Axtarış
The search found 105779 results in 0.009 seconds.
Search results
"Rusiyanın təhdidi Türkiyəyə təsir edir" - GENERAL
Türkiyə NATO-nun rastlaşdığı çətinliklərlə təkbaşına üzləşir.
Bunu “Politiko”ya müsahibəsində NATO-nun Hərbi Komitəsinin rəhbəri general Pyotr Pavel söyləyib.
“Bir tərəfdən Rusiya təhdidi, digər tərəfdən də terrorizm, ekstremizm kimi problemlər Türkiyəyə birbaşa təsir edir. Türkiyə dəstəklənəsi əhəmiyyətli bir NATO müttəfiqidir”, - deyə general bildirib./axar.az
Muxalifet - 28-06-2017
KOLBASALAR NECƏ HAZIRLANIR? – Araşdırma
Dövlət standartlarına əməl olunub-olunmamasını yoxlamaq mümkün deyil
Azərbaycanda kolbasa məmulatları istehsalı getdikcə artır. Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yalnız bu ilin yanvar-aprel ayları ərzində ölkədə 1 784,4 ton kolbasa məmulatı istehsal edilib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə istehsalın 2,1 dəfə artması deməkdir.
Nəticədə bu gün piştaxtalarda alıcılara təqdim edilən kolbasaların çeşidi də artıb. Lakin bu artımla yanaşı, kolbasaların keyfiyyətinə olan şübhələr də çoxalır.Muxalifet - 28-06-2017
“Ehsan və səs-küylü dəfn istəmirəm” - Ömrünü yoxsulluqla başa vuran Şıxlinskinin VƏSİYYƏTİ
1943-cü ilin isti avqustu... Bir zamanlar bütün Qafqazın, Çar Rusiyasının, hətta az qala, dünyanın yarısının tanıdığı əfsanəvi general son nəfəslərini yaşamaqdadır.
Muxalifet - 28-06-2017
“Qazprom” Türkiyə bazarından çıxır – “KOMMERSANT”
Hazırda “Qazprom”un Türkiyə bazarından getməsi barədə yekun qərar hələ verilməyib
Rusiyanın “Qazprom” şirkəti yalnız qaz ixracını saxlamaqla Türkiyənin daxili bazarından tamamilə çıxa bilər.
Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “Qazprombank” Rusiya qazının Türkiyəyə idxalını həyata keçirən “Avrasia” və “Enerco” şirkətlərində 60% paya mailk olan “Promak” şirkətindən çıxış işlərini tamamlayır.Muxalifet - 28-06-2017
Leyla Mustafayeva Gürcüstan prezidenti ilə görüşdü - VİDEO
Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva dünən Gürcüstan prezidenti ilə görüşüb. Görüş barədə məlumatı Leyla Mustafayeva fb səhifəsində yayıb:
“Bu gün Gürcüstanın prezidenti Girogi Marqvelaşvili ilə görüşdük. Margvelaşvili Gürcüstanın baş naziri Kvirikaşvilidən fərqli olaraq Əfqanın oğrulanması ilə bağlı obyektiv mövqe nümayiş etdirib. Görüşdə də dedi ki, prezident administrasiyası Əfqanın oğurlanması ilə bağlı açılan cinayət işini yaxından izləyirlər və mövqelərini daha da netləşdirəcəklər”.Muxalifet2 - 28-06-2017
Putin sirr kimi saxladığı əsgərlərini döyüş meydanına çıxarır – MƏXFİ PLAN
Rusiyadakı özəl təhlükəsizlik şirkətlərinin xarici ölkələrdə fəaliyyət göstərməsinə icazə verən qanunun qəbul edilməsinin səbəbi bəlli olub.
Muxalifet.az xəbər verir ki, məqsəd Suriyadakı təbii qaz və neft ehtiyatlarıdır.
Ötən il Suriyanın neft və mədən sənayesi naziri Ali Ganim Humus bölgəsindəki təbii qaz yataqlarının işlədilməsi ilə bağlı Rusiyanın “Europolis” firması ilə müqavilə imzalayıb. Bu yaxınlarda Tedmür bölgəsindəki neft yataqları ilə bağlı da eyni anlaşma imzalanıb.Muxalifet2 - 28-06-2017
CİA-nın keçmiş casusu MEDİANIN TRAMP DÜŞMƏNÇİLİYİNİN SİRRİNİ AÇDI
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş əməkdaşı Con Kiriaki Amerika mediasının prezident Donald Trampın “Rusiya ilə əlaqələri” mövzusunu bağlamayacağını açıqlayıb.
C.Kirikai kəşfiyyatın Rusiyanın seçkilərə müdaxiləsinə dair heç bir sübutunun olmadığını, lakin medianın bu iddianı davam etdirdiyini vurğulayıb.Muxalifet - 28-06-2017
“Azərbaycan insan alveri üzrə ikinci qrupdadır” - ABŞ
ABŞ Dövlət Departamenti iyunun 27-də İnsan alveri hesabatını açıqlayıb.
Hesabatda Azərbaycan ikinci qrup ölkələr siyahısına salınıb.Muxalifet - 28-06-2017
Yuxusuz insanın beyni özünü "yeyir"
"The İndependent" yazır ki, ötən il açıqlanmış bir hesabat britaniyalıların 80 faizinin yuxudan doymadığını aşkarlamışdı. Bu da deyilirdi ki, yuxudan daha çox məhrum olanlar həkimlər və müəllimlərdir.
Qeyd olunurdu ki, adamların doyunca yuxu almaması Birləşmiş Krallığın iqtisadiyyatına ildə 40 milyard funt sterlinq ziyan vurur.
Bəzi admalar daha az saatlarda yatmaqları ilə öyünürlər.Muxalifet - 28-06-2017
PKK və YPG ABŞ-ın “İnsan alveri” hesabatında – ABŞ-dan İKİLİ STANDART
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti PKK və onun Suriya üzrə qolu hesab olunan YPG terror təşkilatının azyaşlılardan istifadə etməsinə dair açıqlama yayıb.
Muxalifet - 28-06-2017
Terrorçubaşı Rusiyaya yalvardı: "Bizi Türkiyədən qoruyun"
Rusiya Afrində hərbi baza yaradaraq bizimlə əməkdaşlıq etməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri PYD/YPG terror təşkilatının rəhbəri Saleh Müslüm deyib.
“Afrin hər gün top atışları ilə hədəf alınır. Rusiyanın bizi qoruması labüddür”, - terrorçuların lideri bildirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri müntəzəm olaraq bu şəhərdə yerləşən YPG mövqelərinə zərbələr endirir.Muxalifet - 29-06-2017
Arif Məmmədov və Elnur Nağızadə axtarışa verildi
Keçmiş diplomat Arif Məmmədov və ləğv olunmuş TQDK-nın mətbuat katibi Elnur Nağızadənin axtarış dosyesi Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib.
Axtarış dosyesində 1964-cü il təvəllüdlü Məmmədov Arif Zahid oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə), 1981-ci il təvəllüdlü Nağızadə Elnur Qəhrəman oğlu barəsində isə Cinayət Məcəlləsinin 178.3.2-ci 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarış elan edildiyi qeyd olunub.
Muxalifet - 29-06-2017
Şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik ediləcək
Şagirdin qiymət davasından uzaqlaşmaq lazımdır
"Bir neçə il bundan əvvəl məktəblərdə formativ qiymətləndirmənin ləğvi bürokratik əngəlləri aradan qaldırmış oldu. Çünki formativ qiymət jurnalları vaxtı ilə müəllimlərə baş ağrısı yaradan alət kimi qəbul edilirdi".
Bunu Təhsil İnstitutunun direktoru Emin Əmrullayev deyib.Muxalifet - 29-06-2017
Yerli velosipedlərin satışı başlayır - Qiyməti 70-2500 manat arası
Azərbaycanın "ISMA Bikes" şirkəti iyul ayından etibarən öz istehsalı olan velosipedlərin satışına başlayacaq.
Bunu şirkətin baş direktoru Elçin Qəhrəmanov deyib.
Onun sözlərinə görə satışlar iyulun 6-da keçiriləcək təqdimat mərasimindən sonra başlayacaq.
"Synergy Group" şirkətlər qrupuna daxil olan "ISMA Bikes" Azərbaycanda ilk velosiped istehsalçısıdır. Zavod İsmayıllı rayonunun Diyallı kəndində yerləşir.Muxalifet - 29-06-2017
QAZAXISTAN BEYNƏLXALQ BANKDAKI PULUNUN 50 MİLYONUNU QAYTARIB - 220 milyondan
Azərbaycan Beynəlxalq Bankının Qazaxıstanın pensiya fonduna borcu 34,5 mln. manat dəyərsizləşib
Muxalifet - 29-06-2017
Erməni müğənni Bakı restoranında konsert verəcək – RƏZALƏT - FOTO
Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara məxsus restoranlardan birində erməni müğənni konsert verəcək.
Gecə Rusakovskaya küçəsində yerləşən "Bakinskiy Dvorik” adlı restoranda baş tutacaq. Belə ki, sabah – iyunun 30-da sözügedən restoranda şanson musiqi jansı üzrə tanınmış erməni Bako (Boris Davidyan) ifa edəcək. Bu barədə restoranın sosial şəbəkələrdəki səhifələrində də məlumat yerləşdirilib. Boris Davidyan elanda "şansonun əfsanəsi” kimi təqdim olunub.Muxalifet - 29-06-2017
Ərəbistanda vəliəhdlər arasında savaş başladı – VƏLİƏHDƏ QADAĞA
Səudiyyə Ərəbistanının sabiq vəliəhd şahzadəsi Salman Məhəmməd bin Naifin ölkədən və saraydan çıxışına qadağa qoyulub.
Bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Qəzet bildirib ki, o, yeni vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz əl-Səuda qarşı təxribat təşkil etməsi ehtimalına görə belə bir qadağa ilə üzləşib.
Xarici mənbələr tərəflər arasında ciddi rəqabətin olduğunu yazıb.Muxalifet - 29-06-2017
Prezidentin köməkçisi: “İranı hər şeydən məhrum etmək lazımdır”
İranı tam şəkildə bütün yardımlardan təcrid etmək lazımdır.
Bunu jurnalistlərə açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmaster söyləyib.
“İran region ölkələrdə zəif ərəb hökumətlər qurmaq istəyir. Bununla da o həmin ölkələri özündən asılı vəziyyətə salmaq niyyətini güdür”, – o bildirib.Muxalifet - 29-06-2017
Küçə süpürməkdən imtina edən erməni qız həbs olunub - FOTO
Moskva məhkəməsi avtoxuliqanlıq edən erməni qız Mara Baqdasaryan barəsində həbs qərarı çıxarıb.
Rusiya mətbuatı xəbər verir ki, onun həbs olunmasına səbəb isə məhkəmə tərəfindən ictimai işlərlə bağlı çıxarılmış qərarı icra etməməsidir.
Qərara əsasən Baqdasaryan küçə süpürməli idi. Məhkəmə qıza 6 saatlıq həbs cəzası verib./missiya.azMuxalifet - 29-06-2017
Mehman Hüseynov kassasiya şikayəti verib
Mehman Hüseynov barəsində hökmdən kassasiya şikayəti verilib.
Bu barədə məlumat verən vəkil Elçin Sadıqov deyib ki, kassasiya şikayətində müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Şikayət Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Yaxın günlərdə şikayət üzrə məhkəmə iclası keçiriləcək.Muxalifet - 29-06-2017