İlon Mask Putini “Clubhouse”da söhbət etməyə dəvət etdi "SİZİNLƏ DANIŞMAQ BÖYÜK ŞƏRƏF OLARDI...", / FOTO

Baxış sayı:
956

“Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri İlon Mask Rusiya Prezidenti Vladimir Putini “Clubhouse” səsli sosial şəbəkəsində söhbət etməyə dəvət edib.

İş adamı yazdığı tvitdə Kremlin rəsmi hesabını işarələyib: “...Clubhouse-da söhbət etmək üçün mənə qoşulmaq istərdinizmi?”.

“Sizinlə danışmaq böyük şərəf olardı”, - Mask rus dilində əlavə edib.