Həsən Həsənov səfir vəzifəsindən geri çağırıldı - YENİ SƏFİRİN ADI AÇIQLANDI / Yenilənib
8-01-2021 14:55
Baxış sayı:
1205
Nərgiz Qurbanova Azərbaycanın Polşadakı səfiri təyin olunub
Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə N. Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Prezident İlham Əliyev Həsən Həsənovun Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.