Axtarış
The search found 105785 results in 0.033 seconds.
Search results
AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 2 NƏFƏR ÖLDÜ - Son sutka ərzində 128 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.
Muxalifet2 - 14-02-2021
Azərbaycanlı qadın əri üçün Atillanın taxtını düzəltdirdi - FOTO
Azərbaycanda yaşayan və Türkiyənin Bursa şəhərində biznesi olan qadın əri üçün qədim Hun İmperatoru Atillanın taxtına bənzər taxt sifarişi verib. Taxt 3 aya yaxın davam edən iş nəticəsində hazır olub və görənləri heyrətləndirib.
Bu qeyri-adi sifariş haqda Türkiyə KİV-ləri yazır. Taxtın bazar dəyəri 10 min dollar qiymətləndirilir, çəkisi isə 500 kiloqramdan çoxdur.
Muxalifet2 - 14-02-2021
Azərbaycan rəsmisinin Araik Arutyunyanla görüşünün məqsədi nə idi... - SABİQ NAZİRDƏN AÇIQLAMA
Bu günlərdə erməni tərəfi xəbər yaydı ki, Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşüb. Görüşdə Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rüstəm Muradov və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan iştirak ediblər. Erməni tərəfi görüşdə “əsir və itkin düşmüş şəxslərlə bağlı məsələlərin müzakirə olunduğunu” bildirib, Azərbaycan tərəfdən görüşdə kimin iştirak etdiyini dəqiqləşdirməyib.
Muxalifet2 - 14-02-2021
MARKETLƏRDƏ QİYMƏT ARTIMI BAŞLADI - Siyahı
Ötən həftədən başlayaraq Azərbaycandakı satış şəbəkələrində bir sıra əsas ərzaq məhsullarının qiymətində ciddi artım baş verib.
Bahalaşma əsas ərzaq məhsullarını əhatə edir və orta hesabala 10-20%, bəzi məhsullarda isə 30%-ə qədər dəyişir. Bahalaşan malların siyahısına «Azersun» şirkətinin istehsalı olan duru yuğlar başçılıq edir. 1 litrlik qarğıdalı yağının qiyməti 4 manatdan 5 manata yüksəlib (bahalaşma 25%).
Muxalifet2 - 15-02-2021
MARKETLƏRİN GİZLƏTDİKLƏRİ ÜZƏ ÇIXIR... – 221 milyon manat...
"ƏDV geri al" layihəsi pərakəndə ticarət şəbəkəsində ticarət dövriyyələrinin şəffaflaşmasına səbəb olur. Ötən il marketlərin onlayn kassa çekləri üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi kəskin artıb. Aylıq dövriyyə ötən iln 4-cü rübündə 1-ci rübünə nisbətən 36,4% çox olub. Belə ki, marketlərin orta aylıq dövriyyəsi 2020-ci ilin 1-ci rübündə 162 milyon manat ikən, 4-cü rübündə 221 milyon manat təşkil edib.
Muxalifet2 - 15-02-2021
SƏSSİZ VƏ ÇOX TƏHLÜKƏLİ... - Rusiyanın yeni sualtı qayıqları ABŞ-ı ciddi narahat edir
Rusiya sualtı donanmasının inkişaf tempi ABŞ və onun NATO üzrə müttəfiqlərini daha çox narahat etməyə başlayıb. Rusların sualtı qayıqları uzaq məsafə qət etməklə yanaşı, həm də olduqca səssiz üzürlər. Onlar həmçinin, yeni uzaq mənzilli raketlər sayəsində ciddi zərbələr endirmək qabiliyyətinə malikdirlər.
ABŞ Hərbi Dəniz Qüvvələrinin(HDQ) əsas problemi ondadır ki, onlar hələlik gələcəyin donanması barədə aydın təsəvvürə malik deyillər.
Muxalifet2 - 15-02-2021
Azərbaycanlı baş mühəndis və türk kapitan 16 aydır Küveyt sahillərində gəmidə girov qalıb - “YALVARIRAM, BİZƏ KÖMƏK EDİN...”
Aralarında bir Azərbaycan vətəndaşı da olmaqla 18 dənizçi 16 aydır Küveyt sahillərində atılmış quru yük gəmisində girov qalıb. Bu dram haqda Türkiyə mənbələri yazır. Gəmidə hökm sürən dramatik vəziyyət barədə kapitan, Türkiyənin Bursa vilayətindən olan Yusuf Sencer internet üzərindən yaydığı videomüraciətində bəhs edib. Belə məlum olur ki, Qətərin “Aswan” şirkətinə aid M/V Ula adlı quru yük gəmisi əvvəlcə İraqın Bəsrə körfəzi sularında, daha sonra Küveyt limanlarından birində atılmış vəziyyətdədir. Səbəb isə gəminin sahibi olan şirkətin müflis olmasıdır.
Muxalifet2 - 15-02-2021
YUSİF İLDIRIMZADƏNİN QARDAŞI OĞLU HƏBSDƏN BURAXILDI - 500 min manat mənimsəmişdi...
"Amrah Bank"ın Müşahidə Şurasının və "AmrahSığorta”nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilib.
“Report”un əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsi müdafiəçinin vəsatətinə əsasən Ü.İldırımzadə barəsində həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib və o, həbsdən buraxılıb.
Muxalifet2 - 15-02-2021
Azərbaycanda koronovirusa yoluxanların sayı azaldı... - SON SUTKA ƏRZİNDƏ 3 NƏFƏR ÖLÜB
Azərbaycanda bu gün koronavirus infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
Muxalifet2 - 15-02-2021
Əli Həsənovun ABŞ-a köçən oğlu Dubaydan da əmlak alıb? - FOTOFAKT
Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Birləşmiş Ərəb Əmirliklərtinin Dubay şəhərində fəaliyyət göstərən tanınmış daşınmaz əmlak şirkətlərindən biri olan “Provident”lə 3 ildir əməkdaşlıq etdiyini yazıb.
Yeniavaz.com xəbər verir ki, Şamxal Həsənli bu barədə məşhur “Trustpilot” portalında yazıb.
Muxalifet2 - 15-02-2021
“Arutunyanla görüş haqqında məlumatı erməni mediasından almamalıyıq”
Son günlər Qarabağda rusiyalı hərbçilər, Azərbaycan tərəfinin nümayəndələri və qondarma separatçı rejimin başçısı Araik Arutunyanın iştirak etdiyi görüşlə bağlı sosial şəbəkələrdə və mətbuatda müzakirələr aparılır. Bu görüşün hansı ehtiyacdan irəli gəldiyi, orada hansı məsələlərin müzakirə olunduğu və Azərbaycan tərəfinin cinayətkar qurumun başçısı ilə görüşməsinin nə dərəcədə doğru olduğuna dair müxtəlif məlumat və dəyərləndirmələrə rast gəlinir.
Azpolitika.info bu aktual mövzuyla bağlı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənib:
Muxalifet2 - 15-02-2021
"HANSINI TƏRPƏDİRSƏN, ALTINDAN 100 MİLYONLAR, MİLYARDLAR ÇIXIR..." - “Vəzifədən alınması və həbs edilməsi vacib olanlarla bağlı addımlar atılacaq"
Əli Məsimli: “Azərbaycanda 10 milyon deyil, bəlkə də 2-3 dəfə artıq sayda insana yüksək həyat səviyyəsi yaratmaq mümkündür”
“Qanunun üzərində olan təbəqəni qanunun altına salmaq lazımdır”
Muxalifet2 - 15-02-2021
ABŞ-ın Türkiyədəki səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırıldı
ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
"Haber Global" xəbər verir ki, bu barədə nazirlikdən yayılan məlumatda bildirilib.
“ABŞ-ın Türkiyə Cümhuriyyətindəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Dövlət Departamentinin PKK-nın törətdiyi qətliama münasibətdə verdiyi açıqlamasında əksini tapan fikirlərə qarşı etiraz sərt şəkildə onun nəzərinə çatdırılıb”,-deyə nazirlikdən verilən məlumatda qeyd olunub.
Muxalifet2 - 15-02-2021
ABŞ İranın “Axilles dabanı”ndan vurdu
Bir neçə gün əvvəl ABŞ İrana məxsus nefti daşıdığı güman edilən tankerin yükü üzərinə həbs qoyub və nəticədə 2 milyon barrel neftin müsadirə edilməsi riski var. “Reuters” xəbər verir ki, rəsmi Tehran yükün İran hökumətinə deyil, “özəl şirkətə məxsus olduğunu” bildirib, amma şirkətin adını açıqlamayıb. İran XİN-in rəsmi nümayəndəsi bildirib ki, ABŞ-ın tankerin yükünə həbs qoymasını “dəniz quldurluğu aktı” kimi qiymətləndirə bilərlər.
Muxalifet2 - 16-02-2021
NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ƏFV OLACAQ - Bu gün Əfv Komissiyası toplanır
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib.
O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək: “İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”.
“Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”,- F.Mustafa vurğulayıb.
Muxalifet2 - 16-02-2021
"Oğurladıqlarını alıb, Qarabağın bərpasına sərf etmək lazımdır” - EKS-SPİKER
Eks-spiker Rəsul Quliyev Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəyə dəstək xarakterli fikirlər bildirib və təkliflə çıxış edib.
Facebook səhifəsində Rəsul Quliyev bildirib ki, Azərbaycanda böyük vəzifədə olanların böyük korrupsioner olduğu məlum idi. Ancaq vəzifəlilərin bu şəkildə dəhşətli korrupsiya ilə məşğul olması adama fantaziya kimi görsənir. Bu insanların məhkum edilməsi, mənimsənilmiş pul və ya mülklərin əllərindən alınması, sərvətin sahibinə - xalqa qaytarılması çox vacibdir.
Muxalifet2 - 16-02-2021
TƏBİB COVID-19 vaksinin mümkün əlavə təsirlərini açıqlayıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus əleyhinə vurulan vaksinin mümkün əlavə təsirlərinin nə olduğunu açıqlayıb.
TƏBİB-in məlumatına görə əhali arasında yayılan vaksindən sonra mümkün ola biləcək- baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə reaksiya verməsinin göstəricisidir.
Muxalifet2 - 16-02-2021
Rusiya sərhədində saxlanılan azərbaycanlılardan 7-si sərbəst buraxıldı
Rusiya-Azərbaycan sərhədində baş vermiş iğtişaşlar zamanı saxlanılan yeddi Azərbaycan vətəndaşı barəsində başlanan cinayət işlərinə xitam verilib.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin açıqlamasında bildirilir.
Muxalifet2 - 16-02-2021
“Nar” Naxçıvanda şəbəkəsini genişləndirməyə davam edir
Ölkənin bütün regionlarını keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar” Naxçıvan Muxtar Respublikasında da baza stansiyalarının sayını artırmağa davam edir. Son iki ayda aparılan şəbəkə təkmilləşdirilməsi işləri nəticəsində Muxtar Respublikada 13 yeni baza stansiyası fəaliyyətə başlayıb.
Yeni 3G baza stansiyaları Şahbuz, Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarının mərkəzdən kənar kəndlərini yüksək keyfiyyətli şəbəkə ilə təmin edir. Ümumilikdə “Nar” şəbəkəsi NMR-da 158 baza stansiyası ilə əhalinin 99,6%, ərazininsə 98,5%-ni əhatə edir.Muxalifet2 - 16-02-2021
Ağstafanın keçmiş başçısı təqsirini qismən etiraf etdi - YENİLƏNİB
Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə ittiham aktı elan edilib. Təqsiləndirilən şəxslər onlara elan olunmuş ittihamlarla özlərini qismən təqsirli biliblər.
Prosesdə iş üzrə 21 şahid dindirilib.
Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək.
***
Muxalifet2 - 16-02-2021