Axtarış
The search found 105785 results in 0.031 seconds.
Search results
Gürcüstanda koronavirusun yeni ştammı aşkarlandı
Gürcüstanda koronavirusun yeni ştammına ilk yoluxma halı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Yoluxan şəxs 50 yaşdan yuxarı kişidir, hazırkı vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. O, cəmiyyətdən təcrid olunub.
Muxalifet2 - 4-01-2021
YOLUXMA HƏQİQƏTƏN AZALIB, YOXSA...? - "Bu say reallığı əks etdirmir, səbəb..."
Ötən ilin son həftəsindən başlayaraq Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayı kəskin azalmağa başlayıb. Sutkalıq ölüm 30-35 civarında sabit qalsa da sağalanların sayı yeni yoluxanları bir neçə dəfə üstələyib.
Hətta yeni ilin ilk günü bu göstərici 341-ə qədər azalmışdı. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə ölkədə 803 yeni yoluxma faktı qeydə alınıb, 2 918 nəfər müalicə olunaraq sağalıb. Son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.
Muxalifet2 - 4-01-2021
ŞAHBAZ QULİYEV ŞUŞA TÜRMƏSİNDƏ YAŞADIQLARINDAN DANIŞDI - VİDEO
Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizdən olan Şahbaz Quliyev Şuşa həbsxanasında yaşadıqlarını bölüşüb.
O, başına gələn hadisələri Baku TV-yə danışıb.
Həmin görüntüləri təqdim ediirik:
Muxalifet2 - 4-01-2021
“Yenidən hərbi əməliyyatlara başlamalıyıq” - İLYAS İSMAYILOV
“Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatdan sonra tamamilə məhv olmaqdan qurtulan erməni ordusu indi Azərbaycana qarşı hərbi taktiki dəyişikliklərə gedib. Düşmən qüvvələri hazırda nizami ordu hücumları əvəzinə, 6-10 nəfərlik diversiya qrupları halında Azərbaycan postlarına zərbə endirib əsgərlərimizi qətlə yetirdikdən sonra hadisə yerindən uzaqlaşırlar”.
Bu fikirləri Ovqat.com-a açıqlamasında Ədalət partiyasının sədri, hüquq elmlər doktoru İlyas İsmayılov deyib.
Muxalifet2 - 4-01-2021
HÖKUMƏTİN XALQA YENİ İL "HƏDİYYƏSİ" - Yanacağın qiyməti qaldırıldı... / ÖLKƏDƏ CİDDİ BAHALAŞMANIN ƏSASI QOYULDU
4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Muxalifet.az quruma istinadən xəbər verir ki, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.
Muxalifet2 - 5-01-2021
Avtobuslarda da gediş haqları artırılacaq? - BAKI NƏQLİYYAT AGENTLİYİNDƏN AÇIQLAMA
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Muxalifet2 - 5-01-2021
“Rusiyanın fəaliyyəti ermənilərin təcavüzkar siyasətinə xidmət edəcəksə..."
Pənah Hüseyn: “Türkiyəyə qarşı mübarizə Azərbaycana qarşı hücumdur, bunun cavabı amansız şəkildə verilməlidir, təşkilatçıları əzilməlidir”
Noyabrın 10-da imzalanan üçtərəfli bəyannamədən sonra müharibə atəşkəslə əvəzlənsə də, bölgədə yaranan gərgin və həssas durum sistemli sabitliklə əvəzlənməyib. Sülhməramlıların Azərbaycanda birmənalı qarşılanmayan əməlləri kontekstində Türkiyə hərbçilərinin Monitorinq Mərkəzində gözlənilən fəaliyyəti bölgədə müəyyən balansın formalaşacağına dair ümidlər yaradır.
Muxalifet2 - 5-01-2021
ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜ GÖZLƏNİLİR? – “Yeni il tətillərindən sonra baş tuta bilər”
Rusiya mətbuatı yaxın günlərdə Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirləcəyi barədə xəbər yayıb.
Bu barədə “İnferfaks” agentliyi diplomatik mənbələrə istinadən məlumat verir. Mənbə bildirib ki, belə bir görüş yeni il tətillərindən sonra baş tuta bilər, mümkün tarixlərdən biri - 11 yanvardır.
Muxalifet2 - 5-01-2021
İlham Əliyev Anar Kərimovu nazir təyin etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Anar Qabil oğlu Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezidentin rəsmi saytı məlumat yayıb.
Bu sərəncamla “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv edilib.
Muxalifet2 - 5-01-2021
28 ƏSGƏRİNİ ÖLÜMDƏN XİLAS EDƏN ŞƏHİD MAYOR - VİDEOREPORTAJ
Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhid olan hərbçilərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında ölümündən sonra "Vətən uğrunda" medalı və " 3-cü dərəcəli Vətənə xidmət ordeni" ilə təltif edilmiş mayor Mürsəliyev Sübhi Balamirzə oğlu da var.
Muxalifet2 - 5-01-2021
“Azərbaycanın bu haqlı davasında sonuna qədər yanındayıq...”- HULUSİ AKARDAN SARIQAMIŞ VƏ QARABAĞ MESAJI
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış hərəkatının 106-cı ildönümü ilə bağlı yaydığı mesajında vətən, millət və bayraq naminə canını fəda edən şəhitləri rəhmətlə anıb. Və bir daha Qarabağ məsələsində Türkiyənin sona qədər Azərbaycanın yanında olacağını ifadə edib.
Muxalifet2 - 5-01-2021
Rusiyada qızıl mədəni uçub - Dağıntı altında qalan fəhlələr axtarılır
Rusiyanın Kamçatka diyarında yerləşən qızıl yatağındakı şaxtanın uçması nəticəsində 5 nəfər dağıntılar altında qalıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Kamçatka diyarı hökumət başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Zaboliçenko bildirib.
Onun sözlərinə görə, 3 nəfər mədəndən özü çıxıb və 2 fəhlənin isə taleyindən xəbər yoxdur.
Muxalifet2 - 6-01-2021
“RUSLAR BİRTƏRƏFLİ ADDIM ATA BİLMƏYƏCƏKLƏR...” – “Sülhməramlılar bəyanatın müddəalarını pozmurlar”
“Ermənistanla diplomatik münasibətlərin qurulması, əlaqələrin yaranması qaçılmazdır”
Rusiya KİV-ləri xəbər verir ki, yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Baş tutarsa, bu görüş müharibədən sonra liderlər arasında ilk rəsmi təmas kimi tarixə düşə bilər.
Azpolitika.info bu və digər aktual məsələlərlə bağlı “Turan” İnformasiya Agentliyinin direktoru, analitik Mehman Əliyevlə söhbətləşib.
Muxalifet2 - 6-01-2021
GENERAL POLAD HƏŞİMOVUN KOMANDİRİ OLDUĞU ŞƏHİD BAŞ LEYTENANT... - Fotolar
Cəlilabad rayonunda doğulub boya-başa çatan baş leytenant Kərimov Asif Məmməd oğlu hərb tariximizə Azərbaycan Ordusunun Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən zabitlərindən biri kimi düşüb.
Muxalifet2 - 6-01-2021
Los-Ancelesdə kritik vəziyyət: Xəstələri ölümə tərk edəcəklər
ABŞ-ın Los Ancles şəhərində təcili yardım qruplarına həyatda qalma ehtimalı aşağı olan koronavirus xəstələrini müalicə etməmə təlimatı verilib.
Virtualaz.org xəbər verir ki, bu qərar ABŞ-da sərt etirazlara səbəb olub.
Los Anclesin səhiyyə rəsmiləri şəhərdə pandemiya nisbətində kritik artış olduğunu bildiriblər. Rəsmilərin dediyinə görə, şəhərdəki xəstəxanalarda boş çarpayı olmaması səbəbindən belə bir qərar veriblər. Qeyd edək ki, Los Anclesdə xəstə sayı 800 minə yüksəlib.
Xəstələrin 21 faizi reanimasiyaya yerləşdirilib.
Muxalifet2 - 6-01-2021
KİVDF-nin bazasında daha geniş fəaliyyət sferası olan qurum yaradılacaq
Yaxın günlərdə Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti sahəsində geniş islahatlara start veriləcək.
APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında səlahiyyətləri, fəaliyyət sferası daha geniş olan yeni qurumun yaradılması planlaşdırılır.
Muxalifet2 - 6-01-2021
ABŞ QARA DƏNİZDƏ RUSİYAYA QARŞI CƏBHƏNİ GÜCLƏNDİRİR: Rumıniyadakı baza Türkiyədən asılılığı azaldacaqmı? – TƏHLİL
Birləşmiş Ştatlar 2021-ci ildə NATO-nun Rusiyaya qarşı hərbi potensialını artırmaqda davam edir.
Ovqat.com ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı Komandanlığına istinadən xəbər verir ki, Pentaqon Rumıniyanın Kımpiya-Turziy aviabazasına “MQ-9 Reaper” pilotsuz uçan aparatları və yüzə yaxın hərbçi yerləşdirib.
Ekspertlər bunu Vaşinqtonun Qara dəniz regionuna dair strategiyasının göstəricisi kimi qiymətləndiriblər.
Bəs bu strategiyanın mahiyyəti nədən ibarətdir və Rusiya üçün hansı riskləri daşıyır?
Muxalifet2 - 6-01-2021
Şəmkirdə yeniyetmə həmyaşıdını amansızlıqla qətlə yetirdi
Yanvarın 5-də saat 15:00 radələrində Şəmkir şəhər sakini 2003-cü il təvəllüdlü Tağıyev Əhliman Kənan oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bununla bağlı Şəmkir Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2003-cü il təvəllüdlü Hüseynov Rəvan Eynur oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı istintaqa məlum olmayan alətlə Əhliman Tağıyevə xəsarətlər yetirərək, sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Muxalifet2 - 6-01-2021
KİVDF 19 qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etdi - SİYAHI
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın müsabiqəli maliyyə yardımının göstərilməsinə dair müddəalarının yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına 2021-ci ilin I yarısı üçün maliyyə yardımının göstərilməsi ilə bağlı müsabiqə yekunlaşıb.
Muxalifet2 - 6-01-2021
Xankəndində qış nağılları: Ayvazyanla Babayan oturmuşdu divanda... - QURAMA “RESPUBLİKANI” DİRİLTMƏK CƏHDLƏRİ TRAGİKOMİK XARAKTER ALIR
Dünən Ermənistan Dağlıq Qarabağda 30 ilə yaxın mövcud olmuş və 44 günlük müharibənin nəticəsi olaraq tamamilə küncə qısılmış, Rusiya sülhməramlı kontingentinə sığınmış qurama rejimin reanimaiyasına yönəlmiş daha bir tragikomik cəhd göstərib. Xarici işlər naziri Ara Ayvazyan Laçın dəhlizindən Xankəndinə daxil olub və orada qondarma rejimin yeni təyin olunmuş “xarici işlər naziri” David Babayanla divanda üz-üzə oturaraq “iki erməni respublikası arasında xarici siyasət məsləhətləşmələrinə dair proqramı” müzakirə ediblər.
Muxalifet2 - 6-01-2021