“Hərbi xidmətdən yayınan, fərari bir başçı... “ – 1-ci QRUP ƏLİL İCRA BAŞÇISINDAN ŞİKAYƏT EDİR

Laçın rayonunun Qızılca kənd sakini Gündüz Hümbətov tərəfinfən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. O yazır:
“Taxtakörpü köçkün qəsəbəsində məskunlaşmışam. Ağır xəstəyəm. Şəkər, hepatit c, qan təzyiqi, damarlarda tromblaşma xəstəliyim var. Üç dəfə ağır cərrahiyyə əməliyatı olmuşam. 1-ci qrup əliləm. Xəstəliyim hərbi xidmətdə olarkən başlayıb. Dəfələrlə qospitalda yatmışam, hərbi xidmətdən təxris olunmuşam. Atam ağır yataq xəstəsidir. 1 az yaşlı uşağım var. Əmək qabilyyətim olmadığı üçün işləyə bilmirəm. Yoldaşım da işsizdir. Mənim şikayətim Laçının İcra başçısı Aqil Nəzərlidəndir. Müalicəm üçün dərmanlarıma xeyli vəsait lazımdır. Maddi imkanım ailəmi dolandırmağa bəs eləmir. Mənə kömək olunsun deyə, dəfələrlə Prezident Aparatında olmuşam. Sağ olsun, cənab prezident xahişimi nəzərə alıb məni evlə təmin etdi. Prezident Aparatından müalicəmə köməklik olsunlar deyə Laçın rayonu İcra hakimiyətinə tapşırıq verdilər. Neçə illər idi Laçın icra hakimiyətində xeyriyyə fondunun hesabından mənim müalicəmə köməklik edirdilər. Lakin Aqil Nəzərli Laçına başçı təyin olunanandan sonra xəstəliyim get-gedə pisləşdi. İndi elə vəziyətdəyəm ki, həkimlər əməliyyat etməyə də qorxurlar. Bütün bunlara səbəb olan Aqil Nəzərlidir. İl yarımdı dəfələrlə müalicəmə köməklik etməsi üçün müraciyət etsəm də, mənə köməklik etmədilər. Dərmanlarımı ala bilmədiyim üçün müalicəm yarımçıq qaldı, səhhətim get-gedə pisləşdi.
Aqil Nəzərli vətəndaşlarla danışıq qabiliyyəti olmayan bir adamdı. Ona müraciət edən vətəndaşlara biganə yanaşır. Mən bir vətəndaş kimi Aqil Nəzərliyə olan ümidimi itirmişəm. Hərbi xidmətdən yayınan, vətən biorcunu verməmiş fərari bir başçının hərbi xidmət zamanı sağlamlığını itirmiş bir vətəndaşın qeydinə qalacağına inamım yoxdur. Onun başı vəzifəsindən istifadə edib rüşvət almağa, pul yığmağa qarışıb.
Mən sizdən xahiş edirəm mənim problemimi işıqlandırın. Bəlkə səsim prezidentə çata. Sağlamlığım Bakıya gəlməyə, Prezident aparatına getməyə imkan vermir”.


Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.