Tramp ABŞ-ın "İftar süfrəsi açmaq" ənənəsini POZDU
26-06-2017 11:30

ABŞ prezidenti Donald Tramp Ramazan Bayramı münasibəti ilə iftar mərasimi düzənləməyəcək.
Tramp ABŞ prezidentləri tərəfindən son 20 ildə ənənə halını alan iftar mərasiminə son verib. Bundan sonra Ağ Evdə Ramazan Bayramı münasibəti ilə iftar süfrəsi açılmayacaq.
ABŞ Dövlət Departamentinin rəhbəri Tillersonda bu il Ramazan Bayramı münasibəti ilə rəhbəri olduğu qurumda iftar süfrəsi açmayacaq.
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Tomas Ceferston 1805-ci ildə Ramazan Bayramı münasibəti ilə Ağ Evdə iftar süfrəsi açıb və bununla da özündən sonrakı prezidentlər üçün bir ənənə qoyub. Ağ Evdə son 20 ildə bütün prezidentlər orucluğun son günü iftar süfrəsi açıb.
Tramp administrasiyası isə bu ənənəyə son verib.