“Əsgərlərimizə olan qayğısızlıq, ordu daxilində pozuculuq fəaliyyətləri...” – TURAN PARTİYASI DÖVLƏT QURUMLARINA MÜRACİƏT ETDİ

Baxış sayı:
1255

21 dekabr 2020-ci il tarixində Turan Partiyasının (Asenalar Qurulu, Gürşadlar Hərəkatının Yöntim Qurulu və Partiyanın Yönetim Qurulunun) genişlənmiş onlayn toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, toplantıda Turan Partiyasının Başqanı Cahandar Bayoğlu və bütün iştirakçılar çıxış edib.
Toplantının keçirilməsində əsas məqsəd sosial şəbəkələrdə geniş yayılan “əsgərlərimizə olan qayğısızlıq, ordu daxilində  pozuculuq fəaliyyətləri və şəhid ailələri, qazilər”lə bağlı görüntülər olub.
Toplantıda edilən müzakirələrə əsasən, aşağadakı qərarlar qəbul edilib:
1. Sosial şəbəkələrdə yayılan informasiyaların bir çoxu həqiqətləri əks etdirməsə də, narahatlıq doğuran halların olduğuna görə dövlət qurumlarına müraciət edilsin;
2. Şəhid ailələrinə, qazilərə olan neqativ halların aradan qaldırılması üçün xalq nəzarəti gücləndirilməlidir;
3. Turan Partiyasının nəzdində “Şəhid Ailələri və Qazilər Koordinasiya Mərkəzi” yaransın. Şəhid ailələri və Qazilər Koordinasiya Mərkəzinə Zöhrab Teymurov, Natiq Mirzəyev, Ülfət Quliyev, Nasir Məlikov və Xəyal Rzayev seçilib.
4. Dövlətin yenidən qurulmasında savaşan əsgərlərin, qazilərin və şəhid ailələrinin iştirakının vacibliyini nəzərə alaraq, xüsusi dövlət proqramının olması üçün təkliflər paketini hazırlayan komisiya yaradılıb.

Muxalifet.az