Axtarış

The search found 105785 results in 0.082 seconds.

Search results

  1. "Azərbaycana "İskəndər" raketləri atılıb" - SARKİSYAN ETİRAF ETDİ

    Ermənistan ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı "İskəndər" raketindən istifadə edib.

    Bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “Armnyuz”a müsahibəsində etiraf edib:

    “Ermənistan tərəfdən “İskəndər”in tətbiq edilməməsi ilə bağlı verilmiş açıqlamalarla razı deyiləm”.

    Onun sözlərinə görə, bu raket döyüşlərin son günlərində tətbiq edilib:

    “Konkret olaraq Şuşaya atılıb”.

    Muxalifet2 - 17-02-2021

  2. PEYVƏND VURULMAYAN ŞƏXSLƏR GÜRCÜSTANA GEDƏ BİLMƏZ - Rəsmi açıqlama

    Azərbaycandan hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədlər müəyyənləşib.

    Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bildirib.

    Onun sözlərinə görə, tələb olunan sənədlər aşağıdakılardır:

    Muxalifet2 - 17-02-2021

  3. ​Bərbərxanada qadına qarşı zorakılıq edən sahə müvəkkili işdən çıxarıldı – RƏSMİ AÇIQLAMA

    Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı tutduğu vəzifəsindən azad edilib.

    Muxalifet2 - 17-02-2021

  4. Sabah Bakıya qar yağacaq - PROQNOZ

    Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə fevralın 18-də Bakıda və Abşeron yarımadasında fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, bəzi yerlərdə 1 dərəcə şaxta, gündüz 2 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

    Muxalifet2 - 17-02-2021

  5. SUMQAYITDA DƏHŞƏT: 50 yaşlı kişi özünü yandırdı

    Sumqayıt sakini özünü yandırıb.

    Hadisə 12-ci mikrorayonda 20-ci binanın qarşısında baş verib. Belə ki, şəhər sakini , 1971-ci il təvəllüdlü Faiq İbrahimov özünü yandırıb. Nəticədə onun bədəninin çox hissəsi yanıb.

    F. İbrahimov dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.

    50 yaşlı kişinin hansı səbəbdən belə addım atdığı bilinmir. Onun narkotik aludəçisi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır./apa

    Muxalifet2 - 17-02-2021

  6. Direktor məktəbli qızın başından hicabını açaraq yerə atıb... - RƏSMİ REAKSİYA

    Abşeron Rayon Təhsil Şöbəsi Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın məktəbli qızın başından hicabını açaraq yerə atması ilə bağlı xəbərə münasibət bildirib.

    Təhsil Şöbəsindən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, məktəbdə baş verən hadisə ilə bağlı iddialar təhsil şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb:

    Muxalifet2 - 17-02-2021

  7. Gömrük Komitəsində 700 milyon manat kəsir aşkarlandı: Yoxlama başladı...

    Hüquq mühafizə orqanları Vergilər Nazirliyi ilə birgə DGK-da yoxlamalar aparıb.

    Ovqat.com-un əldə etdiyi məlumata görə, yoxlamanın nəticələri hakimiyyətin yüksək pillələrində oturanları belə şoka salıb.

    Məlumata görə, aparılan yoxlamalar  zamanı 700 milyon manatdan çox kəsir aşkarlanıb. Özgə vaxt “mənim fəaliyyətimdə korrupsiya faktı tapın, istefa verim” deyən DGK-nin sədri general Səfər Mehdiyev kəsirin hansı səbəbdən yarandığına aydınlıq gətirə bilməyib.

    Muxalifet2 - 15-02-2021

  8. NAZİR MÜAVİNİ YIXILDI, QABIRĞASI SINDI - Bakıda

    Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov xəsarət alıb.

    Bu barədə "Report"a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib. Onun sözlərinə görə, hadisə İsmayılov işdən çıxarkən baş verib. Məmmədova bildirib ki, nazirlik rəsmisi ayağının burxulması nəticəsində yıxılıb: "İsmayıl müəllimin qabırğası çatlayıb. Ona ilkin həkim müdaxiləsi olub".

    Artıq İsmayılovun xəstəxanadan evə buraxıldığını deyən mətbuat katibi onun müalicəsini ev şəraitində davam etdirdiyini diqqətə çatdırıb: "Ağır heç nə yoxdur, qısa zamanda işə çıxacaq".

    Muxalifet2 - 17-02-2021

  9. Məşhur Fərman Salmanov hansı haqsızlıqlarla üzləşib? - VİDEO

    Sibir neftinin “kral”ı kasıb azərbaycanlı; evini belə nazir təmir etdirib
     
    AzTV-də yayımlanan “Yüz ilin adamları” verilişinin növbəti buraxılışı görkəmli geoloq Fərman Salmanova həsr olunub.
     
    AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, layihə komandası heç vaxt Rusiya kanallarına müsahibə verməyən geoloqun həyat yoldaşı Tamara Salmanova ilə söhbətləşib.
     

    Muxalifet2 - 17-02-2021

  10. Rusiya, Ukrayna və Gürcüstandan qanqsterlər Azərbaycana axışır? - KEÇMİŞ QANQSTERİN MÖVQEYİ

    “Vor zakon” statusu daşımağa görə cinayət məsuliyyəti və sanballı cəza nəzərdə tutulan qanunların Rusiya, Ukrayna və Gürcüstanda qəbul edilməsi postsovet məkanının digər ölkələrində cinayətkar aləmin liderləri arasında qarşıdurmanı şiddətləndirə bilər.

    Bunu keçmiş rusiyalı kriminal avtoritet və qanqster  Mixail Orskiy (90-cı illərdə Orsk bandasının liderlərindən olub) URA.ru saytına açıqlamasında deyib. Mixail Orskiy “Rus qanqsterinin güzəranı” adlı kitabın müəllifidir və kriminal aləm üzrə ekspert-konfliktoloq kimi fəaliyyət göstərir.

    Muxalifet2 - 17-02-2021

  11. Güclü qar Şəmkir - Gədəbəy yolunda çətinlik yaratdı - FOTO

    Yağan güclü qar nəticəsində Şəmkir - Gədəbəy yolu, xüsusən də Yasamal aşırımlarında maşınların hərəkətində çətinlik yaranıb. 

    Bunu DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

    "Sürücülərdən xahiş olunur ki, bu yoldan maksimum az istifadə etsinlər. İstifadə edərkən də, təhlükəsizlik qaydalarına əməl etsinlər", - deyə qurum rəsmisi qeyd edib.

    Muxalifet2 - 17-02-2021

  12. Türkiyə S-400 sistemi ilə bağlı qərarını verdi... - AÇIQLAMA

    "Amerika S-400 məsələsini hər fürsətdə gündəmə gətirir". Bunu Milli.Az-a açıqlamasında türkiyəli məşhur hərbi-siyasi eksperti Ceyhun Bozkurt deyib.

    Ekspert bildirib ki, ABŞ nə qədər təzyiq etsə də Türkiyə S-400-dən imtina etmək fikrində deyil:

    Muxalifet2 - 17-02-2021

  13. ""REAL" MTK-da BAŞ VERƏN CİNAYƏTLƏRƏ GÖZ YUMULUR..." - Baş Prokurorluq əsas sübutları niyə araşdırmır?

    "Yanvarın 26-da saytımızda dərc olunmuş "Tikinti şirkətinin heyrətamiz dələduzluğu" başlıqlı məqalədə mənim "Real" MTK tərəfindən üzləşdiyim qanunsuzluqlardan bəhs olunurdu. Həmin yazıdan sonra düşündüm ki, Baş Prokurorluq MTK-nın bizdən 3 mənzil və 2 qarajın sənədlərini qəsdən gizlədərək, təkrar ödəniş tələb etməsinə görə qanuni tədbir görəcək.

    Muxalifet2 - 17-02-2021

  14. Putin və Paşinyan arasında Qarabağ müzakirələri

    Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti zamanı Qarabağla bağlı razılaşmaların icra vəziyyəti müzakirə olunub.

    Bu barədə Kremlin açıqlamasında deyilir.

    Muxalifet2 - 17-02-2021

  15. “NOYABRIN 10-DA ARUTYUNYAN VERTOLYOTLA BAKIYA APARILACAQDI...” - "Ona əmr edəcəkdilər ki, Qarabağ ermənilərinə müraciət etsin"

    Qarabağda müharibəni Rusiya dayandırdı, əgər müharibə noyabrın 9-da axşam dayandırılmasaydı, aydın idi ki, noyabrın 10-da Araik Arutyunyanı vertolyotla Bakıya aparacaqdılar. Orada onu telekameralar qarşısında oturdub əmr edəcəkdilər ki, Qarabağ ermənilərinə müraciət etsin.

    Bu sözləri Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan Yerevanda fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib.

    Muxalifet2 - 17-02-2021

  16. ƏLİ HƏSƏNOV PREZİDENTİ NECƏ SÖYDÜRÜRDÜ… – Eldar Sabiroğlu yazır

    İnsanları qudurdan, onu adam cildindən çıxaran bircə şey tanıyıram. Onun adı vəzifə və puldur.

    Muxalifet2 - 18-02-2021

  17. ZİYA MƏMMƏDOV VƏ ZAKİR QARALOVA QARŞI KORRUPSİYA İTTİHAMLARI... - Onların həbsi mümkündürmü?

    Hüquqşünas: “Yol tikintilərindəki korrupsiyanı aşkarlamaq çox asandır, Zakir Qaralovun ”Akkord"a bağlılığını sübut etmək isə"...

    Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra Azərbaycanda dövlət vəsaitlərinin mənimsənilməsində iştirak edən digər eks-məmurların cəzalandırılacağına ümidlər artıb. Cəmiyyət adı külli miqdarda yeyintilərdə hallanan sabiq məmurların törətdikləri əməllərə görə məsuliyyətə cəlb edilməsini gözləyir.

    Muxalifet2 - 18-02-2021

  18. “BAYDEN RUSİYANIN DOSTU DEYİL, AMMA...” - “Moskvada onu hələ Brejnevin dövründən tanıyırlar”

    “Rusiyaya qarşı sanksiyalar daha düşünülmüş və ölçülüb-biçilmiş olacaq”

    İkinci Dünya Müharibəsindən sonra ABŞ-da hakimiyyətə gələn hər yeni administrasiya bu ölkənin xarici siyasətində müəyyən dəyişikliklər aparsa da, dönüş yaradacaq radikal addımlara rast gəlinmirdi. Amma Donlad Tramp ənənəvi standartlardan kənara çıxaraq, öz sələflərindən tamamilə fərqli siyasət yürüdürdü.

    Muxalifet2 - 18-02-2021

  19. "Koronavirusdan müdafiə üçün 3-cü peyvənd lazım olacaq" - BİLL QEYTS

    “Microsoft” şirkətinin qurucusu Bill Qeyts əmindir ki, insanları koronavirusdan müdafiə etmək üçün üç mərhələdə peyvənd etmək lazım olacaq. İş adamının fikrincə, vaksinin üçüncü mərhələsi virusun mutasiyaları nəzərə alınaraq dəyişdiriləcək.

    “İndi əsas məsələ bizim vaksinasiyanı ümumi vasitələrlə və metodlarla təmin etməyin lazım olub-olmaması və ya üç mərhələdə peyvənd etməyin zəruriliyi, yaxud vaksini dəyişməyin tələb olunmasıdır”, - Bill Qeyts deyib.

    Muxalifet2 - 18-02-2021

  20. AMEA-da siyasi partiyalarla bağlı yeni şöbə yaradılır

    Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) siyasi partiyalarla bağlı yeni şöbə yaradılır.

    "Report"un əldə etdiyi məlumata görə, Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi Tarix İnstitutunda fəaliyyətə başlayacaq.

    Artıq yeni şöbənin yaradılması və fəaliyyət istiqaməti İnstitutun Elmi Şurasının iclasının gündəliyinə salınıb və iclasda müzakirələrdən sonra təsdiqlənib.

    Muxalifet2 - 18-02-2021

Pages