Koalisiyadan Bağdadi açıqlaması: “Ağır vəziyyətdədir”

ABŞ rəhbərliyindəki koalisiya İŞİD lideri Bağdadinin sağ olub-olmadığını dəqiqliyi ilə bilmir, ancaq onun Mosul və Rakka əməliyyatlarına qarşı müqaviməti idarə edəcək vəziyyətdə olmadığı qənaətindədir.
 
Bu sözləri koalisiyanın rəsmi nümayəndəsi Rayan Dillon jurnalistlərə bildirib. Onun sözlərinə görə, Bağdadinin sağ olması haqda təsdiqlənmiş məlumat yoxdur:
“Ancaq sağ olsa belə, Bağdadi Mosul və Rakka əməliyyatlarına qarşı İŞİD-in müqavimətini idarə edəcək vəziyyətdə deyil”.
Qeyd edək ki, Rusiya 28 mayda Rakkaya endirdiyi zərbə nəticəsində İŞİD lideri Bağdadinin öldüyü haqda məlumatları araşdırır.