Paşinyan Türkiyə ilə sərhədlərin açılması şərtlərini müzakirə edir - İDDİA
9-01-2021 12:59
Baxış sayı:
1407

“Məndə olan məlumata görə, Paşinyanın təmsilçiləri Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik əlaqələr qurulması müqabilində imzalanması lazım olan sənədlər paketini müzakirə edirlər”.
Bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan "Telegram" kanalında yazıb.
“Paketdə Ermənistanın antitürk xarici siyasət yürütməmək öhdəliyi yer alır. "Erməni soyqırımı"nın tanınmasına yönəlmiş diaspora hərəkətlərindən tamamilə uzaqlaşmaq, ərazi iddialarının olmaması barədə sənədləri imzalamaq, habelə maddi təzminatı rədd etmək şərti. Güzəştlər paketinə "erməni məsələsi"ni araşdırmaq üçün tarixçilərdən ibarət bir komissiyanın yaradılması da daxildir", - Minasyan deyib./virtualaz