Zelenski gələn il üçün gözləntilərini paylaşdı: “İdeyalar çoxdur...”

Ukrayna Prezidenti Vladimir Zelenski 2021-ci il üçün gözləntilərindən bəhs edib.
“Focus”a verdiyi müsahibəsində o bildirib ki, gələn il bu il qədər çətin olmayacaq, insanlar özlərini daha yaxşı hiss edəcəklər:
“Bu sıçrayış ili asan deyildi, daha çətin, daha sərtdir. Yeni ilin əvvəlcə kimin üçün çətin olacağını dəqiqləşdirməlisiniz. Mənim üçün 2020-ci illə eyni, bəlkə də daha da çətin olacaq. Ümumiyyətlə, insanlar üçün ilin daha asan olacağını düşünürəm. Rəmzi bir il - müstəqilliyimizin 30-cu ildönümü ili olacaq. Bu ruh yüksəkliyi, qürur duyulası bir şeydir”.
O, Ukraynanın müstəqilliyinin ildönümünü qeyd etmək planlarından da danışıb:
“Düşünürəm ki, əla bayram keçirəcəyik, idealar çoxdur. Ukraynaya hörmət edən bir çox xarici lider gələcək”, - deyə Ukrayna lideri bildirib.
O, qeyd edib ki, gələn il iqtisadi baxımdan da asan olacaq:
“Böyük olmasa da, iqtisadi dirçəliş olacaq”.