Axtarış

The search found 105785 results in 0.034 seconds.

Search results

  1. “TƏKCƏ SENTYABRIN 27-DƏ DÜŞMƏNİN 500-DƏN ÇOX HƏDƏFİ VURULDU...” - Komandan ilk dəfə jurnalistlər qarşısına çıxdı

    “TƏKCƏ SENTYABRIN 27-DƏAzərbaycan ordusunun 44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək onu işğal etdiyi torpaqlardan qovub çıx

    Muxalifet2 - 9-02-2021

  2. Ermənistanın baş prokuroru Qarabağa qanunsuz səfər etdi - SEPARATÇILARIN LİDERİ İLƏ GÖRÜŞDÜ

    Ermənistanın baş prokuroru Artur Davtyan Dağlıq Qarabağa qanunsuz səfər edib.

    Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, Davtyan separatçıların rəhbəri Araik Arutyunyanla görüşüb.

    Görüş zamanı “tərəflər” Qarabağ vətəndaşlarının hüquqlarının, o cümlədən həyat və hərəkət hüquqlarının müdafiəsinə yönəlmiş “dövlət institutlarının” işinin təşkilini müzakirə ediblər.

    Davtyan qeyd edib ki, Ermənistan prokurorluğu indiki çətin şəraitdə cinayətkarlıqla mübarizə işində qarabağlı həmkarlarına kömək edəcək.

    Muxalifet2 - 9-02-2021

  3. “ARAİKİN ORDUSU”NUN QALIQLARI LƏĞV OLUNUR... - Ermənistandan Qarabağa çağırışçıların göndərilməsi dayandırıldı

    Ermənistanda orduya qış çağırışı başlayıb və məlum olub ki, çağırışçılar ancaq Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət edəcəklər. Azərbaycan ərazilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan hissəsinə çağırışçıların göndərilməsi isə dayandırılıb.

    Bu haqda “Sputnik Armenia” bildirir. Məlumata görə, qış çağırışı fevralın əvvəllərindən başlayıb, çağırışçılar hərbi hissələrə püşkatma yolu ilə bölüşdürülürlər. Dağlıq Qarabağdakı hərbi hissələr isə variantlar arasında yer almır.

    Muxalifet2 - 9-02-2021

  4. BU İL HANSI BANKLAR BAĞLANA BİLƏR? – “Mərkəzi Bank çox sərt siyasət yeridir...”

    Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumata görə, 2020-ci ildə ölkədə fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki xalis mənfəəti əvvəlki illə müqayisədə çox olub. Bunlar “Kapital Bank”, “Turan Bank”, “Naxçıvan Bank” və “Paşa Bank”-dır. Mənfəətini ən çox artıran “Kapital Bank” (2,2 dəfə), ən az artıran isə “Paşa Bank” (29,5%) olub.

    Muxalifet2 - 9-02-2021

  5. 110 GÜNDƏN SONRA NƏŞİ TAPILAN ŞƏHİDİMİZİN SON SÖZLƏRİ - “Qarabağ məsələsi övladlarımıza qalmayacaq” / VİDEO

    Azərbaycan Ordusunun əsgəri olan Xuduş Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xuduş Kazımov oktyabrın 2-də Murovdağ-Ağdərə istiqamətində şəhid olub.

    Nəşi 110 gün sonra tapılıb və yanvarın 20-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

    Ailəli idi. 5 yaşlı qızı Fatma və 2 yaşlı oğlu Əbdülkərim yadigar qalıb.

    Muxalifet2 - 9-02-2021

  6. Gültəkin Hacıyevanın evi və maşını əlindən alına bilər – 10 günə 85 min manatı ödəməsə...

    Keçmiş deputat Gültəkin Hacıbəyli maşınını və evini itirə bilər. O, məhkəmə qərarıyla üzərinə qoyulmuş 85 min manat ödəmək öhdəliyini 10 gün ərzində yerinə yetirməlidir. Keçmiş deputata xəbərdarlıq edilib ki, Nəsimi Rayon İcra Şöbəsində onun haqqında məhkəmə qərarı üzrə artıq icraat başlayıb.

    Muxalifet2 - 9-02-2021

  7. Azərbaycanda daha164 nəfər koronavirusa yoluxdu – 2 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda son sutkada koronavirus infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 330 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 231 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 678 nəfər müalicə olunaraq sağalıb, 3 163 nəfər vəfat edib. Hazırda 2 521 aktiv xəstə var.

    Muxalifet2 - 9-02-2021

  8. Sumqayıtda avtoxuliqanlıq edən şəxsin döyülməsi ilə bağlı DİN-dən AÇIQLAMA

    Sumqayıt Polis İdarəsində vətəndaşın polis tərəfindən döyülməsi və  idarənin zirzəmisində saxlanılması haqda Muxalifet.az saytında dərc olunan yazıya rəsmi reaksiya verilib. 

    DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır. 

    Muxalifet2 - 9-02-2021

  9. Ukrayna səfiri Gürcüstan XİN-ə çağırılıb - Saakaşviliyə görə...

    Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

    Diplomatla keçirilən görüş Mixeil Saakaşvilinin Gürcüstanda genişmiqyaslı itaətsizlik aksiyalarına çağırışları ilə bağlı olub.

    İ.Dolqov bildirib ki, Gürcüstanın keçmiş prezidentinin çağırışları Ukrayna-Gürcüstan arasında strateji tərəfdaşlıq və etimad atmosferinin inkişafına kömək etmir.

    Muxalifet2 - 9-02-2021

  10. ERMƏNİ SƏFİRİN ANTİRUSİYA ÇIXIŞI HİDDƏTLƏ QARŞILANDI - “Ermənistandan qoşunları çıxarmaq barədə düşünmək vaxtıdır...

    Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayanın bu günlərdə həmin ölkədə nəşr olunan “Weekblad Elseveir” nəşrinə müsahibəsində müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə Qərbin Moskvaya qarşı sanksiyalar tətbiq etməsinə müsbət yanaşması Rusiya hərbi ekspertlərini hiddətləndirib.
    “Komsomolskaya Pravda” qəzetinin hərbi icmalçısı, istefada olan polkovnik Viktor Baranets Ermənistan dairələrinin antiRusiya bəyanatlarının bu ölkəni indiki mürəkkəb situasiyada Rusiyanın dəstəyindən məhrum edə biləcəyini deyib.

    Muxalifet2 - 9-02-2021

  11. Moldova, Gürcüstan və Ukrayna bölgədə ABŞ-ın dayağı olacaq - Hərbi ittifaq planlanır

    Amerika Birləşmiş Ştatları (ABŞ) Ukrayna, Gürcüstan və Moldova arasında hərbi ittifaq formalaşdırmağı planlaşdırır. Bu barədə feralın 9-da Polşa KİV-тə istinadla «Moldavskiy piston» teleqram-kanalı danışıb.

    Onların məlumatına görə, artıq üç dövlətin idarələri arasında məsləhətləşmələr başlanıb. Bu barədə informasiya Ukrayna xarici siyasət idarəsinin başçısı tərəfindən təsdiqlənir.

    Muxalifet2 - 10-02-2021

  12. “ORDUMUZ BOŞ KƏNDLƏRİ, XOCALINI NƏZARƏTƏ GÖTÜRMƏLİDİR” - "Rus sülhməramlıları buna mane ola bilməz"

    “Qarabağda dastan yazan dövlət, ölkə daxilində separatçı quruluşun qalmasına necə izin verə bilər?”

    Muxalifet2 - 10-02-2021

  13. Ermənistana qaytarılan əsirlərin görüntüləri – VİDEO

    Azərbaycan və Ermənistan arasında növbəti əsir mübadiləsi baş tutub.
    Ermənistan Müdafiə Nazirliyi qaytarılan erməni əsirlərin görüntülərini yayıb.
    Qaytarılan erməni əsirlərin ad və soyadları belədir:
    Qalstyan Araik Qraçoviç
    Karen Araikoviç Manukyan
    İsraelyan Hovhannes Georgieviç
    Movsisyan Vəhram Araikoviç
    Qaloyan Tatul Samveloviç
    Təhvil verilən əsirlərin görüntülərini təqdim edirik:
    Xatırladaq ki, dünən axşam saatlarında 5 erməni əsir 1 azərbaycanlı əsirlə mübadilə edilib./yeniavaz.com

    Muxalifet2 - 10-02-2021

  14. Yeni nazir Ramiz Mehdiyevin qohumunu işdən çıxardı

    Nəqliyyat, Rabitə və İnformasiyaları Texnologiyaları Nazirliyində kadr islahatları davam edir.
    Unikal.org xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə ictimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsinin müdiri Zahid Mehdiyev tutduğu vəzifədən azad edilib.
    Qeyd edək ki, Z.Mehdiyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmisi nəvəsidir.

    Muxalifet2 - 10-02-2021

  15. BİR İDARƏDƏN 30 POLİS ZABİTİ İŞDƏN ÇIXARILDI - Polisdə "təmizləmə əməliyyatı"

    Vilayət Eyvazov bir Polis İdarəsinin 30-dan çox vəzifəli şəxsini işdən çıxardı

    Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakının Suraxanı rayon Polis İdarəsinin 30-dan çox yüksək rütbəli əməkdaşını işdən uzaqlaşdırıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxslər nöqsanlara görə sərəncama götürülüb.

    Belə ki, ötən il noyabrın sonunda nazirin əmri ilə Suraxanı RPİ rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.

    Muxalifet2 - 10-02-2021

  16. TOVUZDA "XİLAFƏT" SÖHBƏTLƏRİ: 11 NƏFƏRLİK QRUPUN İŞİ - “Dedilər Samir İŞİD-in Azərbaycandakı təmsilçisidir...”

    Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərini mərhələlərlə yumşaltması Azərbaycan məhkəmələrində də canlanma yaradıb. Baxışı pandemiyaya görə yarımçıq qalan bir çox səs-küylü işlər üzrə məhkəmə dindirmələri yenidən başlayıb.

    Muxalifet2 - 10-02-2021

  17. "Bizim əsas problemimiz ölkədən oğurlanan milyardlar deyil..."

    Şair Əjdər Ol rüşvət, yeyinti ittihamı ilə həbs edildi.

    Muxalifet2 - 10-02-2021

  18. "GENERAL POLAD HƏŞİMOVUN VURULMASINI HEÇ CÜR QƏBUL EDƏ BİLMİRDİ..." - Şəhid polkovnikin ailəsindən reportaj

    Qəbələ şəhəri Vətən Müharibəsində 38 şəhid verib. Onlardan biri Vətən Müharibəsi Qəhrəmanıdır. Söhbət 44 yaşında şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Abdurahmanov Əfqan Ağasəf oğlundan gedir.

    Əfqan Abdurahmanov bu yüksək fəxri adla təltif olunan altı polkovnik-leytenantdan biridir. Silahlı Qüvvələrimizin ən peşəkar zabitlərindən biri olmuş şəhidimiz 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Elə həmin ildə Rəqinə adlı xanımla ailə həyatı qurub.

     

    Muxalifet2 - 10-02-2021

  19. "Azərbaycan bayrağının Xankəndində dalğalanacağı gün yaxındır"

    Bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attarı Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edib. Qeyd edək ki, şuranın sədri cənab Ərdoğandır.

    Muxalifet2 - 10-02-2021

  20. Abid Şərifov nəvəsinin otelindən danışdı: "Bunu böyütmək nəyə lazımdır?"

    Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə otel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb. Unikal.org-a açıqlama verən Abid Şərifov faktı təsdiqləyib.
     
    O, bildirib ki, Şəki şəhər icra hakimiyyəti tərəfindən istismara verilən "Şəki Park” oteli nəvəsinə məxsusdur: "Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?"
     

    Muxalifet2 - 10-02-2021

Pages