Rusiya ABŞ-da baş verənləri lağa qoydu: “Demokratiyanın hər iki ayağı axsayır...” YENİLƏNİB

Baxış sayı:
1073

ABŞ-da baş verənlərə, Donald Trampın seçkilərin nəticələrini tanımayaraq öz tərəfdarlarını küçələrə çıxarmasına və Konqresə basqına, artıq 4 nəfərin həlak olmasına gətirib çıxarmış toqquşmalara Rusiyadan ilkin reaksiyalar gəlib.

Belə ki, Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçev baş verənləri “demokratiyanın hər iki ayağının axsaması” kimi şərh edib.

Senator bu barədə özünün Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Vaşinqton başqa ölkələrə kurs sırımaq haqqını itirib. “Demokratiya bayramı başa çatıb. Bu, təəsüf ki, əslində dibə çöküşdür, mən bunu bədxahcasına sevinmədən deyirəm. Amerika artıq kurs qoymur, üstəlik başqalarına demokratiya kursu təyin etmək üçün bütün hüquqlarını da itirib”,-Kosaçev bildirib.

Rusiya senatorunun fikrincə, amerikalıları etirazlara sürükləyən səbəblər Donald Trampın “özünəvurğunluğu, eksentrikliyi və avantürizmi” olub.

 

** 09:20

Vaşinqtonda gecə baş verən etirazlar zamanı dörd nəfər ölüb.

Ağır yaralanan Hərbi Hava Qüvvələrinin keçmiş zabiti Eşli Babbittin öldüyü bildirilir.

"Kapitolinin polis əməkdaşı öz xidməti silahından bir qadına atəş açıb. O, yerli xəstəxanaya aparılıb və həyatını xilas etmək cəhdlərinə baxmayaraq vəfat edib. Bundan əlavə, bu gün Kapitolinin yaxınlığında daha üç ölüm hadisəsi barədə xəbərlər gəlib" - polis rəisi Robert Konti bildirib.

Onun sözlərinə görə, təcili tibbi yardıma ehtiyacı olan daha 3 nəfər ölüb. Konti deyib ki, etirazlar zamanı 52 nəfər, bəziləri qanunsuz silah daşıdıqları üçün, əksəriyyəti isə paytaxtın Kolumbiya dairəsində tətbiq olunan komendant saatını pozduğuna görə saxlanılıb.

Qeyd edək ki, Kapitoli təpəsində iğtişaşlar baş verib, Tramp tərəfdarları Konqres binasına giriblər. Tramp tərəfdarları qarşısında mitinqdə çıxış edib, onları Kapitoliyə yürüş etməyə çağırmışdı./virtualaz.org