Axtarış

The search found 105785 results in 0.011 seconds.

Search results

  1. “İstefa verməmişəm, işdən çıxarılmışam” – Fateh Terim

    Türkiyə millisinin baş məşqçisi vəzifəsindən ayrılan Fatih Terim bu gün Tvitter hesabından açıqlama yayıb.
     
    Fatih Terim qeyd edib ki, o üç il yarımdır çalışdığı Türkiyə Futbol Federasiyasındakı (TFF) vəzifəsindən istefa verməyib, çıxarılıb.

    Muxalifet - 31-07-2017

  2. Türkiyədən ABŞ-a cavab: Təxribatdır

    Təxribat xarakterli xəbərlərə etiraz edirik.
     
    Bu sözləri ABŞ Prezidenti Donald Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqarkın Türkiyə haqqındakı sözlərinə cavab verən Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu deyib.
    Müftüoğlu Türkiyənin cavabının Ankaranın ABŞ-dakı səfirliyi vasitəsi ilə Vaşinqtona çatdırılacağını bildirib.
    Qeyd edək ki, Brett Makqark Türkiyəni terroru dəstəkləməkdə günahlandırmışdı./axar.az

    Muxalifet - 31-07-2017

  3. 43 yaşlı kişi özünü ASIB - LƏNKƏRANDA

    Lənkəranda intihar hadisəsi qeydə alınıb.
     
    Hadisə rayonun Girdani kəndində baş verib.
    Kənd sakini 1974-cü il təvəllüdlü Əkrəm Qəhraman oğlu Kərimov yaşadığı evin həyətində özünü asaraq intihar edib. Onun hansı səbəbdən canına qıyması isə hələlik məlum deyil.
    Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maadəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

    Muxalifet - 31-07-2017

  4. İcra nümayəndəsinin müavinini bıçaqlayan şəxs saxlanılıb

    Lənkəran rayonunda icra nümayəndəsinin müavinini bıçaqlayan şəxs saxlanılıb
     

    Muxalifet - 31-07-2017

  5. Binədə 55 yaşlı kişi özünü ASIB

    Bakı şəhərində intihar hadisəsi baş verib.
     
    Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb. Orada yaşayan 1962-ci il təvəllüdlü Əfail İbrahim oğlu Veysəlov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./apa

    Muxalifet - 31-07-2017

  6. Bakıda 18 yaşlı qız itkin düşüb

    Bakı şəhərində 18 yaşlı qız itkin düşüb.
     
    Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan 1999-cu il təvəllüdlü Aytac Ağayevanın itkin düşməsi barədə polisə məlumat daxil olub.
     Daxil olan məlumat əsasında axtarışlara başlanıb.

    Muxalifet - 31-07-2017

  7. ABŞ səfirliyi qarşısında “Allahu Əkbər” deyə qışqıran şəxs saxlanılıb - BAKIDA

    ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib.
     
    Naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.
     Nəsimi rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb./apa

    Muxalifet - 31-07-2017

  8. Azərbaycanlı jurnalist qəzaya düşdü – ABŞ-da

    Amerikada yaşayan azərbaycanlı aparıcı Aynur Talıbova qəzaya düşüb.
     
    Bu haqda A.Talıbovanın özü sosial şəbəkədə bildirib. O, hadisənin forolarını da paylaşaraq, yazıb:
    “Mərdimazarı axtarmaqla deyil. Bir şəkildə gəlib özü tapır adamı. Şəkildəki kimi. Saatda 30 mile sürətlə hərəkət edərkən arxadan 120 sürətlə "uçan" nəşəli bir qarabala bu paylaşımı görən eşidən nə qədər sayda "qələm sahibini" xoşbəxt elədiyinin fərqində deyil... Buyurun, sevinin, əcəb oldu deyin.

    Muxalifet - 31-07-2017

  9. Səudiyyə Ərəbistanı: "Qətərin Kəbə tələbi müharibə elan etməkdir"

    Səudiyyə Ərəbistanı Qətər hökumətinin Kəbəyə beynəlxalq status verilməsi barədə bir tələbinin olduğunu iddia etdi.
     
    Səudiyyənin xarici işlər naziri Adil əl Cubeyr bu barədə açıqlama verib. Səudiyyəli diplomat belə bir tələbin müharibə elan etmək olduğunu deyib.
    Əl Cubeyr "Əl Ərəbiyə" televiziyasına verdiyi müsahibədə deyib: "Qətərin Məkkəyə dair beynəlxalq status tələbi hücumdur və krallığa qarşı müharibə elan etməkdir".

    Muxalifet - 31-07-2017

  10. Hacıqabulda Mübariz Mehdiyev evə "Moskva Natiq"ə görə basqın edib

    Hacıqabulda 5 nəfərin öldürülməsi ilə nəticələnən evə basqın kriminal “razborka”dan qaynaqlanıbmış.
     
    Xəbər verdiyimiz kimi, bu gecə Hacıqabul rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
    B.İbrahimov küçəsindəki evlərdən birinə soxulan silahlı şəxs evdə olan ailə üzvlərinə odlu silahdan atəş açıb. Hadisə nəticəsində evin xanımı - 59 yaşlı Almara Qəmbərova, onun qardaşı Nazim, qardaşı oğlu Namiq, qızları Gülbağda aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.

    Muxalifet - 31-07-2017

  11. Rusiyada Trump-a qarşı "seks kompromatı" varmı?

    "The İndependent" yazır ki, ABŞ-ın Demokratik Partiyasından qadın millət vəkili Maxine Waters vise-prezident Mike Pence-in inaqurasiyaya hazırlaşdığını iddia edib.
     
    Özünün Twitter postunda Maxine Waters yazır ki, Pence Trump-ın impiçmentinə hazırlaşır və keçid komandasına Priebus və Spicer başçılıq edəcəklər.
    Bu iki rəsmi Trump administrasiyasından bu yaxınlarda istefa verib.

    Muxalifet - 31-07-2017

  12. Hacıqabuldakı qanlı olayla bağlı RƏSMİ AÇIQLAMA

    Evə basqın edən Mübariz Mehdiyev problem yaşadığı şəxsin əmisinin ailəsini qətlə yetirib və ailənin 4 üzvünü öldürüb. O, həyətdə olan “Mersedes” markalı avtomobili də yandırıb.
     
    Bu sözləri Axar.az-a Hacıqabul rayon icra başçısının köməkçisi Afiq Kərimov rayonda bir evə edilən silahlı basqın barədə danışarkən deyib. A.Kərimovun sözlərinə görə, hadisə sübh tezdən saat 6 radələrində baş verib:

    Muxalifet - 31-07-2017

  13. Lənkəranda 6 günlük körpə niyə öldürülüb - “Bu onun 4-cü qızı idi”

    Lənkəran rayon Mərkəzi Xəstəxanası 6 günlük körpənin öldürülməsinə aydınlıq gətirib.
     
    Xəstəxanadan AzNews.az-a daxil olan məlumata görə, 1989-cu il təvəllüdlü, Darquba kənd sakini Valiyyə Rzayeva İsfəndiyar qızı iyulun 25-də doğum şöbəsinə daxil olub:
    “Keysəriyyə yolu ilə onun ikinci uşağı dünyaya gəlib. Bu Valiyyənin 4-cü hamiləliyi idi. Birinci qızı doğulandan sonra iki uşaq abort etdirib. Onlar da qız olub. 4-cü dünyaya gələn qız uşağının çəkisi 4 kilo 300 qram idi. Özü də çox sağlam. Biz əhvalatı bu gün eşitmişik və olanlardan dəhşətə gəlmişik”.

    Muxalifet - 31-07-2017

  14. Emin Donald Trampı Bakıya, “Jara” festivalına dəvət etdi

    Ötən bazar günü Bakıda 4 günlük “Jara” musiqi festivalı yekunlaşıb. Festivalda Rusiya şou-biznesinin bir çox ulduzları iştirak ediblər.
     
    Virtualaz.org xəbər verir ki, festivalın təşkilatçılarından biri, məşhur azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov bu möhtəşəm tədbirin yekunları barədə “Moskovskiy Komsomolets”ə danışıb.

    Muxalifet - 31-07-2017

  15. Türk ordusu Suriyanın Kobani məntəqəsinə daxil oldu - TASS

    Türkiyə ordusu Suriyanın şimalındakı Kobani məntəqəsinə daxil olub.
     
    TASS agentliyi xəbər verir ki, bazar günü yerli vaxtla saat 21:30-da Türkiyə Silahlı Qüvvələri Kobaninin qərbində yerləşən Bobene və Sifteke kəndləri ərazisindən Suriyaya daxil olub və orada öz qüvvələrini yerləşdirib.
    Kürd “xalq özünümüdafiə silahlı dəstələri” (YPG) Türkiyə Kobaninin əreazisini tərk etməyəcəyi təqdirdə cavab verəcəkləri barədə xəbərdarlıq edib.
    Hələlik Türkiyə rəsmi olaraq bu məlumatı təsdiqləməyib.

    Muxalifet - 31-07-2017

  16. “Rusiyanın Ukraynadakı əməlləri və cinayətkar rejimlərə dəstəyi yolverilməzdir” - ABŞ-ın vitse-prezidenti

     “Rusiyanın pozucu fəaliyyəti, xüsusinə Ukraynada törətdikləri qəbuledilməzdir”.
     
     “Amerikanın səsi”nin verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Estoniyada jurnalistlərə açıqlamasında bildirib.

    Muxalifet - 31-07-2017

  17. Xaçmaz sakinini elektrik vuraraq öldürüb

    Xaçmaz rayonunda bədbəxt hadisə qeydə alınıb.
     
    Hadisə Həsənqala kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü Qəniyev Rəşad Qafar oğlunu elektrik sayğacında təmir işləri apararkən elektrik cərəyanı vuraraq öldürüb.
     Fakt araşdırılır.

    Muxalifet - 31-07-2017

  18. Venesuelada avtoritarizmin memarlarına qarşı tədbirlər görüləcək - ABŞ

    ”ABŞ hökuməti Venesuelada avtoritarizmin memarlarına qarşı tədbir görmək niyyətindədir”.
     

    Muxalifet - 31-07-2017

  19. “Yeni ABŞ sanksiyaları Rusiyada bomba effekti yaradacaq” - Piontikovski

    ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları göstərir ki, Vaşinqton Rusiya məsələsi ilə artıq ciddi məşğul olacaq.
     
    Bu sözlər rusiyalı politoloq Andrey Piontkovskinin “Apostrof” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, yeni sanksiyalar Rusiyada partlayışa səbəb olacaq:
    “ABŞ-ın bu addımı Putinin ətrafı üçün təhqiredicidir. Bu sanksiyalar sayəsində ABŞ-ın maliyyə kəşfiyyatı yarım il ərzində Putinin ətrafının Qərbdəki bütün aktivlərinə giriş əldə edəcək. Bu isə geridönməz nəticələrə səbəb olacaq”.

    Muxalifet - 31-07-2017

  20. İTV-dən gedən aparıcı kanalın populyar olmadığını dedi

    Aparıcı Kamran Quliyev İTV-dəki işindən ayrılıb.
     
    Axşam.az xəbər verir ki, bu haqda o, özü məlumat verib.
    Kamran getməyinin səbəbini bu cür açıqlayıb:
    “Artıq 1 aydır ki, işdən çıxmışam. Qarşılıqlı danışma, razılaşma yolu ilə belə addım atdım. İctimai kanalda maraqlı layihələr etdim. Amma izlənmədi. Həmin verilişləri hansısa baxımlı kanalda etsəydim, indi küçədə məni tanımayan olmayacaqdı”.
    K.Quliyev yeni mövsümdə efirdə fərqli bir formatda verilişlə görünəcəyini söyləyib:

    Muxalifet - 31-07-2017

Pages