Əli Həsənovun baldızı vəzifədən azad olundu - PFREZİDENTİN SƏRƏNCAMI BU GÜN ELAN OLUNACAQ...

Baxış sayı:
1561

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tutduğu vəzifədən azad olunub.

Bu barədə azpolitika.info-ya təhsil sektorundakı etibarlı mənbədən məlumat verilib. Müvafiq Prezident sərəncamının bu gün elan olunacağı gözlənilir.

Xatırladaq ki, adı bir sıra qalmaqallarda hallanan M.Vəliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.
Muxalifet.az xəbər verir ki, Məhəbbət Vəliyeva Prezidentin keçmiş köməkçisi Əli Həsənovun baldızıdır.