Axtarış
The search found 105785 results in 0.116 seconds.
Search results
“ERMƏNİ ƏSGƏRLƏRİ MİLÇƏK KİMİ QIRILMAĞA BAŞLADI...” - “Le Figaro” / VİDEO
“Bahalı olmayan və effektiv pilotsuz uçan aparatlar müharibənin aparılmasının yeni erasını açır. Türkiyə bu tip müharibələrin ustasına çevrilib və o, özünü Dağlıq Qarabağda da sübut etdi. Lakin bu yeni müharibələr özündə bir çox təhlükələri də gizlədir”,-Fransanın “Le Figaro” qəzetinin 44 günlük Qarabağ müharibəsində pilotsuz uçan aparatların rolundan bəhs edən məqaləsində belə deyilir.
Muxalifet2 - 13-02-2021
Azərbaycanda daha 155 nəfər koronavirusa yoluxdu – 5 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 nəfər vəfat edib, aktiv xəstə sayı 2303 nəfərdir.
Muxalifet2 - 13-02-2021
Birinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin meyitinin qalıqları Azərbaycana təhvil verildi - RƏSMİ
Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikası baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hesab olunan şəxslərin axtarılması, onların talelərinə aydınlıq gətirilməsi, hərbi əməliyyatların aparıldığı bölgələrdə meyitlərin basdırıldığı ehtimal edilən ərazilərdə müvafiq ekshumasiya tədbirləri davam etdirilir.
Muxalifet2 - 13-02-2021
Murad Dadaşov Türkiyədə saxlanılan qadına Xəzər TV-də vəzifə verdi / FOTO
Ötən ilin dekabrında Türkiyədə çəkiliş zamanı rusiyalı jurnalistlərlə birgə saxlanılan Aytac Carçıyevaya “Xəzər” televiziyasında vəzifə verilib.
Muxalifet.az xəbər verir ki, onun “Xəzər”ə təlimçi kimi qısa müddətə gətirildiyi deyilsə də, artıq işə götürüldüyü bildirilir.
A.Carçıyevanın, hətta televiziyanın departamentlərindən birinə rəhbər təyin ediləcəyi gözlənilir.Muxalifet2 - 13-02-2021
İnvestisiya Holdinqinə verilən dövlət qurumlarının sayı 8-ə çatdı
4 dövlət qurumu Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib. Bunlar “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” MMC-dir.
Muxalifet2 - 13-02-2021
Həbs edilən qazi ilə bağlı Baş Prokurorun müavini protest verdi
Həbs edilən qazi ilə bağlı Baş Prokurorun müavini protesti verib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Vətən Müharibəsində döyüşərkən yaralanan qazi Aydın Ağazadənin məhkəmə iclas zalında həbs edilməsi ilə bağlı məlumatlar yayılmışdır.
Muxalifet2 - 13-02-2021
“İCRA BAŞÇISININ “SAĞ ƏLİ” PULU GÖTÜRÜB, ARADAN ÇIXIB...” - Tərtərin icra başçısıyla bağlı ilginc iddia
Azərbaycanda icra hakimiyyəti strukturlarının korrupsiyalaşması yeni xəbər deyil. Lakin hərdən ayrı-ayrı rayonların icra hakimiyyətlərində baş verən hadisələrlə bağlı elə məlumatlar daxil olur ki, sanki söhbətin hansısa dövlət qurumundan deyil, kriminal təşkilatdan getdiyinə dair təsəvvür yaranır...
Muxalifet2 - 13-02-2021
"Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü" - Qurban Qurbanov
“Samir Abasovu layiqli qələbə qazanması münasibəti ilə təbrik edirəm. Çox danışmağa ehtiyac yoxdur, oyun gərgin keçdi. Digər məqamlar daha maraqlı idi. Futbolçularımdan narazı qaldım. İkinci hissədə qırmızı vərəqə alacağımıza hazır idim. Təəssüf ki, bu baş verdi. Oyunda nizam-intizamı pozuldu. "Neftçi" qırmızı vərəqə alanadək daha yaxşı oynayırdıq. Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü. Hakim də inamlı qərarlar verdi”.
Muxalifet2 - 13-02-2021
Livan ermənisi Maral Nacaryan Şuşada yoxa çıxıb
Ermənistan mətbuatı ikinci Qarabağ müharibəsi zamanı Şuşada itkin düşmüş livanlı Maral Nacaryan haqqında yeni məlumat yayıb.
Azvision.az xəbər verir ki, erməni KİV-ləri Azərbaycana qarşı döyüşlərdə iştirak edən qadının əsirlikdə olduğunu, onun xilas edilməsi barədə məlumatların həqiqəti əks etdirmədiyini bildiriblər.
"Qırmızı Xaçın (BQXK) Livandan olan əməkdaşları Marala baş çəkiblər. Ailəsinə onun haqqında məlumat veriblər. Lakin Maral azadlığa çıxmayıb. Bu barədə Maralın bacısı Ani Nacaryan da bildirib", - deyə erməni saytları yazıb.
Muxalifet2 - 13-02-2021
ABŞ Senatı Trampa bəraət verib
ABŞ Senatı impiçment prosesi çərçivəsində ABŞ-ın sabiq prezidenti Donald Trampa bəraət verib.
“RİA Novosti” xəbər verir ki, bunu səsvermənin aralıq nəticələrinə əsasən demək mümkündür.
İmpiçment üçün lazımi səslərin üçdə ikisini almağa (100 senatordan ən azı 67-si səs verməlidir) ehtiyac var.
Beləliklə, senat Donald Trampa bəraət verib.Muxalifet2 - 14-02-2021
Koronavirus peyvəndi uşaqlar üzərində də sınanacaq
Britaniya-İsveç şirkəti “AstraZeneca” və Oxford Universitetinin koronavirus peyvəndi ilk dəfə 6-17 yaş arası uşaqlar üzərində sınaqdan keçiriləcək.
Bu barədə “Reuters” xəbər yayıb.
Testlərin dərmanın effektivliyinin təyin olunmasına kömək edəcəyi bildirilir.
Təcrübədə 300 könüllü iştirak edəcək. İlk peyvəndlərin fevral ayında vurulacağı ehtimal olunur.Muxalifet2 - 14-02-2021
DƏHŞƏT: PKK 13 mülki Türkiyə vətəndaşını qətlə yetirdi - FOTO/VİDEO
Türkiyənin 13 mülki vətəndaşı PKK/KCK terror təşkilatı tərəfindən öldürülüb.
“Haber Global” xəbər verir ki, bununla bağlı ölkənin müdafiə naziri Hulusi Akar açıqlama verib.
O bildirib ki, İraqın şimalında təşkil olunan “Pəncə Qartal - 2” antiterror hərəkatı zamanı 13 nəfər silahsız mülki vətəndaşın meyiti aşkarlanıb. Onlar terror təşkilatı tərəfindən əsir alınaraq qətlə yetiriliblər.
Muxalifet2 - 14-02-2021
“NAZİR, DİZ ÇÖKÜB MƏNDƏN ÜZR İSTƏDİ...” - "Rəsmi məktubla həyat yoldaşı üçün maşın istəyirdi"
Azərbaycanın sabiq Maliyyə naziri Fikrət Yusifovun keçmiş Respublika Əmanət Bankı İdarə Heyətinin sədri Hüseyn Səfərovun külli miqdarda mənimsəməyə yol verdiyinə dair paylaşımı ciddi rezonans doğurub.
Muxalifet2 - 14-02-2021
İlon Mask Putini “Clubhouse”da söhbət etməyə dəvət etdi "SİZİNLƏ DANIŞMAQ BÖYÜK ŞƏRƏF OLARDI...", / FOTO
“Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri İlon Mask Rusiya Prezidenti Vladimir Putini “Clubhouse” səsli sosial şəbəkəsində söhbət etməyə dəvət edib.
İş adamı yazdığı tvitdə Kremlin rəsmi hesabını işarələyib: “...Clubhouse-da söhbət etmək üçün mənə qoşulmaq istərdinizmi?”.
“Sizinlə danışmaq böyük şərəf olardı”, - Mask rus dilində əlavə edib.
Muxalifet2 - 14-02-2021
PUTİNİN REDAKTORLARLA GÖRÜŞDƏ SENSASİON BƏYANATI - “Hakimiyyət hərisi adamların köməyi ilə Rusiyanı MDB məkanından sıxışdırmaq istəyirlər...”
Rusiyanın postsovet məkanında təsirlərinin güclənməsi onun rəqiblərində narahatlıq yaradır. Virtualaz.org xəbər verir ki, belə bəyanatla prezident Vladimir Putin çıxış edib. O, deyib ki, Rusiyanın opponentləri “dünyada gərginliyin azaldılmasına dair danışıqlar” çərçivəsində Rusiyanı “ambisioz və hakimiyyətə həris adamların” köməyi ilə MDB məkanından sıxışdırıb çıxarmağa çalışacaqlar.
Muxalifet2 - 14-02-2021
Azərbaycanlı deputatın evini qarət edildi - GÜRCÜSTANDA
Gürcüstan parlamentinin sabiq deputatı Azər Süleymanovun evini qarət edən 1993-cü il təvəllüdlü İ.C. adlı şəxs saxlanılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Saxlanılan şəxsin əvvəllər oğurluğa görə məhkum olunduğu və hazırda probasiya nəzarətində olduğu müəyyən edilib.
İstintaqla müəyyən olunub ki, həmin şəxs fevralın 13-də Marneulidə A.Süleymanovun evinin həyətindən müxtəlif əşyalar oğurlayıb. O, fevralın 7 və 9-da da həmin ərazidə qarət törədib.
Muxalifet2 - 14-02-2021
Putin Rusiyadakı etirazlara münasibət bildirdi - VİDEO
Rusiya Prezidenti Vladimir Putin ölkəsindəki etiraz aksiyalarını şərh edərək, onlara əks olan qüvvələrin xalqın yığılmış narazılığından istifadə etməyə çalışdıqlarını bildirib.
V.Putin bu barədə Rusiya mətbuatında çalışan redaktorları ilə görüşündə deyib.
Videogörüntü vasitəsi ilə baş tutan müsahibənin çəkilişi “Rossiya 1” kanalında yayımlanıb.
Muxalifet2 - 14-02-2021
“Terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının cəsədini aşkarladıq” - Hulusi Akar
“Türkiyə Silahlı Qüvvələrinin (TSK) İiraqın şimalında yerləşən Qara bölgəsində PKK terrorçularına qarşı başlatdığı “Pençe Kartal-2” əməliyyatında 3-ü “yüksək səviyyəli səlahiyyətli”lər olmaqla 48 terrorçu ölü, 2-si isə sağ vəziyyətdə ələ keçirlib”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar “Pençe Kartal-2” Hərəkatı haqqında açıqlama verərkən bildirib.
H.Akar deyib ki, TSK-nın hərbi əməliyyatları zamanı terrorçuların sığındığı mağaradan 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanıb.
Muxalifet2 - 14-02-2021
Gürcüstanda müvəqqəti yaşama icazəsinin müddəti artırılır
Gürcüstanda müvəqqəti yaşayış icazəsinin müddəti 6 ildən 12 ilədək artırılır. Bu barədə Gürcüstan Parlamentinin İnsan Haqları Komitəsinin sədri Mixeil Sarcveladze bildirib.
Onun sözlərinə görə, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək. Sözügedən layihə sabah parlamentin büro iclasına təqdim olunacaq.
Muxalifet2 - 14-02-2021
SARKİSYAN QARABAĞ MÜHARİBƏSİNDƏN DANIŞDI - “Məğlubiyyət qaçılmaz oldu...”
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkədə hakimiyyət dəyişikliyinə səbəb olan 2018-ci il hadisələrini "anti-Qarabağ hərəkatı" adlandırıb. Sarkisyan bu barədə Armnews TV-yə müsahibəsində deyib.
"2018-ci ilin yazında baş verənlər mahiyyət etibarilə Qarabağ əleyhinə bir hərəkat idi", - deyən keçmiş prezidentin sözlərinə görə, Nikol Paşinyan hakimiyyəti Qarabağ məsələsində əvvəlki "nailiyyətlərindən" imtina etdikdə və danışıqlar prosesinin tarixini Azərbaycan Prezidentindən öyrənməyə başlayanda müharibə və məğlubiyyətin qaçılmaz olduğu ona aydın olub.
Muxalifet2 - 14-02-2021