Axtarış
The search found 105793 results in 0.034 seconds.
Search results
Türkiyə Ordusu İraqda əməliyyat keçirdi - BİR NEÇƏ TERRORÇU MƏHV EDİLDİ
Türkiyənin Silahlı Qüvvələri xüsusi xidmət orqanları ilə birlikdə İraqın şimalında Qara ərazisində antiterror əməliyyatı keçirib
“Anadolu” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, əməliyyat zamanı PKK terrorçularının mövqelərinə hava zərbələri endirilib. Zərbələr nəticəsində 5 terrorçu məhv edilib.
Nazirlik vurğulayıb ki, terrorçulara qarşı effektiv və qətiyyətli əməliyyatlar davam etdiriləcək.
Muxalifet2 - 13-12-2020
Azərbaycanda daha 4456 nəfər koronavirusa yoluxdu – 39 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 451 yeni yoluxma faktı qeydə alınıb, 4 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 175 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 111 918 nəfər müalicə olunaraq sağalıb, 1 922 nəfər vəfat edib, aktiv xəstə sayı 62 034 olub.
Muxalifet2 - 13-12-2020
MN və DTX-dən ermənilərin terror hücumları ilə bağlı RƏSMİ AÇIQLAMA: Həlak olanlar var
10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb.
Bu barədə Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilir.
Muxalifet2 - 13-12-2020
Azərbaycanda vəzifəli şəxs intihar etdi
Dekabrın 12-də saat 11 radələrində Cəlilabad rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində işləmiş 1960-cı il təvəllüdlü Həsənov Meyti Əbil oğlunun yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə Cəlilabad rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Muxalifet2 - 13-12-2020
Türkiyədən Ortaq Mərkəzin fəaliyyəti haqda AÇIQLAMA
Türkiyə Milli Müdafiə Nazirliyi Qarabağdakı Ortaq Mərkəzin fəaliyyəti ilə bağlı açıqlama verib.
Nazirliyin saytında bildirilir ki, Türkiyə və Rusiya Federasiyası arasında imzalanan sənədə əsasən atəşkəsi qorumaq və izləmək məqsədi ilə təsis ediləcək Ortaq Mərkəzin ən qıza müddətdə fəaliyyətə başlaması üçün lazımkı işlər Azərbaycan və Rusiya ilə koordinasiyalı şəkildə irəli sürülür.
Muxalifet2 - 13-12-2020
XOCAVƏNDİN TAĞLAR KƏNDİNDƏ GİZLİ ERMƏNİ SIĞINACAĞI AŞKARLANDI - VİDEO
Əsgərlərimiz Xocavənd rayonunun Tağlar kəndində gizli erməni sığınacağı aşkarlayıb.
Belə ki, üçtərəfli bəyanata əsasən ərazidən çəkilməli olan, lakin bu şərtlərə əməl etməyərək terror əməliyyatları törədən erməni silahlı qüvvələrinin bir qrupu qəhrəman əsgərlərimiz tərəfindən zərərsizləşdirilib.
Onların sığınacağı aşkarlanıb. Əsgərlərimiz həmin sığınacağı videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar:
Muxalifet2 - 13-12-2020
Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çağırdı
Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmalı, təmas nöqtələri tapmağa çalışmalıdır.
"Novosti Armeniya” bildirir ki, bunu Təhlükəsizlik Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"O,"mediaterror"dan şikayət edib, ona qarşı kampaniya başladığını söyləyib. O, həmçinin bildirib ki, Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, təmas nöqtələri tapmağa çalışmaq lazımdır. Baş nazir müharibə üzrə İstintaq Komissiyası yaratmağa hazır olduğunu da bəyan edib", - deyə nəşr yazıb.
Muxalifet2 - 13-12-2020
Yerevanda Paşinyanın əleyhdarları aeroportun yolunu kəsdilər
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyasının iştirakçıları Yerevanda bir neçə dəqiqə ərzində “Zvartnos” aeroportu ərazisində dörd yolayrıcından birini bağlayıblar.
Bu barədə “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir.
Muxalifet2 - 13-12-2020
Bu gündən küçəyə çıxanlar SMS-lə icazə alacaq
Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 8-də imzaladığı qərara əsasən, bu gündən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.
Muxalifet2 - 14-12-2020
Azərbaycanda karantin rejimi sərtləşdirildi
Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə bu gündən ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə başlanılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 8-də imzaladığı qərara əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb.
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.
Muxalifet2 - 14-12-2020
Ölkədə yalnız bu sahələr fəaliyyət göstərəcək - XÜSUSİ KARANTİN REJİMİ
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə bir sıra sahələr fəaliyyət göstərəcək.
Həmin siyahını təqdim edirik:
1. Səhiyyə və sosial xidmət sahələri üzrə:
1.1. elmi-tədqiqat və laborator xidmətləri;
1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
1.3. baytarlıq xidmətləri;
1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
1.5. sosial xidmətlər;
Muxalifet2 - 14-12-2020
Uçuşa hazırlaşan təyyarənin qanadına dırmaşdı - VİDEO
ABŞ-ın McKarran Beynəlxalq Hava Limanına icazəsiz girən şəxs uçuşa hazırlaşan ticarət təyyarəsinin qanadına dırmaşıb.
Bununla bağlı “Sözcü” məlumat yayıb.
ABŞ-ın Nevada əyalətində yerləşən hava limanında aerodroma icazəsiz girən kişi Alyaska Hava Yollarına aid təyyarənin qanadına çıxıb.
O, dırmaşmasını asanlaşdırmaq üçün ayaqqabılarını soyunub. Onu aşağı düşməyə səsləyənlərə məhəl qoymayan kişi iki şəxsin arxadan gəldiyini görərək təlaşlanıb və yerə düşüb. O, nəzarətə götürülüb.
Muxalifet2 - 14-12-2020
“Qarabağ” ordenli şəhidimizin atası: “Qələbədə oğlumun da payı var, fəxr edirəm” - FOTO
“Vətən sevgisi qanla keçir. Ağlım kəsəndə atamın Qarabağ itkisindən əzab çəkdiyini görürdüm. O, Birinci Qarabağ Müharibəsinin igid döyüşçülərindən olub. Göstərdiyi şücaətlərə görə 1996-cı ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Sentyabrın 27-də Vətən Müharibəsi başlayanda atam “Get Fuad, torpaqlarımızı erməni işğalçılarından azad edin. Mən buna tam əminəm. Çünki bugünkü Azərbaycan ovaxtkı deyil” dedi”.
Muxalifet2 - 14-12-2020
Ağdamda 3 nəfər minaya düşüb, biri həlak olub
Dünən, dekabrın 13-də saat 17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri - 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunan Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşüblər. Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıb.
Muxalifet2 - 14-12-2020
RUSİYA SÜLHMƏRAMLILARININ ÖZBAŞNALIĞI... - Kreml öz öhdəliklərini pozur? / QALMAQAL
Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilib.
Muxalifet2 - 14-12-2020
Şahbaz Quliyev və Dilqəm Əsgərov əsirlikdən azad edildi - HƏR İKİSİ VƏTƏNƏ GƏTİRİLİB
Azərbaycanlı əsirlər və erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətiriliblər.
Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Muxalifet2 - 14-12-2020
Kamil Zeynallıya 30 sutka həbs cəzası verildi - YENİLƏNİB
Göygöl Rayon Məhkəməsi fitnes məşqçisi Kamil Zeynallı ilə bağlı qərarı açıqlayıb.
Qərara əsasən, K.Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Report"a bildirib ki, K.Zeynallı dekabrın 13-ü axşam saatlarında işğaldan azad edilən Kəlbəcər rayon ərazinə getməyə cəhd edib:
Muxalifet2 - 14-12-2020
MÜDAFİƏ NAZİRLİYİ ŞƏHİD OLAN HƏRBİ QULLUQÇULARIN YENİ SİYAHISINI YAYIB - ADLAR
"Azərbaycanın Müdafiə Nazirliyinin Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəhid olmuş 2 783 nəfər hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumata əlavə olaraq bildirir ki, bu günədək 2 756 şəhidimiz dəfn edilib".
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
Muxalifet2 - 14-12-2020
“RUSDAN SÜLHMƏRAMLI OLMAZ” DEYƏNLƏR HAQLI ÇIXIR... – Sülhməramlıların “xəritə hoqqası” nəyə xidmət edir?
Deyəsən ruslar Azərbaycan torpaqlarında olduqlarını unudublar, yadlarına salmaq lazımdır!
Deyəsən, “Rusdan sülhməramlı olmaz” deyənlərin sözü düz çıxır. Ancaq Azərbaycandan da nə Moldova, nə Gürcüstan, nə də heç Ukrayna olmaz. Yəqin bunu da Moskvada oturan “imperiyabaş” yönəticilər azdan-çoxdan başa düşürlər.
Muxalifet2 - 14-12-2020
Lukaşenko “korona xəstəsi”nə içməyə su verdi, amma kim olduğunu demədi - VİDEO
Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Minskdəki N. E. Savçenko adına 4-cü şəhər klinik xəstəxanasına baş çəkib.
Dövlət başçısı burada koronavirus xəstələrinin müalicəsi ilə tanış olub və xəstələrin özləri ilə söhbət edib.
A.Lukaşenko yaşlı xəstə qadına su da içirdib. Ancaq dövlət başçısı özünü nənəyə tanıtmayıb. Yəni xəstə Belarus Prezidentin əlindən su içdiyini bilməyib.
O, qadın sağalandan sonra onunla telefonla danışacağına söz verib.
Muxalifet2 - 14-12-2020