Axtarış
The search found 105793 results in 0.06 seconds.
Search results
Bakıda tikinti bazarının fəaliyyəti dayandırıldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən öz səlahiyyətlərinə uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Tikinti materiallarının satışı bazarı”nda aparılan plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aşkar edilən nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Muxalifet2 - 11-12-2020
AZƏRBAYCANDA KORONAVİRUSDAN REKORD ÖLÜM! - Son sutka ərzində daha 4381 nəfər virusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 381yeni yoluxma faktı qeydə alınıb, 3 658nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 47 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 1671555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103 555nəfər müalicə olunaraq sağalıb, 1 840 nəfər vəfat edib, aktiv xəstə sayı olub.
Muxalifet2 - 11-12-2020
CƏBRAYIL DÖYÜŞLƏRİNİN MÜBARİZİ... - “Yaşma” adı gələndə düşmən qaçmağa başlayırdı...” + VİDEOREPORTAJ
Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılan Mübariz Qurbanzadə....
O, Xüsusi Təyinatlı Qüvvələr ki, 44 günlük Vətən Savaşında düşmənin canına vəlvələ salan, yuxusunu ərşə çəkən igid Azərbaycan oğullarından ibarət olub.
Mübariz keçdiyi döyüş yolundan danışır: “Düşmən bizim Xüsusi Təyinatlı Qüvvələrin hərbçilərini görəndə öz postlarını qoyub qaçmağa başlayırdı.Səngərdən qaçmağa imkan tapmayanlar isə elə oradaca məhv edilirdi”.
Muxalifet2 - 11-12-2020
“Human Rights Watch”: Ermənistan Azərbaycana istifadəsi qadağan olunmuş silahlardan atəş açıb
Ermənistan silahlı qüvvələri 2020-ci ilin sentyabr ından noyabrına qədər davam edən döyüş əməliyyatları zamanı qanuna zidd olan raketlərlə hərbi və mülki hədəflər arasında ayrı-seçkilik etmədən Azərbaycana zərbələr endirib.
Bununla bağlı məlumat “Human Rights Watch”un hesabatında yer alıb.
Hesabatda qeyd edilib ki, aparılan araşdırma zamanı Ermənistan silahlı birləşmələrinin Azərbaycandakı mülki əhalinin yaşadığı əraziələrə ballistik raketlər, top mərmiləri və iriçaplı silahlardan 11 dəfə zərbə endirildiyi müəyyənləçib.
Muxalifet2 - 11-12-2020
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də hərbi vəziyyət ləğv edilir - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Fərman imzalayıb.
Fərmanla “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilir:
Muxalifet2 - 11-12-2020
İranın Ankaradakı səfiri də Türkiyə XİN-ə çağırıldı
İranın Ankaradakı səfiri Məhəmməd Ferzamend Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə “Anadolu” agentliyi xəbər verir.
Qeyd edilir ki, səfirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yönələn əsaslandırılmamış ittihamlarla bağlı narazılıq ifadə olunub.
Muxalifet2 - 11-12-2020
"ERMƏNİLƏR TANKLARINA AZƏRBAYCAN BAYRAĞINI TAXIRDILAR Kİ..." – Dəhşətli faktlar / VİDEO
Vətən müharibəsi qazisi Pərviz Əliyev Baku TV-nin əməkdaşına döyüş zamanı yaşadıqlarını danışıb. O bildirib ki, ermənilər onları aldatmaq üçün tanklarına Azərbaycan bayrağı taxıblar. Onlar hətta hərbçilərimizi Azərbaycan dilində səsləyiblər.
Qeyd edək ki, qazimiz bir neçə il öncə 630 balla universitetə daxil olub. O, müharibə başlayanda cəbhəyə könüllü yollanıb. Danışdıqları Qarabağın necə böyük qurbanlar, hansı igidliklər hesabına azad olunduğunu göstərir.
Həmin reportajı təqdim edirik:
Muxalifet2 - 11-12-2020
AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyasının iki direktoru vəzifəsindən azad edilib.
Trend-in məlumatına görə, akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub və AMEA-nın müşaviri təyin edilib.
AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb.
Muxalifet2 - 12-12-2020
“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in 1/8 final oyunları başa çatır
Ölkədə gənc nəslin inkişafına hər zaman xüsusi önəm verən “Nar”ın dəstəyilə “Breyn Rinq” intellektual bilik yarışının on altıncı mövsümü davam edir. Bu gün saat 22:00-da İctimai Televiziyada yayımlanacaq buraxılışda “Norm Sement” və “Xızı” komandaları 1/8 final oyunlarının son yarışında mübarizə aparacaqlar.
Muxalifet2 - 11-12-2020
Pakistan Azərbaycana humanitar yardım göndərdi - FOTO
Bu gün Azərbaycana humanitar yardım gətirən Pakistana məxsus C-130 təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
İlkin ehtiyac üçün vasitələr, o cümlədən böyük çadırlar, yataq dəstləri və hazır qidalar Pakistan hökuməti tərəfindən Azərbaycan hərbçilərinə və azad olunmuş ərazilərdə fəaliyyət göstərən şəxslərə göndərilib.
Gələn humanitar yardım Pakistanın səfriri Bilal Hay və hərbi attaşe tərəfindən qəbul olunaraq Azərbaycan Müdafiə Nazirliyini təmsil edən polkovnik Rüstəm Gözəlova təhvil verilib.
Muxalifet2 - 12-12-2020
Qarabağdakı Rusiya sülhməramlılarının postları möhkəmləndirildi - “BLOKPOST” İSTEHKAM VASİTƏLƏRİ İLƏ...
Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrini atışmadan və qəlpələrdən qorumaq, habelə yaxınlıqdakı əraziləri izləmək üçün strukturlarla təchiz ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayır.
“Rusiyalı sülhməramlıları hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə yaxın ərazilərdə hərtərəfli müşahidələr aparmaq üçün hazırlanmış istehkamlarla müşahidə məntəqələrini təchiz ediblər”, - məlumatda deyilir.
Muxalifet2 - 12-12-2020
21 Azər günü Uca Türk millətinə xeyirli olsun - CAHANDAR BAYOĞLU YAZIR
Şəhriyar: “Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan”
Muxalifet2 - 12-12-2020
“Taborumuza qayıdanda əvvəlki uşaqlardan çox az qalmışdı..." - ŞUŞA UĞRUNDA BİR GÖZÜNÜ İTİRMİŞ 20 YAŞLI DÖYÜŞÇÜ RAUFUN HEKAYƏTİ / FOTO
Vətən Müharibəsində rəşadət göstərən igidlərimiz bu günümüzə qeyrət salnaməsi, sabahımıza isə örnək məbədidir. Döyüşlərdə gözünü qırpmadan şücaət göstərən igidlərimizdən biri də bir gözünü itirmiş 20 yaşlı Rauf Səfərovdur.
Rauf ailənin ən kiçik övladıdır…
Muxalifet2 - 12-12-2020
AZƏRBAYCANDA DAHA 43 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 4268 nəfər virusa yoluxub
Azərbaycanda koronavirusa (COVID-19) 4268 yeni yoluxma faktı qeydə alınıb, 4085 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 43 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 61 905 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 19 378, hazırkı dövrədək isə 1 938 244 test aparılıb.
Ümumi ölənlərin sayı 1 883 nəfərdir.
Ümumi yoluxanların sayı 171 423 nəfər, ümumi sağalanların sayı 107 635 nəfərdir.
Muxalifet2 - 12-12-2020
“BU DƏFƏ ONLARI TAMAMİLƏ DARMADAĞIN EDƏCƏYİK!” - İlham Əliyev Ermənistana xəbərdarlıq etdi / VİDEO, YENİLƏNİB
“Biz planlaşdırdığımıza nail olduq. Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq”.
Bu fikirləri Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən söyləyib.
Muxalifet2 - 12-12-2020
"MƏN MİNSK QRUPUNU DƏVƏT ETMƏMİŞƏM" - İlham Əliyev
"Mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm".
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən söyləyib.
Muxalifet2 - 12-12-2020
“Hərbi əməliyyatların bitməsindən sonra Qarabağda ilk dəfə atəşkəs pozulub” - Rusiya MN
Hərbi əməliyyatların bitməsindən və bölgədə Rusiya sülhməramlılarının əməliyyatının başlanmasından bəri Dağlıq Qarabağda ilk dəfə atəşkəs pozulub.
APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Muxalifet2 - 12-12-2020
Çində Rusiya ilə həmsərhəd şəhərə giriş-çıxış bağlandı - KORONAVİRUS TƏHLÜKƏSİ SƏBƏBİNDƏN
Çində Dunin şəhərinin səlahiyyətliləri koronavirusun yayılma təhlükəsi səbəbiylə 13 dekabr tarixindən şəhərə giriş və çıxışın qadağan edilməsi ilə bağlı qərar qəbul edib.
Bu barədə "RİA Novosti" xəbər verir.
Şəhər ərazisində həmçinin, ictimai nəqliyyat vasitələrinin və taksilərin hərəkəti müvəqqəti olaraq dayandırılır. Bundan başqa, şəxsi avtomobillərin idarə edilməsi də qadağandır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə dünyada koronavirusa yoluxmuş 69,5 milyondan çox insanın 1,6 milyonu vəfat edib.
Muxalifet2 - 12-12-2020
Nəcməddin Sadıkovun bacısı oğlu vəzifəsindən azad edildi
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub.
Trend xəbər verir ki, bununla bağlı Müdafiə naziri Zakir Həsənov müvafiq əmr imzalayıb.
Nazirlikdən faktı Trend-ə təsdiqləyiblər.
Muxalifet2 - 12-12-2020
Azərbaycanda daha bir məmur koronavirusdan vəfat edib - FOTO
1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini Fərəc Qasımzadə koronavirusdan vəfat edib.
"Report"un əldə etdiyi məlumata görə, F.Qasımzadə və həyat yoldaşı bir müddət öncə koronavirusa yoluxub və xəstəxanaların birində müalicə alıblar.
F.Qasımzadənin həyat yoldaşının vəziyyətinin kritik olduğu deyilir.
Muxalifet2 - 13-12-2020