Almaniyada ilk vaksini 101 yaşlı qadına vurdular

Baxış sayı:
684

Almaniyada koronavirus əleyhinə ilk peyvəndi Saksoniya-Anhalt federal torpağında, qocalar evində yaşayan 101 yaşlı qadına vurublar.

Bu barədə BILD dərgisi yazıb.

Bundan sonra qocalar evinin digər sakinləri, eləcə də işçi heyət peyvəndlənib.
 
Biontech/Pfizer vaksininin ilk partiyası Almaniyaya bu gün gətirilib. Şimali Reyn-Vestfaliyanın rəhbəri Armin Laşetin sözlərinə görə, bu partiya 16 federal torpaq arasında bərabər qaydada bölünəcək. Almaniya Səhiyyə Nazirliyinin qəbul etdiyi milli plana görə, peyvəndləmə dekabrın 27-də başlamalıdır. İlk növbədə 80 yaşdan yuxarı insanlar, qocalar evlərinin işçiləri və orada yaşayanlar, eləcə də risk zonasında hesab olunan reanimasiya və qəbul şöbələrinin tibbi heyəti peyvənd olunacaqlar./publika