Axtarış
The search found 105785 results in 0.03 seconds.
Search results
Milyardlarla dolları Avropada "yuyan" Zaur Balayev istintaqa kələk gəlmək istədi - “RÖVŞƏN LƏNKƏRANSKİ”Nİ ŞƏXSƏN TANIDIĞINI, QƏTLLƏR HAQDA BİLDİYİNİ DEYİRMİŞ...
Milyardlarla dollar məbləğində çirkli pulları “Master Bank” üzərindən Avropada “yumaqda” ittiham olunan xəyalət-adam Zaur Balayev (o, həm də Ruslan Barkovskidir) istintaqı aldadaraq məhkəməyə qədər azadlığa çıxmaq istəyib.
Rusiya mənbələri xəbər verir ki, Balayevin Çeçenistan rəhbərinin Ukraynadakı keçmiş xüsusi nümayəndəsi, adam oğulurğu, hədə-qorxu gəlmə yolu ilə pul tələb etmə və xüsusilə iri məbləğdə dələduzluqda ittiham edilən Ramazan Sitsullayevin işində fiqurantdır. O, 2019-cu ildə Polşadan Rusiyaya ekstradisiya olunub.
Muxalifet2 - 16-02-2021
SABİQ NAZİRİN ÖLKƏDƏN ÇIXIŞINA QADAĞA QOYULUB - Türkiyəyə getmək istəyərkən, geri qaytarılıb
Rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev həbs edilməsə də istintaq altındadır.
Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb.
Gününsəsi.info-nun məlumatına görə, Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən, geri qaytarılıb.
Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib.
Muxalifet2 - 16-02-2021
“Azərbaycan tərəfi bizə daha 106 əsgərimizin meyitini verdi” - ARAİK ARUTYUNYAN
Qarabağda hərbi əməliyyatlar zamanı ölənlərin daha 106-sının qalıqları erməni tərəfinə təhvil verilib.
Bunu Qarabağ separatçılarının lideri Araik Arutyunyan öz Facebook səhifəsində yazıb.
"Əldə edilən razılaşmalara əsasən, Rusiya sülhməramlı qüvvələri kontingentinin vasitəçiliyi ilə Azərbaycan tərəfi bu gün bizə 44 günlük müharibədə həlak olan 106 nəfərin cəsədini verdi. Ölənlərin cəsədlərinin axtarışı davam edir", - deyə o qeyd edib.
Muxalifet2 - 17-02-2021
"Türk dili dünya dili olmalıdır" - ƏRDOĞAN
“Türk dili dünya millətlərarası ünsiyyət dillərindən birinə çevrilməlidir”.
“Anadolu” agentliyi bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu YUNESKO-nun elan etdiyi “XIII əsr türk şairi Yunus Əmrə ili”nin açılış mərasimində deyib.
"Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə biz "türk dili-dünya dili" adlı kampaniya elan edirik", - Ərdoğan bildirib.
Onun sözlərinə görə, kampaniya 2021-ci il ərzində 18 nazirlik və idarənin, həmçinin QHT-lərin iştirakı ilə 224 tədbirin təşkili vasitəsilə həyata keçiriləcək
Muxalifet2 - 17-01-2021
"Türk dili dünya dili olmalıdır" - ƏRDOĞAN
“Türk dili dünya millətlərarası ünsiyyət dillərindən birinə çevrilməlidir”.
“Anadolu” agentliyi bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu YUNESKO-nun elan etdiyi “XIII əsr türk şairi Yunus Əmrə ili”nin açılış mərasimində deyib.
"Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə biz "türk dili-dünya dili" adlı kampaniya elan edirik", - Ərdoğan bildirib.
Onun sözlərinə görə, kampaniya 2021-ci il ərzində 18 nazirlik və idarənin, həmçinin QHT-lərin iştirakı ilə 224 tədbirin təşkili vasitəsilə həyata keçiriləcək
Muxalifet2 - 17-02-2021
ARAİKİN NÖVBƏTİ TƏXRİBATI... - Qarabağın dağlıq hissəsində rus dilinə "rəsmi status" verib
Qarabağın dağlıq hissəsində oyuncaq dövlət təsisatı quran ermənilər 44 günlük müharibədə "böyük qardaşı" Ermənistanla birlikdə acı məğlubiyyətə uğramalarına baxmayaraq, öz mövcudluqlarını qoruduqlarını göstərmək üçün müxtəlif təxribat xarakterli hərəkətlər edirlər.
Onların biri də budur ki, dünən qondarma "respublika"nın rəhbəri Araik Arutyunyan rus dilinin "rəsmi dövlət dili" kimi tanınması barədə "qanunu" imzalayıb.
Muxalifet2 - 17-02-2021
Baş prokurorluq blogger Qabil Məmmədovla bağlı MƏLUMAT YAYDI
Ölkəmizin milli təhlükəsizliyinə, habelə respublikamızın konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına yönəlməklə antiazərbaycan qüvvələrə və onların maraqlarına xidmət edənlərin xaos, anarxiya və təxribat cəhdlərinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əlaqəli şəkildə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.
Muxalifet2 - 17-02-2021
“Aprel müharibəsini dayandırmaq üçün Serj Sərkisyan İlham Əliyevə vəd vermişdi ki...” - MƏĞLUBLARIN DİDİŞMƏSİ
44 günlük ikinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan və təslim olan Ermənistanda daxili didişmələr davam edir. Virtualaz.org xəbər verir ki, bu dəfə keçmiş prezident və Qarabağ klanının liderlərindən Serj Sərkisyan danışmağa qərar verib və “kapitulyant” adı verdiyi baş nazir Nikol Paşinyana qarşı geniş müsahibələr verməyə başlayıb.
Muxalifet2 - 17-02-2021
Donbass separatçılarının canını “Bayraktar” qorxusu alıb - "Müharibə hər an başlaya bilər”
Azərbaycan ordusunun hərbi yolla Qarabağı işğaldan azad etməsindən sonra Ukraynanın şərqindəki Donetsk və Luqansk “xalq resublikalarında” da Kiyevin bu yola əl ata biləcəyi haqda narahatlıqlar artıb.
Muxalifet2 - 17-02-2021
Həbs edilən icra başçısının məhkəməsində qadın müavini də dindiriləcək
Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Vəkil Kamandar Nəsibov açıqlamasında bildirib ki, iclasda dövlət ittihamçısı qismində çıxış edən prokuror ittiham aktını elan edib.
Muxalifet2 - 17-02-2021
Toylarla bağlı mühüm açıqlama - “50 nəfər qonaq, 3 saat da vaxt”
Metronu aylardır, bağlı saxlayanlar. Təsəvvür edin ki, metro bağlı qalır, ancaq iş yerləri açıqdır. Adamlar iş yerlərinə getmək üçün hamısı şəxsi minik avtomobilinə sahib deyillər. O halda çox sayda vətəndaş doluşur tək ictimai nəqliyyat vasitəsi olan avtobuslara. Bakı Nəqliyyat Agentliyini də qınamalı deyil, bu avtobusların sayını nə qədər artırsa, yenə də tələbatı ödəmək mümkün deyil". Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa öz şəxsi Facebook səhifəsində yazıb.
Muxalifet2 - 17-02-2021
ABŞ Rusiya məsələsini NATO-da müzakirəyə çıxarır
ABŞ Rusiya mövzusunu NATO müdafiə nazirlərinin videokonfransında müzakirə etməyi planlaşdırır. Bu barədə Pentaqonun yüksək rütbəli nümayəndəsi deyib. Bildirilib ki, iclasda müdafiə və bir sıra digər məsələlər müzakirə olunacaq: "Bunlar da Rusiyanı necə qəbul etməyimizlə ayrılmaz şəkildə bağlıdır".
"Rusiya ABŞ daxil olmaqla bütün NATO müttəfiqləri üçün bir təhdiddir. Bununla yanaşı, ABŞ Rusiya ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etmək niyyətindədir", - Pentaqon təmsilçisi əlavə edib.
Muxalifet2 - 17-02-2021
Hava şəraiti ilə bağlı xəbərdarlıq - Dağlıq yerlərdə şəxsi avtomobildən istifadə etməyin
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib.
Muxalifet2 - 17-02-2021
Bu il Novruz bayramında 9 gün istirahət olacaq - RƏSMİ
Bu il Novruz bayramı ilə əlaqədar ölkə ərazisində 9 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, bu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri kimi müəyyən edilib.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin ““İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərarına əsasən, həftələrarası istirahət günləri iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə iş və istirahət günlərinin tarixləri dəyişdirilir.
Muxalifet2 - 17-02-2021
Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlandı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 18-19 fevral tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə XİN məlumat yayıb.
Muxalifet2 - 17-02-2021
Qondarma rejim Qarabağdakı dinc erməniləri cəzalandırmağa başladı
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin qalıqları orada yaşayan dinc erməniləri cəzalandırmağa başlayıb.
Belə ki, qondarma rejimin “Baş Prokurorluğu” İkinci Qarabağ müharibəsində satqınlıqla bağlı cinayət işi açıb.
Cinayət işi ictimai təşkilatların döyüşlər zamanı bir qrup sakinin qarşı tərəfə yardım etməsi ilə bağlı məlumatları əsasında başlanılıb.
Qondarma rejimin “İstintaq Komitəsi”nə göndərilən iş “Cinayət Məcəlləsi”nin “dövlətə xəyanət” maddəsi ilə araşdırılır.
Muxalifet2 - 17-02-2021
Koronavirusu məhv edən qoruyucu maska yaradıldı
Fransanın “BioSerenity” şirkəti koronavirusu öldürən qoruyucu maska yaradıb.
Bu barədə BFMTV bildirib.
Firmanın baş direktoru Mark Fruenin sözlərinə görə, bu maska "virusları bloklamaq" qabiliyyətinə malikdir.
Fərdi müdafiə vasitəsi dörd qatdan ibarətdir. Onlardan biri bakterisid və antivirus xüsusiyyətlərinə malikdir. Qeyd edilir ki, maska birdəfəlik istifadə üçün nəzərdə tutulub. Onu ən çox dörd saat taxmaq tövsiyə edilir.
Muxalifet2 - 17-02-2021
Azərbaycanda yaşayan xarici vətəndaşlar peyvənd olunacaqmı? - RƏSMİ AÇIQLAMA
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının koronavirus əleyhinə vaksin olunub-olunmayacağına aydınlıq gətirib.
Qurumdan “Report”a bildirilib ki, ilkin mərhələdə yalnız ölkə vətəndaşlarının vaksin edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVac” peyvəndi ilə vaksinasiya aparılır. Bu gündən etibarən 50 yaş və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.
Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.
Muxalifet2 - 17-02-2021
Dünyada model kimi çalışan ilk azərbaycanlı olub kim olub? - VİDEO
Anonslarının yayıldığı vaxtdan tamaşaçı marağı ilə qarşılaşan “Yüz ilin adamları” layihəsinin ilk buraxılışı fevralın 14-də yayımlanıb.
Verilişin birinci buraxılışı ilk fransızdilli, beynəlxalq səviyyədə qəbul olunan yazıçımız Banin haqqındadır.
Verilişdə milyonçular Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi, Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri Mirzə Əsədullayevin qızı, Fransada məşhurlaşan qalmaqallı yazıçı Banin, yəni Ümmülbanu Əsədullayevanın mühacirətdən əvvəlki və sonrakı həyat yolu işıqlandırılıb.
Muxalifet2 - 17-02-2021
Rusiyadan Türkiyəyə ötürülən terrorçular saxlanıldı - RƏSMİ
Türkiyənin Hatay şəhərinin Narlıca rayonu istiqamətində Suriyadan qeyri-qanuni yollarla ölkəyə girməyə çalışan 5-i Rusiya, 1-i Liviya vətəndaşı olmaqla 6 nəfər yaxalanıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Saxlanılanlar arasında yer alan rusiyalı qadının İŞİD terror təşkilatının üzvü olmaqdan axtarışda olduğu bildirilib.
Muxalifet2 - 17-02-2021