DEMOKRATİYANIN HASARLAMA MODELİ... - ABŞ hakimiyyəti Konqresin binasını hasara alacaq

Baxış sayı:
1302

ABŞ hakimiyyəti Konqresin binasının yerləşdiyi Kapitoli təpəsinin ətrafını 2 metrdən hündür hasarla hasarlayacaq.

Bu barədə ABŞ Quru Qoşunları naziri Rayan Makkartini Vaşinqton meri Muriel Bouzer ilə keçirdiyi mətbuat konfransında açıqlayıb.

"Bu gün səhər saat 9-da hündürlüyü 2,1 m olan hasar tikməyə başladıq. Hasar Kapitolinin ətrafındakı Konstitusyuşn küçəsindən İndependens küçəsinə, 1-ci küçədən gölməçə yaxınlığındakı küçəyə (3-cü küçə) qədər uzanacaq. Bu təhlükəsizlik tədbirləri ən azı 30 gün ərzində qüvvədə olacaq" - Makkarti bildirib.

Makkarti deyib ki, ən azı bir ay ərzində Vaşinqtonda ABŞ Milli Qvardiyasının təxminən 6200 döyüşçüsü yerləşəcək.