Axtarış

The search found 105785 results in 0.041 seconds.

Search results

  1. Hökumət İlqar Məmmədovu və partiyasını maliyyələşdirəcək

    Azərbaycanda dövlət büdcəsindən maliyyə yardımı alan partiyaların sayı 10-a çatıb.

    Virtualaz.org xəbər verir ki, "Siyasi Partiyalar haqqında" qanuna uyğun olaraq, keçən il qeydiyyatdan keçən və parlamentdə təmsil olunan Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası (REAL) (sədri keçmiş siyasi məhbus İlqar Məmmədov - red.) da bu il dövlət büdcəsindən maliyyə yardımı alacaq.

    Muxalifet2 - 11-02-2021

  2. “Bavariya” ikinci dəfə dünya çempionu oldu

    Qətərdə keçirilən klublararası dünya çempionatı başa çatıb.
     
    Apasport.az saytının məlumatına görə, turnirin son günündə iki matç keçirilib.
    Öncə 3-cü yerin sahibi müəyyənləşib. Misirin “Əl-Əhli” klubu Braziliya təmsilçisi “Palmeyras”la görüşüb. Qolsuz bitən matçın penaltilər seriyasında afrikalılar qalib gəlib.
    Həlledici görüşdə “Bavariya” Meksika “Tiqres”ini sınağa çəkib. Almaniya klubu şimali amerikalıların müqavimətini yalnız ikinci hissədə qıra bilib. Bu, 2013-cü ildə də titula yiyələnən Münhen təmsilçisinin ikinci çempionluğu olub.

    Muxalifet2 - 12-02-2021

  3. Qonaq getdiyi evin pəncərəsindən özünü atdı

    Bərdədə 30 yaşlı qadın intihara cəhd edib.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində, hündürmərtəbəli yaşayış binasının birində baş verib.

    Belə ki, Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Türkan Şükürova yaxın qohumlarının evinə qonaq gedib. Elə həmin binanın dördüncü mərtəbəsindən də özünü atıb.

    Ağır bədən xəsarətləri alan qadın yaxınlıqda olanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Hazırda T.Şükürovanın vəziyyəti ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 12-02-2021

  4. Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulacaq

    Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulacaq.

    Bunu Milliön müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Birinci studiya” verilişində deyib.

    Muxalifet2 - 12-02-2021

  5. "RAMİZ MEHDİYEVƏ YERİNİ GÖSTƏRMƏK LAZIMDIR..." - "Köhnə qvardiyanın nə siyasi gücü var, nə xalq arasında ictimai dəstəyi..."

    Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev yenidən gündəmdədir. İqtidardakı "köhnə qvardiya"nın lideri Milli Məclisin 15 deputatını məhkəməyə verib. Onun bu addımını siyasi hakimiyyə güc nümayiş etdirmək cəhdi kimi izah edənlər də var. Ümumiiyyətlə, "köhnə qvardiya"nın fəallaşdığı müşahidə edilir. Moskvaya bağlı olan bu xəyanətə hazır dəstə iqtidara hansısa problemlər yaşada, dövləti şantaj və sabotaj edə bilərmi? Buna cəsarətləri və gücləri çatarmı?

    Muxalifet2 - 12-02-2021

  6. “Ermənilər şəhidlərimizin nəşinin altına mina bağlayırdılar” - Vətən müharibəsi iştirakçısı Əfqan Hüseynov / VİDEO

    Babası ikinci Dünya, əmisi birinci Qarabağ, özü isə Vətən müharibəsi iştirakçısı olan Əfqan Rəhman oğlu Hüseynovun  səngər gündəliyi ilə tanış olaq.
     
    Muxalifet.az xəbər verir ki, Füzulidən Şuşaya qədər döyüş yolu keçən Əfqan 44 günlük Vətən Müharibəsində yaşadıqlarını Missiya TV-yə danışıb.

    Muxalifet2 - 12-02-2021

  7. “O, AZƏRBAYCANIN BANK SİSTEMİ TARİXİNDƏ ƏN BÖYÜK TALANIN MÜƏLLİFİDİR...” - Sabiq nazirdən bankirə qarşı şok ittihamlar

    "Hüseyn Səfərovun silahlı adamları Maliyyə Nazirliyinin 3 müfəttişini oğurlayıb naməlum istiqamətdə aparmışdılar"

    Azərbaycanın sabiq Maliyyə naziri Fikrət Yusifov sosial şəbəkələrdə böyük rezonans yaradan paylaşım edib. F.Yusifov nazir postunu tutduğu dövrdə(1994-1999-cu illər) Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərovun külli miqdarda - həmin vaxtın pulu ilə 150 milyard manat vəsaiti mənimsədiyini yazıb.

    Muxalifet2 - 12-02-2021

  8. ​Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən "Bir topa adam" filmi təqdim edildi

    Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Bir topa adam" filmi bu günlərdə izləyicilərə təqdim edilib. “Qarabağ” silsiləsindən birinci film olan "Bir topa adam" filmində Qarabağ münaqişəsinin başlamasına rəvac verən hadisələr, ermənilərin törətdiyi qətliamlar, eyni zamanda bu müharibə fonunda baş verənlər real faktlarla ekranlaşdırılıb. Vətənpərvərlik mövzusunda çəkilən filmin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və müharibənin faciəvi nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

    Muxalifet2 - 12-02-2021

  9. Ermənilər Xocavənddə Qaregin Njdeyə qoyduqları heykəli götürdülər - Azərbaycanın xəbərdarlığı nəticə verdi

    Erməni nasist Qaregin Njdenin Azərbaycanın Xocavənd şəhərindəki heykəli götürülüb.

    “Report” “panorama.am”a istinadən xəbər verir ki, bunu müstəqil deputat Sofya Ovsepyan bildirib.

    “Abidə dəqiq sökülüb və Tarix muzeyinə daşınıb”, - o vurğulayıb.

    Bəzi məlumatlara görə, Azərbaycan Ermənistan tərəfdən heykəlin götürülməsini tələb etmiş, əks halda ciddi tədbirlər görəcəyini bildirmişdi. 

    Muxalifet2 - 12-02-2021

  10. FAZİL MƏMMƏDOV LONDONA QAÇMAQ İSTƏYİR? - Sabiq nazirlə bağlı yeni iddialar

    Sabiq nazirin dəyəri milyardlarla ölçülən vəsaiti illər öncədən Britaniyaya yerləşdirdiyi iddia edilir

    Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsə göndərilməsi daha bir eks-nazirin canına qorxu salıb. Şəmkirdəki malikanəsində yaşayan keçmiş vergilər naziri Fazil Məmmədov bugünlərdə səksəkə içindədir. Qapısına gələn hər kəs gözünə “qara maskalı” kimi görünür. Fazil Məmmədov Səlim Müslümov kimi həbsə düşmək istəmir.

    Muxalifet2 - 12-02-2021

  11. Azərbaycanda yoluxma sayı yenidən artdı

    Azərbaycanda son sutkada koronavirus infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 231 840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb, 3 173 nəfər vəfat edib. Hazırda 2 322 aktiv xəstə var.

    Muxalifet2 - 12-02-2021

  12. Əli Həsənovun qaynı da vəzifədən azad olundu - SABİQ KÖMƏKÇİ BU HAQDA DANIŞMADI...

    Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

    “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, C.Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

    Qeyd edək ki, C.Vəliyev daha əvvəl Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

    Muxalifet2 - 12-02-2021

  13. Azərbaycanlı nazir qızının Fransa həyatı – Baninin nadir kadrları ilk dəfə AzTV-də / VİDEO

    Milli Televiziya Günündə AzTV-də yeni layihə təqdimatı olacaq.
     
    AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, anonslarının yayıldığı vaxtdan tamaşaçı marağı ilə qarşılaşan “Yüz ilin adamları” layihəsinin ilk buraxılışı fevralın 14-də yayımlanacaq.
     
    Verilişin birinci buraxılışı ilk fransızdilli, beynəlxalq səviyyədə qəbul olunan yazıçımız Banin haqqındadır.
     

    Muxalifet2 - 12-02-2021

  14. Azərbaycan və Ermənistan sərhədlərin açılması qrafikini razılaşdırırlar

    Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri -  Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryan səviyyəsində üçtərəfli qrup videokonfrans formatında regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı ikinci iclasını keçirib.

    Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.

    Muxalifet2 - 12-02-2021

  15. Əli Həsənovun bacısı oğlu da DİN-dən qovuldu

    Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun daha bir yaxın qohumu Daxili İşlər Nazirliyindəki vəzifəsini itirib.

    Sfera.az-ın əldə etdiyi məlumata görə, Əli Həsənovun DİN Baş Mühafizə İdarəsində komandir vəzifəsində çalışan bacısı oğlu Məmmədov Siyamək Dilavər oğlu işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

    Muxalifet2 - 12-02-2021

  16. Ronaldunun izləyicilərinin sayı yarım milyardı ötdü

    İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu dünyada sosial şəbəkələrdə izləyicilərinin sayı 500 milyonu ötən ilk insan olub.

    "Report" "Bleacher Report"a istinadən xəbər verir ki, hazırda portuqaliyalı hücumçunu instaqramda 261milyon, feysbukda 148 milyon, tvitterdə isə 91 milyondan çox adam izləyir.

    36 yaşlı forvardadək heç kimin sosial şəbəkələrdə bu qədər izləyicisi olmayıb.

    Muxalifet2 - 12-02-2021

  17. Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli əməkdaşı həbs edildi

    Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

    Muxalifet2 - 12-02-2021

  18. Bakıda yanacaqdoldurma məntəqəsində İNANILMAZ HADİSƏ - VİDEO

    Bakıda yanacaqdoldurma məntəqəsində insident baş verib.

    Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yanacaqdoldurma məntəqəsində yanacaq vurdurarkən prosesin başa çatmasını gözləmədən uzaqlaşan avtomobilin görüntüləri yayılıb.

    Muxalifet2 - 12-02-2021

  19. SƏRDAR CƏLALOĞLU SABİR RÜSTƏMXANLINI TƏBRİK ETDİ - VHP-nin qurultayı münasibətilə

    Vətəndaş Həmrəyliyi Partiyasının Qurultay iştirakçılarına
     
    Hörmətli, Sabir Rüstəmxanlı!
    Dəyərli Qurultay iştirakçıları!

    Sizi VHP-nin növbəti qurultayının işə başlaması münasibəti ilə ürəkdən təbrik edir, Qurultayın işinə uğurlar arzu edirəm.

    Muxalifet2 - 13-02-2021

  20. RÖVŞƏN ƏKBƏROVUN YERİNƏ TƏYİNAT OLDU - FOTO

    Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun birlik komandiri general-leytenant Rövşən Əkbərov vəzifəsindən azad edilib.

    Unikal.org-un əldə etdiyi məlumata görə, onun yerinə general-mayor İlqar Lətifov təyin olunub.

    Qeyd edək ki, İlqar Lətifov bu təyinata qədər sözügedən hərbi birləşmənin qərargah rəisi vəzifəsində xidmət aparıb.

     

    Muxalifet2 - 13-02-2021

Pages