Axtarış
The search found 105779 results in 0.009 seconds.
Search results
Araz çayında çimərkən BOĞULDU
İmişli rayonunda bədbəxt hadisə baş verib.
Rayon sakini Bəhruz Mahmudov Araz çayının şəhər ərazisindən keçən hissəsində çimərkən boğulub.
Meyitin tapılması istiqamətində tədbirlər görülür.Muxalifet - 27-06-2017
“Rusiyada qul düşərgələri...”- ABŞ-dan ŞOK İTTİHAM
Koreya Xalq Demokratik Respublikasının 80 minə qədər vətəndaşı əsasən Rusiya və Çində əmək düşərgələrində məcburi işlərə cəlb edilib.
Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson dünyada qul alveri ilə mübarizə haqqında Dövlət Departamentinin illik məruzəsini təqdim edərkən deyib.
“Koreya Xalq Demokratik Respublikasının 50 mindən 80 minə qədər vətəndaşı xaricdə əmək düşərgələrində, hər şeydən əvvəl Rusiya və Çində işləyir”, - ABŞ xarici siyasət idarəsinin başçısı bildirib.Muxalifet - 27-06-2017
ABŞ-dan yeni BALLİSTİK RAKETLƏR...
ABŞ-ın Hərbi Hava Qüvvələrinin generalları 400 ən yeni qitələrarası ballistik raket yaradılması ideyası ilə çıxış ediblər.
Amerika hərbçilərinin fikrincə, nüvə arsenalının müasirləşdirilməsinin hədəfi Çin və Rusiya da daxil olmaqla istənilən potensial rəqibin ABŞ üzərində üstünlüyünə imkan verməməkdir. 48,5 milyard dollarlıq müqavilə üçün “Boeing”, “Lockheed” və “Northrop” kimi nəhənglər rəqabət aparır. Hər raket üçün isə 100 milyondan dollardan çox pul lazım olacaq.Muxalifet - 27-06-2017
İŞİD cənnətə giriş pasportu paylayıb - FOTO
İŞİD terror təşkilatının ölümə göndərdiyi kamikadzelərə “cənnətə giriş pasportu” verdiyi üzə çıxıb.
Təşkilat özünü partlatmağa və ya döyüşə gedən terrorçulara cənnəti vəd edərək, onlara saxta pasportlar paylayır.
Sözügedən pasportların Mosul və Rakkada gedən əməliyyatlar zamanı ortaya çıxdığı bildirilib.
Pasporta “Bu pasportun sahibi sadəcə cənnətə gedə bilər. Heç bir halda cəhənnəmə səfər edə bilməz” yazılıb.Muxalifet - 27-06-2017
AŞPA-da korrupsiyanı araşdırmaq üçün müstəqil qrup yaradılıb
Qrupun bu gündən etibarən fəaliyyətə başlanması nəzərdə tutulur
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) korrupsiya hallarını araşdırmaq məqsədilə müstəqil araşdırma qrupunun yaradılması haqqında AŞPA bürosunun qərarı parlamentarilər tərəfindən ratifikasiya edilib.
Bu qərar Niderland nümayəndə heyətinin üzvü Tini Koksun "AŞPA bürosu və daimi Kommissiyaların fəaliyyəti" üzrə hesabatını müşayiət edən müzakirələrin gedişi zamanı qəbul edilib.Muxalifet - 27-06-2017
ABŞ-dan İrana gözlənilməz jest
ABŞ İran tərəfindən nüvə razılaşması planının pozulması hallarını müşahidə etmir.
Bunu bu gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib: “Birgə nizamlama planı ilə bağlı hər hansı pozuntu görmürük”.
Bununla belə, Heyli deyib ki, bu razılaşma yalnız Tehranın nüvə silahı əldə etmək səylərini ləngidir: “Onlar öz nüvə imkanlarını genişləndirməyə davam edirlər”.
Qeyd edək ki, İran və “Altılar” arasında tarixi nüvə razılaşması 14 iyul 2015-cü ildə əldə olunub.
Muxalifet2 - 28-06-2017
"Bayram bazarı”nda satışa narkotik çıxarıldı... - VİDEO
Zaqatalada təşkil edilən “Bayram bazarı”nda əhalinin ehtiyacını təmin etmək üçün satışa müxtəlif məhsullar çıxarılıb. Nə qədər qəribə olsa da, satıcılar arasında narkotik satmaq istəyən də olub. Amma Şəki sakininin bu arzusu ürəyində qalıb.
Muxalifet2 - 28-06-2017
Qətər tələblərlə bağlı danışıqlara hazırdır - RƏSMİ AÇIQLAMA
"Tələblər real və həyata keçirilə bilən olmalıdır"
Qətər məqsədəuyğun və dəlillərlə olacağı təqdirdə, ərəb ölkələrinin tələblərinə dair danışıqlara hazırdır.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, "Al Jazeera" telekanalının çərşənbə axşamı yaydığı məlumata görə, bunu Vaşinqtonda səfərdə olan Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl-Tani deyib.Muxalifet - 28-06-2017
"Facebook" istifadəçiləri 2 milyarda çatdı
Bu barədə şəbəkənin yaradıcısı Mark Sukerberq öz profilində yazıb
"Facebook" sosial şəbəkəsinin istifadəçiləri 2 milyard nəfərə çatıb.
Bu barədə şəbəkənin yaradıcısı Mark Sukerberq öz profilində yazıb.
"Bu gün səhərə olan vəziyyətə görə, "Facebook" üzvlərinin sayı 2 milyard nəfərə çatıb", - deyə o qeyd edib.
Sukerberq əlavə edib ki, "bu səyahətdə onlarla bir yerdə olmağına şaddır".Muxalifet - 28-06-2017
Türkiyə Suriyada hərbi əməliyyatlara hazırlaşır
Ankara Mənbic və Rəqqa şəhərlərini öz nəzarət zonasına daxil etməyi planlaşdırır
Türkiyə Suriyanın şimalında yeni geniş hərbi əməliyyatlara və hətta Mənbic və Rəqqa şəhərlərini öz nəzarət zonasına daxil etməyə hazırlaşır.
Bunu "İzvestiya" nəşrinə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, eyni zamanda Türkiyənin strateji tərəfdaşı olan ölkələrin kürdlərin "Demokratik ittifaq partiyası" və "Xalq özünümüdafiə dəstələri" terrorçuları ilə əlbir fəaliyyət göstərmələrindən təəssüfləndiyini bildirib.Muxalifet - 28-06-2017
Rusiyalı hərbçi Ukraynada əsir düşüb
Hadisə Luqansk vilayətinin Slavyanoserbski rayonunun Jelobok kəndi ərazisində qeydə alınıb
Rusiyalı hərbçi Ukraynanın şərqində əsir düşüb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi və Ukrayna 93-cü mexanikləşdirilmiş briqada komandanlığına istinadən BBC məlumat yayıb.
Ukrayna KİV-ləri Rusiyanın daha bir hərbçisinin ölüdüyünü yazıb.Muxalifet - 28-06-2017
Güləşçilərimiz Avropa çempionatında bir dəst medal qazandılar
Fəxri kürsünün ən yüksək pilləsinə Əli Rəhimzadə qalxıb
Almaniyanın Dortmund şəhərində start götürən gənclər arasında Avropa çempionatının ilk yarış günündə Azərbaycan sərbəst güləşçiləri 3 medal qazanıblar.
Medallardan biri qızıl, biri gümüş, biri isə bürünc əyarlı olub.Muxalifet - 28-06-2017
“Toyota” piyadanı vurdu – KÜRDƏMİRDƏ
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə iyunun 27-də axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Kamran Vaqif oğlu Məmmədov idarə etdiyi "Toyota" markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Mingəçevir şəhər sakini Natiq Həmid oğlu Əhmədovu vurub. Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.Muxalifet - 28-06-2017
Tükiyə YPG terrorçularını bombaladı - SURİYADA
Suriyada PYD/YPG-nin hakim olduğu Afrin bölgəsindən dünən axşam Türkiyə ərazisi atəşə tutulub.
Türkiyə KİV-in xəbərinə görə, türk topçuları radar sistemləri ilə atəşin açıldığı yeri müəyyən edib. undan sonra həmin koordinantlara 20-dən artıq zərbə endirilib.Muxalifet - 28-06-2017
Yeni Dünya müharibəsi təhlükəsi – Suriya üzərindən “HESABLAŞMA”
“Suriyada baş verənlər vətəndaş müharibəsi deyil. Rejim məsələsi də deyil. Demokratiya və azadlıq məsələsi olmaqdan da çıxıb”.
Bunu Türkiyənin “Yeni Şafak” nəşrində İbrahim Karagül yazıb.
Onun sözlərinə görə, Suriyada Atlantika ilə Asiya gücləri arasında döyüş gedir:
“Suriyada kim qazansa da, Suriya xalqı uzun müddət bu ölkənin sahibi ola bilməyəcək, başqaları tərəfindən idarə olunacaq. Parçalanmasa belə, oniliklərlə özünə gələ bilməyəcək, yenidən Suriya ola bilməyəcək”.Muxalifet - 28-06-2017
Tillersondan Lavrova MƏXFİ XƏBƏRDARLIQ
ABŞ-ın dövlət katibi Reks Tillerson Suriyada yeni kimyəvi hücumun mümkün nəticələri haqqında Rusiyanın xarici işlər naziri Sergey Lavrova məxfi xəbərdarlıq edib.
Bu haqda “Daily Beast” nəşri şəxsi mənbəyinə istinadən yazıb.
Nəşrin yazdığına görə, Tillerson Rusiyanın Xarici İşlər Nazirliyinin başçısına bildirib ki, Suriyanın hökumət qoşunları qadağan edilmiş silahın tətbiqi ilə yeni hücuma hazırlaşır.
Nəşrin həmsöhbətinin sözlərinə görə, Lavrov həmişəki kimi heç bir kimyəvi hücumun olmayacağını deyib.Muxalifet - 28-06-2017
Pentaqon başçısı: “İran Suriyada qaydalarla oynamır”
“İran Suriyada qaydalar üzrə oynamır”.
Bu haqda ABŞ-ın müdafiə naziri Ceyms Mettis jurnalistlərə bildirib.“Bəli, iranlılar qaydalara riayət etmirlər. Biz hesab edirik ki, ruslar onları vaxtaşırı bəzi şeyləri etməyə inandırmağa çalışırdılar”, - Mettis deyib.
Suriya hakimiyyətini dəstəkləyən İran hərbçiləri ilə toqquşmanın mümkünlüyünə gəlincə, müdafiə naziri İran qoşununun onlara hücum etmədiyi halda, belə ehtimalın olmadığını vurğulayıb.Muxalifet - 28-06-2017
Fransa ilə ABŞ razılaşdı – ƏSƏDİ BİRLİKDƏ VURACAQLAR
Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp Suriyada kimyəvi silah hücumu həyata keçiriləcəyi halda, koordinasiyalı şəkildə birgə cavab vermək qərarına gəliblər.
Muxalifet.az xəbər verir ki, Yelisey Sarayından verilən məlumata görə, razılaşma dövlət başçıları arasında reallaşan telefon söhbətində əldə olunub.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) dünənki bəyanatında Suriya rejiminin Şayrat hərbi hava bazasında yeni və daha genişmiqyaslı kimyəvi hücuma hazırlaşdığını açıqlayıb.Muxalifet - 28-06-2017
Sarkisyan qapalı iclas keçirdi: MÜHARİBƏYƏ HAZIRLIQ
Ermənistan prezidenti Serj Sarkisyan dünən Milli Təhlükəsizlik Şurasının qapalı iclasını keçirib.
Ermənistan mediası xəbər verir ki, iclasda Yaxın Şərqdə baş verən hadisələr, ərzaq təhlükəsizliyi və təbii resursların idarə edilməsi müzakirə olunub.Muxalifet - 28-06-2017
Amerikalı nazir: “ABŞ Rusiyanı bu sahədə irəli buraxmayacaq”
“Rusiya və Çin nüvə texnologiyalarını çox fəal inkişaf etdirir”.
“Röyters” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın energetika naziri Rik Perri bildirib.
Onun sözlərinə görə, Moskva və Pekin nüvə texnologiyalarından siyasi hədəflər üçün istifadə edirlər. Amerikalı nazir ABŞ-ın bu sahədə öz liderliyini müdafiə etmək niyyətində olduğunu vurğulayıb.Muxalifet - 28-06-2017