Hazırda Ermənistanda 3 azərbaycanlı əsir və girov qalır - RƏSMİ BAKI TƏLƏB EDİR Kİ...
17-12-2020 13:13
Baxış sayı:
1507

Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən son əsir mübadiləsindən sonra düşmən ölkədə hələ də azərbaycanlı əsir və girovlar qalır.
Əsir, girov və itkin düşmüş vətəndaşların işi üzrə Dövlət Komissiyasının sədr müavini Eldar Səmədovun açıqladığına görə, onların sayı üç nəfərdir.
Söhbət beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmış əsir və girovlardan gedir. Azərbaycan tərəfi Ermənistandan həmin şəxslərin də qaytarılmasını tələb edir və 10 noyabr üçtərəfli razılaşması əsasında humanitar proseslər davam etdirilir.