Axtarış

The search found 105779 results in 0.16 seconds.

Search results

  1. Meymunun rəqsi sosial şəbəkədə paylaşım rekordu qırdı - VİDEO

    Dallas zooparkında Zola adlı qorillanın rəqsi sosial mediada ən çox paylaşılanlar sırasına düşüb.
    Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, 14 yaşlı qorilla hələ balaca ikən rəqsi ilə məşhurlaşmışdı. Belə ki, Zola Kalyari zooparkında olanda bunun kimi rəqs fiqurları əməkdaşlar tərəfindən lentə alınmışdı.
    Onu da qeyd edək ki, Dallas zooparkı əməkdaşları heyvanların yaşadığı mühiti zənginləşdirmək üçün müxtəlif üsullara əl atır. Zolanın oyun hovuzu da onlardan biridir. Onun rəqsi əslində heyvanın yaşadığı mühitdə nə qədər xoşbəxt olmasından xəbər verir.

    Muxalifet3 - 24-06-2017

  2. Bakıdakı Formula 1-də qəza - VİDEO

    Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü zamanı qəza baş verib.
    Qol.az-ın məlumatına görə, "Force İndia"nın pilotu Serxio Peresin bolidi Qız Qalasının yaxınlığındakı səkkizinci döngədə səddə çırpılıb. Zərbənin gücündən bolidin sağ arxa təkəri qopub.

    Muxalifet3 - 24-06-2017

  3. Məkkədə terrorun qarşısı alınıb

    Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkədə terror aktlarının qarşısını alıb
     
    Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkə şəhərində planlaşdırılan terror aktlarının qarşısını alıb
    "RİA Novosti" xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" telekanalı krallığın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
    Nazirliyin rəsmi nümayəndəsi Mənsur ət-Turki bildirib ki, terrorçular eyni vaxtda ölkənin 3 ərazisində terror aktı həyata keçirməyi planlaşdırırmış. Onlardan biri Ciddə vilayətində, ikisi isə Məkkədə həyata keçirilməli imiş.

    Muxalifet - 24-06-2017

  4. Gürcüstan baş naziri müsəlmanlar üçün iftar süfrəsi təşkil edib

    Gürcüstan hökumətinin başçısı müqəddəs Ramazan bayramının əhəmiyyətindən danışıb
     
    Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib.
    Mərasimdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, ölkəsində dini icmalara yaradılan şəraitdən danışıb.

    Muxalifet - 24-06-2017

  5. Ərdoğan: "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir"

    Ərdoğan Türkiyənin ATƏT-in Minsk Qrupunda təmsil olunma məsələsinə münasibət bildirib
     
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı ATƏT-in Minsk Qrupunda Türkiyənin də təmsil olunma məsələsinə münasibət bildirib.
    Azərbaycan media təmsilçilərinin sualını cavablandıran Ərdoğan deyib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir: "Biz eyni dildə danışır, eyni hərəkət edirik".

    Muxalifet - 24-06-2017

  6. "Türkiyə İslam dünyasında sülhün bərqərar olmasına çalışır" - Ərdoğan

    Ərdoğan vurğulayıb ki, Türkiyə sərhədlərinə hər hansı təhdid olarsa, qarşısı alınacaq
     
    "Türkiyə İslam dünyasında sülhün bərqərar olmasına çalışır".
    Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı ilə əlaqədar təşkil olunan tədbirdə deyib.

    Muxalifet - 24-06-2017

  7. Goranboyda avtomobil piyadanı vurub

    Goranboyun Dəliməmmədli kəndində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
     
    Yolu keçmək istəyən Yevlax rayon sakini, 1975-ci il təvəllüdlü Aqil Hümbətovu avtomobil vurub.
    Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 24-06-2017

  8. Avtomobil piyadanı vurub qaçdı - TOVUZDA

    Tovuzda 59 yaşlı piyadanı maşın vurub.
     
    Hadisə Təzəkənd kəndində, bazarın yaxınlığında baş verib.
    Naməlum avtomobil yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Abdullayev Abbas Abdulla oğlunu vuraraq hadisə yerindən qaçıb. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirlir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 24-06-2017

  9. 17 yaşlı qız sirkə İÇİB - DAŞKƏSƏNDƏ

    Daşkəsən rayonunda zəhərlənmə hadisəsi baş verib.
     
    Rayon sakini, 2000-ci təvəllüdlü Allahverdiyeva Aişə Fazil qızı yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib.
    Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə o, səhvən sirkə turşusu içib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 24-06-2017

  10. 2 yaşlı körpə ağcaqanad dərmanı içib

    2 yaşlı Cahid Hüseynlinin ağcaqanad dərmanı içdiyi bildirilir
     
    Mingəçevirdə azyaşlı dərmandan zəhərlənib.
    Hadisə Ş. İ. Xətai küçəsi, ev 16, mənzil 9-da qeydə alınıb.
    Belə ki, 2015-ci il təvəllüdlü Cahid Fərid oğlu Hüseynlinin qəfil halı pisləşib. C.Hüseynli valideynləri tərəfindən xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
    Məlum olub ki, körpə ağcaqanad dərmanı içib.

    Muxalifet - 24-06-2017

  11. Avtomobil piyadanı vurub – BAKIDA

    Bakıda avtomobilin vuruduğu piyada ağır xəsarət alıb.
     
    Hadisə Nərimanov rayonunda qeydə alınıb.
    Belə ki, Ziya Bünyadov prospektində piyada keçidi üçün nəzərdə tutulmayan ərazidə yolu keçən 1974-cü il təvəllüdlü Əliyarov Hacımurad Gülmurad oğlunu minik avtomobili vurub. Nəticədə H.Əliyarov hər iki ayağından açıq sınıq xəsarətləri və ağır kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib.
    Hadisəni törədən sürücü polislər tərəfindən saxlanılıb.
    Fakt araşdırılır.

    Muxalifet - 24-06-2017

  12. Sürücü piyadanı vuraraq qaçıb - BAKIDA

    Bakıda sürücü piyadanı vuraraq ərazidən qaçıb.
     
    Hadisə Suraxanı rayonunda qeydə alınıb.
    Belə ki, Hövsan qəsəbəsində yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Hacıyev Yusif Rauf oğlunu minik avtomobili vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Xəsarət alan şəxs yoldan keçən sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 24-06-2017

  13. 3 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb

    Hadisə Səbail rayonunda qeydə alınıb
     
    Bakıda 3 yaşlı uşaq ikinci mərtəbədən yerə yıxılıb
    Hadisə Səbail rayonunda qeydə alınıb.
    Belə ki, Badamdar qəsəbəsi, 3-cü massiv ərazisində 2014-cü il təvəllüdlü Quliyev Ümid İlkin oğlu 3 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsindən yerə yıxılıb. Nəticədə o, ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsinə yerləşdirilib.
    Hadisənin dəqiq baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır

    Muxalifet - 24-06-2017

  14. Qohumu tərəfindən qətlə yetirildi – BAKIDA

    Bakıda 36 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib.
     
    Hadisə Nərimanov rayonunda qeydə alınıb.
    Belə ki, Təbriz küçəsi 57 ünvanında, 4 nömrəli Şəhər Poliknikasının qarşısında 90 SD 055 dövlət qeydiyyat nişanlı, "BMW" markalı avtomobildə sürücü, 1981-ci il təvəllüdlü Tapdıqov Elçin İdris oğlu bıçaqlanaraq çoxlu qan itirib.

    Muxalifet - 24-06-2017

  15. "Məkkə terroru xaricdə hazırlanıb" - DİN

    Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi (DİN) Məkkədə planlaşdırılmış terror aktının ölkədən xaricdə hazırlandığını bildirib.
     
    Bununla bağlı rəsmi "SPA" agentliyi xəbər verib.
    Nazirliyin bəyanatında bildirilir ki, terror aktında məqsəd ölkədəki təhlükəsizliyin və sabitliyin pozulması olub. Planları pozulmuş terrorçu şəbəkəsi bütün müqəddəs dəyərləri pozub.
    "Onlar xaricdən idarə olunan planı icra edirdilər ki, ölkənin təhlükəsizliyini və sabitliyini pozsinlar" – deyə DİN-in bəyanatında bildirilir.

    Muxalifet - 24-06-2017

  16. 23 yaşlı gənc 2-ci mərtəbədən yıxılıb – BAKIDA

    Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir​
     
    Bakıda gənc oğlan ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.
    Hadisə Suraxanı rayonunda qeydə alınıb.
    Belə ki, Hövsan qəsəbəsi, Zeytun sovxozu kimi tanınan ərazidə yerləşən iki mərtəbəli fərdi yaşayış evində yaşayan 23 yaşlı Həsənov Babək Səxavət oğlu ehtiyatsızlıqdan 2-ci mərtəbənin pəncərəsindən yerə yıxılıb.
    Nəticədə onun qabırğa sümükləri sınıb. Ağır xəsarətlər alan B.Həsənov xəstəxanaya yerləşdirilib.
    Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

    Muxalifet - 24-06-2017

  17. "Trampla müqayisədə onun xanımını daha çox bəyənirəm" - Berluskoni

    İtaliyanın keçmiş baş naziri: ABŞ-ın heç demokratları da Melanyanın tənqid etmirlər
     
    İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ABŞ prezidenti Donald Trampdan daha çox onun xanımını bəyəndiyini deyib.
    Keçmiş baş nazir bununla bağlı "La Repubblica" nəşrinə müsahibəsində bildirib.
    "Trampdan daha çox Melanya, onun gözəlliyi, üslubu və cazibəsi xoşuma gəlir" – deyə o vurğulayıb.
    Berluskoninin sözlərinə görə, onlar heç vaxt şəxsən tanış olmayıblar. Lakin Berluskoni qeyd edib ki, ABŞ-ın heç demokratları da Melanyanın tənqid etmirlər.

    Muxalifet - 24-06-2017

  18. Abbas Abbasov hakimiyyətə qarşı YENİ İTTİFAQ QURUR

    Moskvada hazırlanan gizli plan haqda şok bilgilər; Sabiq nəqliyyat naziri Ziya Məmmədovun işdən uzaqlaşdırılması ilə Abbas Abbasovun hakimiyyətlə olan bütün gizli bağları da corab söküyü kimi süzülüb; sabiq vitse-primyer 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verib, amma...
     

    Muxalifet - 24-06-2017

  19. Məmurları gəlir bəyannaməsindən “azad edən” səbəblər

    Zahid Oruc: “Ötən illər ərzində məmurların fəaliyyətini əhatə edən onlarla qanun işlənib hazırlansa da, bu məsələ hələ açıq qalmaqdadır”
     

    Muxalifet - 24-06-2017

  20. Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

    Eks prezidentin ətrafında olanlar onunla bağlı maraqlı xatirələrini danışdılar...
     
    Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidentlərindən biri olmuş Əbülfəz Elçibəyin doğum günüdür.
    Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. Bu gün münasibətilə Elçibəyin silahdaşlarından onun barəsində xatirələrini öyrəndik.

    Muxalifet - 24-06-2017

Pages