Almaniyanın məşhur bankı Azərbaycandakı nümayəndəliyini ləğv edir

Baxış sayı:
1850

Almaniyanın məşhur bankı "Kommersbank AG"nin Azərbaycandakı nümayəndəliyi ləğv edilir.

Bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti xəbər verir.

Kreditorlar tələblərini 2 ay ərzində Baki şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A, (LANDMARK III, 13-cü Mərtəbə) ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Kommersbank AG" Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir.