ABŞ Kürdüstanın müstəqillik referendumundan NARAHATDIR

İraq Kürd Regional Rəhbərliyinin sentyabr ayında keçirməyi planladığı müstəqillik referendumu diqqətləri İraqın prioritet hədəflərindən başqa istiqamətə çevirə bilər.
 
Bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT Baş katibinin İraqdakı xüsusi nümayəndəsi Jan Kubis ilə görüşündən sonra deyib. O, ABŞ-ın bundan narahat olduğunu bildirib.
Qeyd edək ki, sentyabrın 25-də Kürdüstanın müstəqilliyi ilə referendumun keçirilməsi nəzərdə tutulur.