Axtarış
The search found 105779 results in 0.014 seconds.
Search results
Beyləqanda dəhşətli qəza: ÖLƏN VAR
Beyləqan rayonunda İmamverdili kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı minik avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə həmin qəza ilə bağlı məlumat daxil olub.Muxalifet - 24-06-2017
Koalisiyadan Bağdadi açıqlaması: “Ağır vəziyyətdədir”
ABŞ rəhbərliyindəki koalisiya İŞİD lideri Bağdadinin sağ olub-olmadığını dəqiqliyi ilə bilmir, ancaq onun Mosul və Rakka əməliyyatlarına qarşı müqaviməti idarə edəcək vəziyyətdə olmadığı qənaətindədir.
Bu sözləri koalisiyanın rəsmi nümayəndəsi Rayan Dillon jurnalistlərə bildirib. Onun sözlərinə görə, Bağdadinin sağ olması haqda təsdiqlənmiş məlumat yoxdur:
“Ancaq sağ olsa belə, Bağdadi Mosul və Rakka əməliyyatlarına qarşı İŞİD-in müqavimətini idarə edəcək vəziyyətdə deyil”.Muxalifet - 24-06-2017
Məkkədəki terakt cəhdinə ilk reaksiya Qətərdən gəldi
Qətər Məkkədə Məscid ül-Həram yaxınlığında ötən günkü terakt cəhdini pisləyib.
Bu barədə bəyanatı Qətər Xarici İşlər Nazirliyi yayıb.
“Bu terakt cəhdi milyonlarla müsəlmanın hisləri ilə oynamaqdır. Biz yenidən terrorizmə qarşı sərt mövqeyimizi bəyan edirik”, – deyə rəsmi Dohanın bəyanatında yer alıb.
Qeyd edək ki, ötən gün Məkkədə iki, Ciddədə bir terakt həyata keçirmək istəyən qruplar zərərsizləşdirilib. Məkkədə bir terrorçu-kamikadze ələ keçməmək üçün özünü partladıb, 3 terrorçu isə həbs edilib.Muxalifet - 24-06-2017
Əkrəm Həsənovu Baş Prokurorluqda 2 saata yaxın DİNDİRİLİB
Bu gün Azərbaycan Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılmış bank eksperti, hüquqşünas Əkrəm Həsənov artıq evdədir.
Ə.Həsənovun özünün sözlərinə görə, dindirmə təxminən 1 saat 40 dəqiqə davam edib.
Məlum olub ki, aparıcı bank ekspertindən ölkənin üç bankı - VTB, Bank of Baku və Bank Respublika (Moody's agentliyi bir az əvvəl məhz onların reytinini aşağı salmışdı) şikayət verib.
Əkrəm Həsənovun virtualaz.org-a bildirdiyinə görə, Baş Prokurorluqda ondan soruşublar ki, həqiqətənmi bank sistemini "dağıtmaq" istəyib.Muxalifet - 24-06-2017
Akif Çovdarovun bacısı oğluna “Azərsu”da yüksək vəzifə verildi
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovla bağlı ilginc məlumatlar səngimək bilmir. Muxalifet.az-ın redaksiyasına daxil olan məlumata görə, Faiq Hüseynov MTN generalı Akif Çovdarovun bacısı oğluna “Azərsu”da yüksək vəzifə verib:
Muxalifet3 - 24-06-2017
“Hansı təhlükəsizlikdən danışırsınız? Hər gün cəbhədə ölən əsgərlərdən?...”
Ermənistan parlamentində hökumətin 2017-2022-ci illəri əhatə edən beşillik inkişaf proqramının müzakirələri zamanı müxalifətdən olan deputatlar Sərkisyan hakimiyyətini tənqid ediblər.
Erməni KİV xəbər verir ki, baş nazir Karen Karapetyanın təqdim etdiyi proqramda ixracın ÜDM-də payının artırılması, yoxsulluq səviyyəsinin 12 faizə endirilməsi kimi vəzifələr müəyyən olunub.Muxalifet - 24-06-2017
Tramp: "Seçkilərin təhqiqat rəhbəri ilə FBİ-ın sabiq direktorunun dostluğundan narahatam"
Son 6 həftə ərzində ilk televiziyası müsahibəsi zamanı ABŞ prezidenti Rusiyanın Amerika seçkilərinə dair təhqiqatın rəhbərinin Federal Təhqiqiatlar Bürosunun sabiq direktorunun dostu olmasını narahatedici fakt kimi dəyərləndirib.
Donald Tramp Fox xəbər agentliyinin "Fox and Friends" proqramında Robert Müllerin Ceyms Komi ilə çox yaxın dost olduqlarını deyib.
Ağ Evdə müsahibə Trampın media brifinqlərini həftədə bir və sulların əvvəlcədən yazılı şəkildə ünvanlanması qərarını verdiyi vaxt keçirilib.Muxalifet - 24-06-2017
Abbas Abbasov ölkəyə buraxılmadı - ŞOK SƏBƏB
Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun Bakıya gəlmə cəhdi yenə baş tutmayıb.
Muxalifet - 24-06-2017
İcra başçılarına “reket jurnalistlər” xəbərdarlığı
Bir müddət öncə DTX-nin keçirtdiyi əməliyyat nəticəsində bir neçə reket jurnalist həbs olundu və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Muxalifet - 24-06-2017
NAZİR İDMAN YARIŞLARINI AİLƏ BİZNESİNƏ NECƏ ÇEVİRİB? – Şok araşdırma
Məlum olduğu kimi dünəndən Bakıda “Formula 1″ yarışları başlayıb. Yarışlar dövlət büdcəsinə 10 milyonlarla dollara başa gəlsə də, təşkilindən böyük pullar qazananlar da var. “Azadlıq” Radiosunda bununla bağlı dərc olunan araşdırmanı ixtisarla dərc edirik:
Muxalifet - 24-06-2017
“Əbülfəz Elçibəyi oxumaq lazımdır” – MƏRHUM LİDER DOĞUM GÜNÜNDƏ ANILDI - FOTOLAR
Bu gün Milli Azadlıq Hərakatının lideri, mərhum preizdent Əbülfəz Elçibəyi anadan olmasının 79-cu il dönümüdür.
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatlaçılığı ilə mərhum prezidentin doğum günü Azərbaycan Demokrat Partiyasının qərargahında təntənəli şəkildə qeyd oldundu.
Tədbirdə tanınmış ictimai-siyasi xadimlər çıxış etdi.Muxalifet2 - 24-06-2017
“Hərbi xidmətdən yayınan, fərari bir başçı... “ – 1-ci QRUP ƏLİL İCRA BAŞÇISINDAN ŞİKAYƏT EDİR
Laçın rayonunun Qızılca kənd sakini Gündüz Hümbətov tərəfinfən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. O yazır:
Muxalifet2 - 25-06-2017
"Göyçay-Avtonəqliyyat" ASC-nin müdirindən PREZİDENTƏ ŞİKAYƏT
Göyçay rayon sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktub müəllifləri "Göyçay-Avtonəqliyyat" ASC-nin direktoru Arif Əliyevdən şikayətçidirlər:
Muxalifet2 - 25-06-2017
Ölkədən qaçan MTN əməkdaşı kimdir?
Keçmiş MTN əməkdaşlarının məhkəmə prosesində diqqəti cəlb edən məqamlardan biri də bu oldu ki, bu təşkilatın bəzi əməkdaşları ölkəni tərk edə biliblər.
Muxalifet - 25-06-2017
MKİ: “ABŞ-dakı seçkilər ORİJİNAL DEYİLDİ, RUSLARLA BAĞLIDIR”
2016-cı ildə ABŞ-da baş tutan seçkilər orjinal deyildi.
Bunu MSNBC televiziyasına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo söyləyib.
“Kəşfiyyat deyirdi ki, bu seçki ruslarla bağlıdır və açığını desəm orjinal deyildi. Onlar buna uzun illər ərzində nail olublar. Rusiya on illərdir ki, Amerikanın demokratiyasını dağıtmağa çalışır” – deyə o bildirib.
Pompeo ABŞ-dakı prezident seçkisinə müdaxilə əmrinin birbaşa Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilməsi sualını cavablandırmayıb.Muxalifet - 25-06-2017
İŞİD tərəfdarları Trampı hədələyiblər
Xakerlər dağıdılmış saytlarda ABŞ prezidentinin müsəlman ölkələrində tökdüyü hər damla qana görə cavab verəcəyi barədə mesajlar yerləşdiriblər
Xakerlər ABŞ-ın Ohayo ştatı hökumətinin bir neçə saytını dağıdaraq orada İŞİD terror qruplaşmasını dəstəkləyən məlumatlar yerləşdiriblər.
Bununla bağlı "Associated Press" xəbər verib.Muxalifet - 26-06-2017
26 yaşlı gənc bıçaqlanıb
Əkbər İsmayılovun kim tərəfindən bıçaqlandığı məlum deyil
Daşkəsəndə yerli sakin bıçaqlanıb.
Rayon sakini, 1991-ci il təvəllüdlü İsmayılov Əkbər Kazım oğlu döş qəfəsindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Yaralı qardaşı tərəfindən xəstəxanaya aparılıb.
Ə.İsmayılovun qardaşı onun bədəninə qayçı batması nəticəsində xəsarət aldığını desə də, həkimlər xəsarətin bıçaq yarası olduğunu müəyyənləşdiriblər.
Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 26-06-2017
“Fəxr edirəm ki, müsəlman ordusunun generalı kimi güllələnirəm” - ORDUMUZUN İLK QƏRARGAH RƏİSİ
General-leytenant Masey (Məhəmməd) Sulkeviç (1865-1920)Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin 26 iyununda yaratdığı Milli Ordunun ilk baş qərargah rəisi olub.
Bəzi mənbələrdə Süleyman Sulkeviç adı ilə qeyd edilən general əslən Polşa tatarlarındandır.Muxalifet - 26-06-2017
Tramp ABŞ-ın "İftar süfrəsi açmaq" ənənəsini POZDU
ABŞ prezidenti Donald Tramp Ramazan Bayramı münasibəti ilə iftar mərasimi düzənləməyəcək.
Tramp ABŞ prezidentləri tərəfindən son 20 ildə ənənə halını alan iftar mərasiminə son verib. Bundan sonra Ağ Evdə Ramazan Bayramı münasibəti ilə iftar süfrəsi açılmayacaq.
ABŞ Dövlət Departamentinin rəhbəri Tillersonda bu il Ramazan Bayramı münasibəti ilə rəhbəri olduğu qurumda iftar süfrəsi açmayacaq.Muxalifet - 26-06-2017
Ərdoğanın 12 mühafizəçisi barədə Almaniyadan ŞOK QƏRAR
Almaniya-Türkiyə münasibətlərində yeni gərginlik yaranır.
Bu dəfə gərginliyin səbəbi Alman hökumətinin Türkiyəyə qarşı şərt irəli sürməsi olub.
Almaniyada nəşr edilən “Welt am Sonntag” qəzeti iddia edib ki, rəsmi Berlin iyulun 7-8-də Hamburqda keçiriləcək G-20 sammitinə qatılacaq Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın bir neçə mühafizəçisinin Hamburqa gəlməməsini istəyib.Muxalifet - 26-06-2017