Axtarış
The search found 105779 results in 0.014 seconds.
Search results
Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsində Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılıb.
Məhkəmə şikayəti təmin etməyib.
Bir müddət əvvəl Nəsimi rayon Məhkəməsində onun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Şikayət həmin qərardan verilib.Muxalifet - 29-06-2017
Çempion qadını avtomobillə vuraraq öldürən sürücü tutuldu
Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu idmançı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Bakı şəhər Prokurorluğundan verilən məlumatda qeyd olunur ki, Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu iyunun 28-də idarə etdiyi, özünə məxsus BMW markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.Muxalifet - 29-06-2017
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanı yenə CƏRİMƏLƏDİ
Avropa İnsan Hüquqları Məhkəməsi hər 3 şikayətə birgə baxıb
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 29-da Azərbaycanla bağlı qərarlarını açıqlayıb. Məhkəmə Azərbaycan hökumətini cərimələyib.
Qərarlar Avropa İnsan Hüquqları Məhkəməsinin saytından açıqlanıb.
Yeni qərarlar müxalif qüvvələrin təşkil etdiyi aksiyalarda saxlanılmış 3 nəfərin şikayəti üzrə çıxarılıb. Şikayətçilər gənc fəallar Aqil Əliyev, Ramin Hacılı və Müsavat Partiyasının mərhum fəalı Nərgiz Yaqubludur.Muxalifet - 29-06-2017
Samir Kazımlı: İfadə azadlığı daha çox basqılara məruz qalır - Müsahibə
Hüquq müdafiəçisi Samir Kazımlı Ameikanın Səsinə müsahibəsində siyasi azadlıqlar sahəsində durumdan danışıb.
Amerikanın Səsi: Azərbaycanda siyasi azadlıqlar sahəsində durum necədir?
Həmçinin, sadə vətəndaşlara qarşı, yeni bir termin ortaya çıxıb, -“facebook” məhbusları. Yəni, sosial şəbəkələrdə fəal olan insanlara qarşı, konkret olaraq ifadə azadlığı bu gün ən çox basqılara məruz qalan bir sahədir.Muxalifet - 29-06-2017
“Rosneft” Poti terminalının nəzarət-səhm paketini alır.. - “Business Georgia”
“Rusiyanın “Rosneft” şirkəti Poti terminalının nəzarət-səhm paketini almağa hazırlaşır”.
“Business Georgia” nəşrinin verdiyi məlumata görə, bunu Gürcüstanın Vahid Milli Hərəkat partiyasının nümayəndəsi Roman Qotsiridze bəyan edib.
Adının açıqlanmasını istəməyən mənbəyə istinad edən R. Qotsiridze bu Rusiyanın Gürcüstanın strateji obyektləri ilə bağlı planlarının qarşısını almaq üçün hakimiyyəti qanunvericiliyə müvafiq dəyişiklikləri etməyə çağırıb.Muxalifet - 29-06-2017
Azərbaycanın OGP-dəki statusu müzakirəyə çıxarılır
İyunun 28-də axşam Vaşinqtonda Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership - OGP) təşəbbüsünün Rəhbər Komitəsi Azərbaycanın bu təşəbbüsdəki statusunu müzakirəyə çıxarılıb.
Bu haqda OGP-nin saytı xəbər verir.
OGP Azərbaycanın bu qurumdakı statusunu ötən ilin martında vətəndaş cəmiyyəti qurumlarının fəaliyyəti üçün əlverişli mühit yaradılmaması əsası ilə "qeyri-aktiv" etmişdi. Həmin vaxt Azərbaycana təşəbbüs qarşısında götürdüyü öhdəliklərə əməl etməsi üçün 1 il vaxt vermişdi.Muxalifet - 29-06-2017
Dənizdə qəza – 5 neftçi xəstəxanaya yerləşdirilib
İyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Arya 141" qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirmiş 34 saylı meydançanın ayağına toxunmuşdur.
Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri almış və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılmışdır. Xəbəri SOCAR yayıb.Muxalifet - 29-06-2017
Əfqan Muxtarlının işi “Meydan TV” işinə birləşdirildi
Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlınn barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə Nəsimi rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətə baxılıb.
Bu barədə Əfqan Muxtarlının vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, məhkəmə apelyasiya şikayətini təmin etməyib.
Elçin Sadıqovun sözlərinə görə, Əfqan Muxtarlı barəsindəki cinayət işi “Meydan” TV ilə bağlı başlanılan cinayət işinə birləşdirilib.Muxalifet - 29-06-2017
ABŞ qırıcılarına döyüş hazırlığı əmri verildi
ABŞ-ın döyüş gəmisi və qırıcı təyyarələri hücum hazırlığı vəziyyətinə gətirilib.
Bu haqda CNN kanalı xəbər yayıb.
CNN adını açıqlamadığı mənbələrə söykənərək iddia edib ki, Amerika əsgərləri günün 24 saatını Şayrat hərbi bazasını izləyir və Ağ Ev tərəfindən veriləcək əmrlə bu istiqamətdə hərəkətə hazırdır.
Xəbərdə qeyd edilir ki, rəsmi Vaşinqton Şayrat hərbi bazası üzərindən kimyəvi hücum ediləcəyinə inanır. Lakin Pentaqon rəsmiləri Şayrat hava bazasında Suriya ordusunun “daha irəli gedəcəyini” gözləmədiklərini qeyd edib.Muxalifet - 29-06-2017
Tramp Rusiyaya güzəşt yolunda... - Putinlə görüş öncəsi
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşə günlər qalmış köməkçilərinə müraciət edib.
Bununla bağlı "Qardian" nəşri iki sabiq amerikalı diplomata istinadla məlumat yayıb.
Tramp köməkçilərindən Rusiyaya bəzi güzəştlər gedilməsi ətrafında fikirləşməyi xahiş edib. O, bu güzəştlərin Putinlə görüşdə açıqlanmasını istəyib.Muxalifet - 29-06-2017
Ruslar Qarabağda... – Bakının reaksiyası necə olacaq.. - VİDEO
Rusiyalı turistlər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə axın edir.
Ermənistanın açıqladığı rəsmi statistikaya görə, son bir ildə Qarabağa qanunsuz səfər edən turistlərin 44 faizi ruslardır.
Təkcə 2016-cı ildə Qarabağa 6178 Rusiya vətəndaşı gəlib.
Qeyd edək ki, bir neçə həftə öncə rusiyalı turistlərin Kəlbəcərdə qurduqları kef məclisinin videogörüntüləri yayılmışdı.Muxalifet - 29-06-2017
Moskvada erməni pedofil tutuldu
Moskvada Artyom adlı 32 yaşlı erməni pedofiliyada ittiham olunaraq tutulub.
Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsi rəsinin köməkçiçisi Yuliya İvanova bildirib.
“İstintaq hesab edir kii, o, uşaqlar üçün nəzərdə tutulan oyun mərkəzlərindən birinin əməkdaşı olub. O, uşaqların iradəsinin əleyhinə onlara cinsi təcavüz edib. İndiyədək onun əməllərindən əvvəl deyildiyi kimi, 3 uşaq deyil, daha çoxu ziyan çəkib”, - Yuliya İvanov vurğulayıb.
Onun sözlərinə görə, cinayət birbaşa oyun oynanılan yerdə törədilib.Muxalifet - 29-06-2017
Ölümcül silahlar Rusiyaya tuşlanacaq
ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsi hökuməti Rusiyanın təcavüzünə əks addımlar olaraq raket silahının yaradılmasının yeni proqramını hazırlamağa, Avropada müttəfiqləri dəstəkləməyə, həmçinin Ukraynaya öldürücü silah verməyə çağırıb.
“Amerikanın Səsi” xəbər verir ki, bu haqda komitə tərəfindən hazırlanmış 2018-ci ildə milli müdafiəyə təxsisatlar haqqında qanun layihəsində deyilir.
Bundan başqa, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın “hibrid müharibəsi” haqqında qanunvericilər qarşısında hesabat verməli olacaq.Muxalifet - 29-06-2017
PKK-nın azyaşlı qatilləri - FOTO
Terror təşkilatları PKK və YPG 12 yaşında olan kürd və yezidi uşaqlardan istifadə edir.
ABŞ Dövlət Departamentinin 2016-cı il - İnsan Alveri Hesabatında PKK və YPG-nin zorla kiçik yaşlı uşaqlardan hərbi məqsədlər üçün istifadə etdiyi əksini tapıb.
Hesabatda bildirilir ki, PKK və YPG azyaşlıları silahlandıraraq döyüşə göndərir.Muxalifet - 29-06-2017
Putin Henri Kissincerlə görüşüb
Rusiya prezidenti Vladimir Putin Moskvada ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerlə görüşüb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, prezident və sabiq dövlət katibi arasında mehriban dost münasibətlər mövcuddur və onlar imkan düşdükcə görüşürlər.Muxalifet - 29-06-2017
Səudiyyə Ərəbistanı iranlı balıqçıları azad edib
Onlar ötən il həbs olunmuşdular
Səudiyyə Ərəbistanı saxlanılan iranlı balıqçıları azad edib.
TASS xəbər verir ki, onlar ötən ilin may ayında Səudiyyə Ərəbistanı Sahil Mühafizə İdarəsi tərəfindən həbs olunmuşdular./report.azMuxalifet - 30-06-2017
10 yaşlı uşaq boğularaq öldü - BOĞAZINA İP DOLANDI...
Hadisə o ağacdan ip asarkən baş verib
Ucar rayonunun Alpı kəndində bədbəxt hadisə baş verib.
Hadisə 2007-ci il təvəllüdlü kənd sakini Vaqif Akşin oğlu Quliyev yaşadığı evin həyətində oynamaq üçün ağacdan ip asarkən qeydə alınıb.
Bu zaman ip ehtiyatsızlıqdan onun boğazına dolanıb. Nəticədə V.Quliyev boğularaq dünyasını dəyişib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.Muxalifet - 30-06-2017
"İnter" Avropa Liqasına qələbə ilə başlayıb
Bakı klubu Serbiya təmsilçisini böyük hesabla məğlub edib
Bakının "İnter" klubu futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb.
Premyer Liqanın bürünc mükafatçısının rəqibi Sebiya çempionatında 4-cü yeri tutan "Mladost” olub.Muxalifet - 30-06-2017
"Zirə" UEFA Avropa Liqasında qələbə ilə debüt edib - FOTO
Qəsəbə təmsilçisi Lüksemburqun Differdanj klubunu məğlub edib
Dünən Azərbaycan klubları üçün futbol üzrə 2017/2018 avrokubok mövsümünə start verilib.
İlk matç Mərdəkandakı "Dalğa Arena"da baş tutub.
Avrokuboklarda debüt edən “Zirə” Bakıda Lüksemburqun “Differdanj” komandası ilə qarşılaşıb.
Oyun ərzində üstün futbol sərgiləyən Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 2:0 hesabı ilə üstələyib. Qəsəbə təmsilçisinin heyətində qanalı hücumçu Riçard Qadze və haitili forvard Kervens Belfort fərqləniblər.Muxalifet - 30-06-2017
3 azyaşlı uşaq su çəninin altında qalıb - İKİSİ AĞIR XƏSARƏT ALIB
Yaralılardan yalnız birinin vəziyyəti qənaətbəxşdir
Salyanın Peyk kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Şamaxının Salox kəndindən Salyandakı qohumlarıgilə gələn 4 yaşlı Rasim Yunus oğlu Məmmədli, onun bacısı 2 yaşlı Şahanə Məmmədli və qohumları 5 yaşlı Fatimə Mehdi qızı Osmanova həyətdəki boş su çəni ilə oynayan zaman çən onların üzərinə düşüb.Muxalifet - 30-06-2017