"HEÇ BİR KLUBLA DANIŞIQLAR APARMIRAM" - Messi kariyerasını harda davam etdirəcəyinə aydınlıq gətirdi

Baxış sayı:
5268

İspaniyanın "Barselona" klubunun və Argentina millisinin futbolçusu Lionel Messi karyerası ilə bağlı gələcək planlarından danışıb.

"La Sexta" nəşrinə müsahibə verən 33 yaşlı hücumçu heç bir klubla danışıq aparmadığını bildirib.

Messi deyib ki, mövsümün sonuna qədər heç nə aydın deyil: "Gəlin görək bundan sonra nə olacaq. "Barselona"dan ayrılıb-ayrılmayacağımı bilmirəm. Bu barədə mövsümün sonunda danışacağıq. Ancaq karyeramı bitirdikdən sonra klubda qalacağıma ümid edirəm".

Ulduz futbolçu "Real Madrid" və "Atletiko"da çıxış etməyin mümkünsüz olduğunu sözlərinə əlavə edib: "Nə vaxtsa ABŞ çempionatında oynamaq istəyirəm. Bu, mənim arzumdur. Ancaq gerçəkləşəcəyini bilmirəm".

Qeyd edək ki, Lionel Messi yayda "Barselona"nı tərk etmək istəsə də, klub rəhbərliyi onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.