Cəlilabad sakinləri dənizdə batıb
31-07-2017 20:47

Hər iki şəxs Bakıda fəhlə işləyirmiş
Cəlilabad rayon sakinləri dənizdə batıb.
Rayonun Xəlilabad kənd sakinləri - 22 yaşlı Təbriz Vilayət oğlu Məstiyev və 24 yaşlı Nohid Teymur oğlu Teymurov dənizdə çimərkən boğulublar. Hadisə ötən gün baş versə, də hələ də onların meyitləri tapılmayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.
Qeyd edək ki, hər iki şəxs Bakıda fəhlə işləyirmiş.