"Putin böyük müharibəyə hazırlaşır" – RUS EKSPERT
20-07-2017 13:05
Malorusiyanın yaradılması Rusiya rəhbərliyinin Ukraynada böyük müharibəyə hazırlaşması deməkdir.
Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı müxalif siyasətçi Leonid Qozman paylaşıb.
“Rusiya rəhbərliyi konfliktin sülhlə həll edilməsi cəhdlərini imitasiya etməkdən imtina edərək, böyük müharibəyə başlamağa qərar verib. Putinin 2018-ci ilin mart seçkisindəki yüksək fəallığının qarşılığı qanla ödənəcək”, – deyə o bildirib.