Axtarış

The search found 105783 results in 0.078 seconds.

Search results

  1. Metroda həyəcan: Qatar stansiyada niyə saxlamadı? - AÇIQLAMA

     “Həzi Aslanov” – “İçərişəhər” istiqamətində 3 saylı marşrut üzrə hərəkət edən qatar Nərimanov stansiyasında müəyyən olunmuş yerdə saxlamayıb.
     
    Yəni qatarın birinci vaqonunun iki qapısı müəyyən olunmuş yeri keçib. Belə olan halda qəti təlimat var ki, qatarın qapıları açılmamalıdır.

    Muxalifet - 12-07-2017

  2. Avtomobil dərəyə aşdı, sürücü komaya düşdü

    Bakı-Quba magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
     
    Rayonun Vəlvələ kənd sakini, 1987-ci il təvəllüdlü Qismət Adil oğlu Ağakişiyev idarə etdiyi 90-FZ-930 dövlət qeydiyyat nömrə nişanlı, "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpılaraq dərəyə aşıb.
    Hadisə nəticəsində sürücü ağır kəllə-beyin travması alıb və koma vəziyyətində Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti ağır olaraq qalır.

    Muxalifet - 12-07-2017

  3. İsmayıllıda hotel müdiri həbs olunub

    İsmayıllı rayonunda iki nəfərin öldüyü istirahət mərkəzinin hotel müdiri həbs edilib.
     

    Muxalifet - 12-07-2017

  4. Qəzaya düşən DYP-nin şöbə rəisi Generalın bacısı oğludur

    Qəza nəticəsində xəsarət alan sürücü Cabir Hüseynov 3 saylı Kliniki Tibbi Mərkəzdən "Təcili yardım" maşını vasitəsi ilə Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.
     
    Hazırda yaralının müalicəsi davam etdirilir.
    Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) Texniki Təminat Şöbəsinin rəisi, polis kapitanı Hüseynov Cabir Firdovsi oğlu DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun bacısı oğludur./report

    Muxalifet - 12-07-2017

  5. 2 saylı “ASAN Kommunal” mərkəzində 3 yeni xidmət göstəriləcək

    Səbəb Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlərin çoxsaylı müraciətləridir
     
    Bu gündən vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzində Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana biləcəklər.
    Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

    Muxalifet - 12-07-2017

  6. 5 yaşlı uşağı maşın vurdu - QUSARDA

    Qusarda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
     
    İyulun 11-də rayonun Gədəzeyxur kənd sakini, 5 yaşlı Amid Aslanovu maşın vurub. O, dərhal Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, hazırda vəziyyəti orta ağırdır.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 12-07-2017

  7. Fermada 2 yaşlı uşaq kimyəvi məhlul içərək ölüb

    Ağsu rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
     
    Hadisə rayonun Muradlı kəndində yerləşən, sahibkar Vaqif İbrahimova məxsus mal-qara fermasında baş verib. Fermada müvəqqəti yaşayan və çobanlıq edən İsmayıllı rayon sakini Şirinov Ramal Əmrşah oğlunun övladı, 2016-cı il təvəllüdlü Şirinova Ulduz Ramal qızı plastik qabda olan və xəstə mal-qaranı dezinfeksiya etmək üçün istifadə edilən niastol adlı kimyəvi məhlulu içib.

    Muxalifet - 12-07-2017

  8. 58 yaşlı qadın özünü ASIB - ŞƏKİDƏ

    Şəkidə 58 yaşlı qadın intihar edib.
     
    Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, iyulun 11-i axşam saatlarında rayonun Bideyiz kənd sakini, 1959-cu il təvəllüdlü Gülarə Elməddin qızı Qafarovanın meyiti yaşdığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə asılı vəziyyətdə aşkarlanıb. Ailəli və üç uşaq anası olan Gülarə Qafarovanın intihar etdiyi müəyyənləşib.
     Məlumatda bildirilir ki, Gülarə Qafarova son zamanlar əsəb xəstəliyindən əziyət çəkib.

    Muxalifet - 12-07-2017

  9. Azərbaycan etiraz etdi – Rusiya Qarabağla bağlı təkzib verdi

    Bir neçə gün öncə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları İdarəsi Ermənistan sərhədçiləri ilə birlikdə İrandan Qarabağa keçmək istəyən sərhəd pozucularına qarşı təlim keçirdiklərini elan etmişdi.
     
    Faktla bağlı Azərbaycan tərəfinin ciddi etirazlarından sonra  Rusiyanın Ermənistandakı sərhəd xidməti 10 iyulda təlimlə bağlı yaydığı xəbəri təkzib edib. Yeni açıqlamada təlimlərdən Dağlıq Qarabağ regionunun adı çıxarılıb.

    Muxalifet - 12-07-2017

  10. 31 yaşlı oğlan özünü asdı - QƏBƏLƏDƏ

    Qəbələ rayonunda intihar hadisəsi baş verib.
     
    Hadisə iyulun 12-də səhər saatlarında rayonun Tüntül kəndində baş verib. Kənd sakini 1986-cı il təvəllüdlü Bəşirov Taleh Vahid oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.
    İntiharın səbəbləri hələliuk məlum deyil.
    Faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

    Muxalifet - 12-07-2017

  11. Misir prezidenti Azərbaycana gəlir

    Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin gündəliyində Misir prezidenti Abdel Fattah əs-Sisinin yaxın vaxtlarda Azərbaycana rəsmi səfərinin təşkil edilməsi durur.
     
    Bunu Trend-ə Azərbaycanın Misirdə səfiri Tural Rzayev deyib.
    Səfirin sözlərinə görə, payızda Misir prezidentinin Bakıya səfəri ilə bağlı işlər diplomatik səviyyədə akitv şəkildə aparılacaq, belə ki, səfər ilin sonuna qədər baş tuta bilər.

    Muxalifet - 12-07-2017

  12. BAKIDA GÜCLÜ PARTLAYIŞ… – Xəbərdarlıq, yoxsa..?

     Bakının Nəsimi rayonunda zibil çənində güclü partlayış olub. Zibil çənində olan partlayıcı qurğu partlayıb, yaralanan var.
     
     Bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb. Məlumata görə, hadisə iyulun 10-da saat 20:40-da baş verib.

    Muxalifet - 12-07-2017

  13. Xüsusi prokuror Ağalarov-Tramp-Veselnitskaya qalmaqalını araşdırmağa başladı

    ABŞ-da prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Kremlin Amerika seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller azərbaycanlı oliqarx Araz Ağalarovun və oğlu Emin Ağalarovun Trampın oğlunu rusiyalı vəkillə görüşdürməsi faktını araşdırmağa başlayıb.
     
    Virtualaz.org xəbər verir ki, bu barədə CNN telekanalının yaydığı məlumatda deyilir. Bildirilir ki, xüsusi prokuror Donald Tramp-juniorla hüquqşünas Natalya Veselnitskaya arasında təmasların bütün detallarını araşdıracaq.

    Muxalifet - 12-07-2017

  14. Əsəd türkmənlərə hücum etdi: 10 ölü, 3 yaralı

     Bəşər Əsədə sadiq olan hərbi qüvvələr Suriyada Türkmən dağı bölgəsinə raket zərbələri endirib.
     
    Türkmən dağı ərazisində yerləşən Zeytinluq kəndi ətrafında mövqe tutan müxalifətçi türkmənlər raket zərbələrinə məruz qalıb.
    Hücum zamanı 10 nəfər türkmənin öldürüldüyü, 3 nəfərin isə yaralandığı bildirilir.
    Məlumatda vurğulanır ki, raket zərbələrinin səsi Türkiyə ərazisində - Yayladağda eşidilib. Hazırda Əsəd ordusunun hücumları davam edir.

    Muxalifet - 12-07-2017

  15. Ermənistan Gürcüstanın azərbaycanlılar yaşayan ərazisini İŞĞAL ETDİ – VİDEO

    Ermənistanın Gürcüstan sərhədlərini pozaraq, bu ölkənin qədim Hucabi monastrını zəbt etməsi yenidən gündəmə gəlib.
     
     “kavkazplus” saytı gürcü torpaqlarının zəbt edilməsinin iki ölkə arasında ciddi qarşıdurmaya gətirəcəyini yazıb.

    Muxalifet - 12-07-2017

  16. Çevriliş cəhdinin ildönümündə Türkiyə üçün DƏHŞƏTLİ PLAN

    Türkiyənin İzmir şəhərində iyulun 15-də həyata keçirilməsi planlaşdırılan qanlı terror aktlarının qarşısı alınıb.
     
    Türkiyə KİV xəbər verir ki, təhlükəsizlik güclərinin anti-terror əməliyyatının gedişatında 21 İŞİD üzvü tutulub.
    Qeyd edək ki, iyulun 15-də Türkiyədə və dünyanın bir sıra ölkələrində dövlət çevrilişə cəhdin ildönümü ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub./publika.az

    Muxalifet - 12-07-2017

  17. İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi

    İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
     
    Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
    Sonra ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilin altı ayının yekunlarına dair məruzələrlə çıxış etdilər.

    Muxalifet - 12-07-2017

  18. Azakeşlər metronun vaqonunu sındırıblar

    Onlar vaqona ciddi ziyan vurublar
     
    Ötən gün Bakı metrosunda "Həzi Aslanov"-"Dərnəgül" xəttində 30 saylı marşrut üzrə hərəkət edən sərnişin vaqonuna ciddi ziyan vurulub.
    "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevə istinadən xəbər verir ki, hadisə ötən gün "Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasında metroya daxil olan azarkeşlər tərəfindən törədilib.

    Muxalifet - 12-07-2017

  19. “Buta Airways”a Cəmil Manizadə rəhbərlik edəcək

    O, bundan əvvəl AZAL-ın əməkdaşı olub
     
     “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) strukturu – “Buta Airways” aşağı büdcəli aviaşirkətinə Cəmil Manizadə rəhbərlik edəcək.
    Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
    Məlumata görə, o, bundan əvvəl AZAL-ın əməkdaşı olub.

    Muxalifet - 12-07-2017

  20. Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yekunu üzrə bəyanat yayıb

    Vasitəçilər iki ölkənin prezidentinin görüşünün təşkilinə yardımlarını təklif ediblər
     
    ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Riçard Hoqland Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə baş tutan görüşünün yekunu üzrə bəyanat yayıb.
    Bəyanatın mətninə istinadən xəbər verir ki, görüşün yekununda nazirlər həmsədrlərin bu il yüksək səviyyədə görüş təşkil etmək təklifini prezidentlərinə çatdırmaqla bağlı razılığa gəliblər.

    Muxalifet - 12-07-2017

Pages