"BU, VİRUSUN SONUNUN BAŞLANĞICIDIR" - Avropada vaksinlər vurulmağa başladı

Baxış sayı:
2199

Bazar günü Avropa Birliyi (AB) ölkələrində yeni bir koronavirus növünə qarşı əhalinin kütləvi immunlaşmaşına başlanılıb. 27 dekabra qədər qeydə alınan tək peyvənd Amerikanın Pfizer korporasiyasının dərmanı olub. İstehsalçılar bu vaksinin effektliyinin 95 faiz olduğunu bildirirlər. Birinci mərhələdə ölkələr təxminən 10 min doza qəbul ediblər ki, bu da pandemiyanı dayandırmaq üçün kifayət deyil.

Vaksin vurulmasında əsasən yaşlılar və tibb işçiləri daxil olmaqla risk qruplarından olan vətəndaşlara üstünlük verilir. Almaniyan;n “Spiegel” jurnalı yazır ki, ki, Avropa Birliyi peyvəndləri ABŞ, Yaponiya, Kanada və digər ölkələrdən sonra almağa başlayıb. Beləki Vaşinqton peyvəndləri iyulda alıbsa, Brüssel bu işə noyabr ayının ortalarında başlayıb.

“Görək indi bu virusu yola sala biləcəyikmi”, – İspaniyada ilk vaksin 96 yaşlı Araceli Hidalqoya vurulub. O, Madrid yaxınlığında qocalar evində yaşayır. İtaliyada 29 yaşlı tibb bacısı Klaudiya Alivernini bunu “sonun başlanğıcı, həyəcanlandırıcı, tarixi məqam” adlandırıb.

Avropa Birliyi ilin sonunadək "Pfizer/BioNTech" vaksininin 12.5 milyon dozasını alacaq ki, bu da 6.25 milyon nəfərin ikidozalı rejimdə peyvənd olunması deməkdir.

Avropa Komissiyası müxtəlif istehsalçılardan 2 milyard dozadan artıq vaksin alınması ilə bağlı sövdələşməəldə edib. Birliyin tibb qurumu yanvarın 6-dək ABŞ-ın Moderna şirkətinin hazırladığı vaksini təsdiqləməlidir.

Ümumiyyətlə AB ərazisində 450 milyon nəfər yaşayır. Birləşmiş Ştatlar, Britaniya, Kanada və bir sıra digər ölkələrdə də"Pfizer/BioNTech" vaksini ilə peyvəndləmə artıq başlanıb.

“İndi virusa qarşı yeni silahımız var: vaksin. Bir daha möhkəm dayanmalıyıq”, – Fransa Prezidenti Emmanuel Makron tvitində yazıb. O da bu ay koronavirusa yoluxub, dekabrın 24-də karantindən çıxıb. Avstriyanın Kansleri Sebastyan Kurz vaksini pandemiya üzərində qələbənin başlanğıcı, “oyunpozan” adlandırıb.

Amma həm siyasətçilər, həm də ekspertlər xəbərdarlıq edirlər ki, vaksinin hamıya əlçatan olması bir neçə ay çəkəcək və bu arada maska taxmağa, əlləri mütəmadi yumağa, fiziki məsafə saxlamağa davam etmək lazımdır.

"Pfizer/BioNTech" peyvəndinin paylanması üçün də böyük texniki problemi yoluna qoymaq lazım gəlir, çünki o, mənfi 70 dərəcədə saxlanmalı, quru buzla doldurulmuş xüsusi konteynerlərdə daşınmalıdır.

Almaniyada peyvəndləmədə bir neçə gün yubanma yaşanıb, çünki minədək dozanın tranzit zamanı kifayət qədər soyuq şəraitdə saxlanmadığı üzə çıxıb. Şimali Bavariya vilayətində bir sıra şəhərlərin rəsmiləri "BioNTech"-dən bu vaksinlərin işlətməyin mümkünlüyü haqda açıqlama gözləyiblər.

Şirkətin sözçüsünün bildirməsinə görə, vaksinin paylanma mərkəzlərindən peyvəndləmə mərkəzlərinə daşınması zamanı temperaturda dəyişiklik baş verib.

“Bir çox dövlət orqanları iləəlaqə saxlayaraq məsləhət veririk, ancaq necə davranmağa özləri qərar verirlər”, – sözçü deyib.

"BioNtech" bu ayın əvvəlində deyirdi ki, dondurucudan çıxarılan vaksin beş gün ərzində 2-8, istifadə olunana iki saat qalmışadək 30 dərəcəyədək temperaturda saxlana bilər.

Xatırladaqki, pandemiyanınbaşlamasındanbugünəqədərAvropaBirliyi ölkələrində 12 milyondan çoxadamCOVİD -19-ayoluxub, 335 mindən çoxadam ölüb. Hazırda AB əhalisinin sayı 447 milyon nəfərə yaxındır. Pandemiyanın qarşısını almaq üçün AB əhalisinin 60 faizi peyvənd olunmalıdır. “Spiegel” gələn ilin sonuna qədər AB-nin 180 milyon doza "Pfizer" və"Moderna" peyvəndləri alacağını yazıb və hesablayıb ki, bu da 90 milyon adama yetərli olacaq./azpolitika