Ronaldunun izləyicilərinin sayı yarım milyardı ötdü

Baxış sayı:
2824

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu dünyada sosial şəbəkələrdə izləyicilərinin sayı 500 milyonu ötən ilk insan olub.

"Report" "Bleacher Report"a istinadən xəbər verir ki, hazırda portuqaliyalı hücumçunu instaqramda 261milyon, feysbukda 148 milyon, tvitterdə isə 91 milyondan çox adam izləyir.

36 yaşlı forvardadək heç kimin sosial şəbəkələrdə bu qədər izləyicisi olmayıb.

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"dan öncə ölkəsində "Sportinq"in, İngiltərədə "Mançester Yunayted"in, İspaniyada isə "Real Madrid"in formasını geyinib. Hazırda onun hesabında 766 qol var.