Akif Çovdarovun bacısı oğluna “Azərsu”da yüksək vəzifə verildi

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovla bağlı ilginc məlumatlar səngimək bilmir. Muxalifet.az-ın redaksiyasına daxil olan məlumata görə, Faiq Hüseynov MTN generalı Akif Çovdarovun bacısı oğluna “Azərsu”da yüksək vəzifə verib:
“ARDNŞ-də vəzifəyə gəldiyi gündən qardaşı Qorxmaz Hüseynovun havadarlığı ilə dövlət büdcəsindən milyonları talan edən Faiq Hüseynov bu günə kimi nəinki Azərbaycanda, hətta Azərbaycandan kənarda da dəyəri milyonlarla ölçülən mülklərə sahib olmuşdur. Işlədiyi gündən qanun tanımayan Faiq Hüseynov Akif Çovdarovun yaxın qohumu (keçmiş MTN-də vəzifə tutan şəxslə) əl-ələ verib, dövlət büdcəsindən milyonları talan etmişdir. Sonradan isə həmin şəxsə “Azərsu” ASC-də yüksək vəzifə verdirmişdir.
Bu günə kimi saxta diplomla ARDNŞ-də rəhbər vəzifəsində çalışan Faiq Hüseynov milyonluq mülklərinin sırasına birini də artırmışdır.
Keçmiş iş yerində, yəni Gci-də tenderlərin əksəriyyətini həvalə etdiyi qardaşı Qorxmaz Hüseynovun yaxın dostu Əkbər adlı iş adamının vasitəsilə Suraxanı rayonu Günəşli qəsəbəsində Dövlət Neft şirkətinin ərazisində 4-5 milyon dəyərində “Atilla” hamam Fitnesi inşa etmişdir. Bundan əlavə paytaxtın bir çox yerlərində Faiq Hüseynovun mülkləri Əkbər adlı iş adamının adına sənədləşdirmişdir.
Yaxın qohumu olan icra başçısı ilə tez-tez kef məclisləri təşkil etməyi sevən Faiq Hüseynov hər iki idarəni şəxsi mülki kimi istifadə etməkdə davam edir. Həmçinin hər iki idarənin işçilərini istədiyi vəzifələrə təyin etdirir. Buna misal olaraq təchizat şöbəsinin mühəndisi Mehrəliyeva Samirəni 5 ildən çox özünə katibə kimi işlətmişdir” – deyə oxucularımızın biri tərəfindən saytımızın elektron poçtuna daxil olan məktubda qeyd olunur.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.