Mosulun azad olunmasında 40 min insan həlak olub

Mosul şəhərinin azad olunması uğrunda 9 ay davam edən döyüşlər zamanı azı 40 min sakinin həlak olduğu bildirilir.
 
 “İndependent” nəşrinin yazdığına görə, bu barədə kürd kəşfiyyatı məlumat verib.
 Qeyd olunur ki, sakinlər İraq ordusunun, İŞİD-çilərin və aviazərbələrin qurbanı olub. Eyni zamanda çoxlu sayda sakinin cəsədinin tanınmaz halda olduğu da bildirilir.
 Mosulun azad edilməsi uğrunda əməliyyat 2016-cı ilin oktyabrında başlanılmışdı və iyul ayının 10-na qədər davam edib.