaşlarında olduğu bildirilir.  İntihar zamanı o evdə tək olub.
    Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.
    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır

    Muxalifet - 30-07-2017

  5. Lənkəranda icra nümayəndəsinin müavini bıçaqlandı

    Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
    Günəhir ərazi icra nümayəndəsinin müavini, 1977-ci il təvəllüdlü Mirzəyev Famin Mirhüseyn oğlu bıçaqlanıb.
    İlkin məlumata görə, onu vuran şəxs Sumqayıt şəhər sakinidir. O, Günəhir kəndindən qız alaraq evlənib. Hadisənin təfərrüatları açıqlanmasa da, hadisənin mübahisə zəminində baş verdiyi söylənilir.
    Bıçaq xəsarəti alan F.Mirzəyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
    Faktla bağlı 102 xidmətinə məlumat verilib. Fakt üzrə araşdırma aparılır. ("Report")

    Muxalifet2 - 30-07-2017

  6. ​Bakıda daha bir qəsəbə büsbütün söküləcək

    Yaxın günlərdə Keşlədəki “Şanxay” adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki evlərin söküntüsünə başlanılacaq. Bu barədə virtualaz.org saytına “Şanxay” sakinlərinin özləri məlumat veriblər.
    “Şanxay”lıların sözlərinə görə, ötən həftədən evlərin qeydiyyata alınmasına başlanılıb. Qeydiyyata alınan evlərin ümumi yaşayış sahəsi ölçülür. Sentyabrdan evlərin sökülməsinə başlanılacağı bildirilib.

    Muxalifet2 - 30-07-2017

  7. Dənizdə 3 nəfər batıb

    İki nəfərin meyiti sudan çıxarılıb, birinin axtarışları davam etdirilir
     
    Bakı çimərliklərində 3 nəfərin batması ilə nəticələnən bədbəxt hadisə baş verib.
    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olan məlumatlarda bildirilir.

    Muxalifet - 30-07-2017

  8. İrandan ABŞ-a təhdid: Nüvə anlaşmasından çıxa bilərik

    Tehran Vaşinqtonu sazişin icrasını pozmaq cəhdində ittiham edib
     
    İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bildirib ki, xərclər gəlirləri üstələyəcəyi təqdirdə, ölkəsi Birgə əhatəli fəaliyyət planı (BƏFP) haqqında sazişi tərk edə bilər.
    Bundan başqa, Arakçı Vaşinqtonu sazişin şərtlərinin yerinə yetirilməsini pozmaq və bunda məsuliyyəti Tehranın üzərinə atmaq cəhdində ittiham edib.
    "İran İslam Respublikası BƏFP-yə o, ölkənin xeyrinə xidmət edəcəyi müddətcə riayət edəcək", - deyə o bildirib.

    Muxalifet - 30-07-2017

  9. “Jiquli”in təkəri partladı, aşdı – Sürücü ÖLDÜ

    Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
     
    Hadisə Samux şəhərindən Kür çayına gedən yolda qeydə alınıb.
     “VAZ 2106” markalı minik avtomobili hərəkətdə olarkən təkəri partlayıb və maşın aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
     Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır./apa

    Muxalifet - 30-07-2017

  10. Azərbaycan cüdoçusu Avropa çempionu oldu

    Gənc cüdoçular arasında Avropa kuboku yarışına yekun vurulub
     
    Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına yekun vurulub.
    Mötəbər yarışın sonuncu günündə cüdoçularmız daha 2 medal qazanıblar.
    100 kq çəki dərcəsində mübarizə aparan Zelim Kotsiyev bütün rəqiblərindən güclü olaraq Berlində növbəti dəfə Azərbaycan bayrağını dalğalandırıb. Digər təmsilçimiz Naim Hüseynov (81 kq) Avropa kubokunun bürünc medalına sahib olub.

    Muxalifet - 30-07-2017

  11. Putin: “755 ABŞ diplomatı Rusiyanı tərk etməli olacaq”

    ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk etməli olacaq.
     
     “Vesti.ru”-nun verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
     “ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı ölkəni tərk etməli olacaq. Beləliklə, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər”, deyə V.Putin bildirib.

    Muxalifet - 30-07-2017

  12. Hacıqabulda evə silahlı basqın - Ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB

    Onun tərki-silah edilərək yaxalanması istiqamətində əməliyyat tədbirləri görülür
     
    Hacıqabulda silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
    Naməlum silahlı şəxs evə girərək 4 nəfəri qətlə yetirib, daha sonra özünü öldürüb.
    Öldürülənlər bir ailənin üzvləri olublar. Bunlar Namiq və Nazim Məmməd oğlu Qəmbərovlar, həmçinin Gülbağda və Almara Məmməd qızı Qəmbərovalardır./report
    ***07:00
    Hacıqabulda 2 nəfərin öldürülməsi, 1 nəfərin ağır yaralanması ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

    Muxalifet - 31-07-2017

  13. "Vaşinqton Pxenyana qarşı güc tətbiq etməyə hazırdır" – ABŞ generalı

    Şimali Koreya regionda sabitliyə ən aşkar təhlükə olaraq qalır
     
    Birləşmiş Ştatların Silahlı Qüvvələri zərurət yaranarsa, KXDR-in hərəkətlərinə cavab olaraq güc tətbiq etməyə həmişə hazırdır.
    TASS xəbər verir ki, bunu bazar günü ABŞ Hərbi Hava Qüvvələrinin Sakit okean üzrə komandanı general Terrens O'Şonessi bildirib.
    "Şimali Koreya regionda sabitlik üçün ən aşkar təhlükə olaraq qalmaqdadır", - deyə "Fox News" telekanalı generalın sözlərini sitat gətirib.

    Muxalifet - 31-07-2017

  14. 2 avtomobil piyadanın üzərindən keçib - BAKIDA

    Meyit tanınmaz hala düşdüyündən şəxsiyyətini müəyyən etmək mümkün olmayıb
     
    Bakının Sabunçu rayonunda piyadanın faciəvi ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Aeroport yolunda təxminən 50 yaşlı kişini "Mercedes" markalı maşın vuraraq üzərindən keçib. Onun arxası ilə hərəkətdə olan digər nəqliyyat vasitəsi də piyadanın üstündən keçib.
    Kişi hadisə yerində ölüb. Meyit tanınmaz hala düşdüyündən onun şəxsiyyətini müəyyən etmək, hələlik mümkün olmayıb.
    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində istintaq aparılır.|report

    Muxalifet - 31-07-2017

  15. "ABŞ-ın Rusiyaya qarşı münasibəti tezliklə dəyişən deyil" - Putin

    Biz kifayət qədər uzun müddət gözlədik ki, bəlkə yaxşılığa doğru nəsə dəyişə
     
    Prezident Vladimir Putin hesab edir ki, ABŞ-ın Rusiyaya qarşı münasibəti əgər dəyişəcəksə də, bu, tezliklə olan şey deyil.
    Bunu o, Ümumrusiya Dövlət Televiziya və Radioyayım Şirkətinin aparıcısı Vladimir Solovyova müsahibəsində bildirib.

    Muxalifet - 31-07-2017

  16. Kür çayına baş vurdu, boynu qırıldı - YEVLAXDA

    Yaralının vəziyyəti ağırdır
     
    Yevlaxda çayda çimmək istəyən şəxsin başına bədbəxt hadisə gəlib.
    Hadisə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.
    Yevlax şəhəri, Şəhriyar küçəsi, 32 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əsədov Ravil Niyaz oğlu dostları ilə Kür çayı sahilində istirahət zamanı suya baş vurub. Bu zaman onun başı suyun dibində olan daşa dəyib.

    Muxalifet - 31-07-2017

  17. Həbsxanadan kütləvi qaçış baş verib – ABŞ-da

    Ümumilikdə 12 məhbus qaça bilib
     
    Birləşmiş Ştatların Alabama ştatında yerləşən federal həbsxanada məhkumlar tərəfindən kütləvi qaçış olub.
    "FOX News"a istinadən xəbər verir ki, ümumilikdə 12 məhbus qaça bilib.
    Hazırda onlardan 6-sı azadlıqdadır, digərləri yaxalanıb.

    Muxalifet - 31-07-2017

  18. Qazax İcra Hakimiyyəti başçısının müavini işdən azad edilib

    Həmin vəzifəyə hələ ki, yeni təyinat olmayıb
     
    Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun birinci müavini işdən azad edilib.
    Fərman Məhəmməd oğlu Nağdəliyevin öz ərizəsi ilə işdən çıxdığı bildirilir.
    Həmin vəzifəyə hələ ki, yeni təyinat olmayıb.

    Muxalifet - 31-07-2017

  19. Hacıqabulda evə silahlı basqın, 5 nəfər ölüb, bir nəfər yaralanıb- YENİLƏNİB - VIDEO

    Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb.
     
     Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

    Muxalifet - 31-07-2017

  20. “Rusiyanın ABŞ diplomatları ilə bağlı qərarı əsassızdır” – Dövlət Departamenti

    Rəsmi Moskvanın ABŞ diplomatları ilə bağlı qərarı əsassızdır.
     
    TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi bəyan edib.
     “Bu, təəssüf doğuran və tamamilə əsassız qərardır. Hazırda biz qərarın təsirini qiymətləndirir, müvafiq cavab hazırlayırıq. Bu səbəbdən əlavə şərhə ehtiyac duymuruq”, deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

    Muxalifet - 31-07-2017

Pages