"Bakı Avtomobil" zavodunda yanğın olub

Bakı şəhəri, Xətai rayonunda "Bakı Avtomobil" zavodunun ərazisində 1000 kvadratmetr sahədə qamışlıq və 50 ədəd istismara yararsız avtomobil şinləri yanıb.
 
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, yaxınlıqdakı tikililər və yaxınlıqdan keçən dəmiryolu xətti yanğından mühafizə olunub.
Yanğın saat 00:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.