Xüsusi təyinatlıların 19 yaşlı sürücüsü düşmən minasına düşüb şəhid oldu - DÖRD BACININ TƏK QARDAŞI İDİ... / FOTO

Baxış sayı:
6461

Xüsusi Təyinatlı Qüvvələrin 19 yaşlı əsgəri İsmayılov Cavad Asif oğlu şəhid olub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, sürücü Cavad İsmayılov idarə etdiyi “KamAz” markalı yük maşının minaya düşməsi nəticəsində şəhid olub.

Salyan rayonunun Sarvan kəndindən olan əsgər Cavad İsmayılov 4 bacının yeganə qardaşı idi.