Axtarış

The search found 105779 results in 0.13 seconds.

Search results

  1. Flora Kərimova əməliyyatdan danışdı - TƏFƏRRÜAT

    Ötən il keçirdiyim insultdan sonra gözlərim çox zəifləmişdi. Çox pis görürdüm. Bir gözüm isə ümumiyyətlə görmürdü. Əməliyyatı çarə bildim...
     
    Bu sözləri xalq artisti Flora Kərimova əməliyyat olunması barədə Teleqraf.com-a açıqlamasında deyib.
    O, bunun artıq ikinci göz əməliyyatı olduğunu bildirib:
    “Hardasa yarım il əvvəl də mən gözümdən əməliyyat olundum. Onda sol gözümü cərraha təslim vermişdim. Lakin dünən mən ikinci dəfə əməliyyata getməli oldum. Bu dəfə sağ gözümü çox sevdiyim, ərk etdiyim və güvəndiyim həkimə Paşa Qəlbinura həvalə etdim”.

    Muxalifet - 23-06-2017

  2. ABŞ-ın ballistik raket sınağı uğursuz oldu

    ABŞ-ın Raket Hücumundan Müdafiə Agentliyi son bir ayda ikinci dəfə orta mənzilli ballistik raket sınağı keçirib.
     
    Bununla bağlı agentlik məlumat yayıb.
    Məlumatlara görə, yerli vaxtla 19:20-də havaya buraxılan raket Sakit okean üzərində partlayıb:
    "Sınaq uğursuz olub. SM-3Blok IIA adlı raketin buraxılmasında əsas məqsəd orta mənzilli raketlərə qarşı müdafiə gücünü artırmaqdır".

    Muxalifet - 23-06-2017

  3. Növbəti Aya Sofya qalmaqalı: "TÜRKİYƏDƏN SƏRT CAVAB"

    Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hazırda isə muzey kimi fəaliyyət göstərən Aya Sofya məbədində keçirilən "Qədr gecəsi"nə Yunanıstanın Xarici İşlər Nazirliyinin nümayəndələri tərəfindən kəskin iradlar bildirilib.
    İnsan haqları mövzusunda tolerant davranmayan Yunanıstana Türkiyə rəsmiləri tərəfindən cavab verilib:

    Muxalifet - 23-06-2017

  4. Türkiyə ordu göndərməsinin sirrini açdı: "OYUNU POZDUQ"

    Biz Qətərə ona görə ordu göndərdik ki, Qərb Türkiyəni nəzərə almadan hərəkət etməsin.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Meşə və Su İşləri naziri Veysəl Əroğlu Türkiyənin Qətərə əsgər göndərməsi ilə bağlı açıqlamasında deyib.
    “Oralar bizim könül coğrafiyamızdır. Bizim əsgərlərin oraya getməsi lazım idi. Çünki Qətər ilə oyun oynanılırdı. Türkiyənin də daxil olduğu bir oyun planlaşdırılırdı. Bunun qarşısını almaq üçün Türkiyə Qətərə getdi. Və biz indi oradayıq. Qərb bizi nəzərə almadan hərəkət etməsin deyə, biz də ora getdik”, - deyə o bildirib.

    Muxalifet - 23-06-2017

  5. "Türkiyənin bu addımından narahatıq" - ABŞ

    Türkiyə hökumətinin özləri kimi düşünməyənləri hədəfə almasından narahatıq.
    Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert CHP millət vəkili Enis Bərbəroğlunun həbsi haqda danışarkən deyib.
    “Həbs olunan müxalif siyasətçi ilə bağlı məlumat toplamağa çalışırıq. Bu mövzuda deyəcəyimiz yeni bir fikir yoxdur”, - Hizert bildirib.
    Qeyd edək ki, CHP millət vəkili Enis Bərbəroğlu “dövlət sirrini casusluq məqsədilə yaymaqda” suçlu bilinərək, 25 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet - 23-06-2017

  6. Tramp milyarderi səfir göndərir - SENAT QƏRAR VERƏCƏK

    ABŞ Prezidenti Donald Tramp ölkəsinin Böyük Britaniyadakı səfiri postuna milyarder Vudi Consonun namizədliyini irəli sürüb.
     
    Namizədlə bağlı məsələ ABŞ Senatında səsə qoyulacaq.
    Vudi Conson Donald Trampın seçki kompaniyasında fəal iştirak etməsi ilə tanınır. Milyarder həmçinin Trampın inauqurasiya mərasiminə də vəsait ayırıb.“Nyu York Jets” futbol klubunun sahibi olan Conson səfir təyin ediləcəyi halda klubun rəhbərliyini öz qardaşına verməli olacaq.

    Muxalifet - 23-06-2017

  7. Azərbaycan mətbuatının çirkli “mətbəx”i – NƏŞRİYYAT GİZLİNLƏRİ…

    Bir evin səliqə-sahmanı onun mətbəxindən bəlli olur. Mətbəx bərbaddırsa, digər otaqları ziyarət etmək əbəsdir. Azərbaycan mətbuatının mətbəxi də “Azərbaycan” Nəşriyyatıdir. Bu barədə bir qədər sonra…
    Azərbaycan Prezidenti milli mətbuatın inkişafına müstəsna yardımlar edir. Elə son günlərin başlıca müzakirə mövzusu olan mənzillər də Prezidentin dünyada analoqu olmayan qayğısının göstəricisidir.

    Muxalifet3 - 23-06-2017

  8. Astana Suriyaya ordu göndərmək xəbərinə reaksiya verdi

    Qazaxıstan hərbi qüvvələrini Suriyaya göndərmək üçün heç kəslə danışıqlar aparmır.
     
    Bu sözləri Qazaxıstan Xarici İşlər naziri Kayrat Abdurrəhmanov deyib. O, həmçinin, Qazaxıstanın Suriya böhranını həll etmək üçün 4-5 iyulda Astanada keçiriləcək növbəti görüşdə bu və digər məsələlərə toxunulacağını qeyd edib.
    Onun sözlərinə görə, yalnız BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı qətnamə qəbul etdikdən sonra ölkənin sülhməramlıları hər hansı bir ölkədə yerləşdirilə bilər.

    Muxalifet - 23-06-2017

  9. Bakıda evə basqın edən şəxs tutuldu - VİDEO

    Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub.
     
    Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri, 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.
    Hazırda hadisəni digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Muxalifet - 23-06-2017

  10. Türkiyədən “kürd dövləti” açıqlaması: "Etiraz etmirik, amma..."

    Türkiyə Şimali İraqda referendum keçirilməsinin əleyhdarıdır.
     
    Bunu jurnalistlərə açıqlmasında Türkiyə prezidentinin baş müşaviri İlnur Çevik söyləyib.

    Muxalifet - 23-06-2017

  11. "Latın əlifbasına keçidi gecikdirmək üçün heç bir səbəb yoxdur" - NAZARBAYEV

    Nursultan Nazarbayev: Alimlərimiz qonşularımızın təcrübəsi əsasında əlifbanı hazırlaya bilər
     
    Qazax dilinin latın əlifbasına keçidi prosesini gecikdirmək üçün heç bir səbəb yoxdur.
    "Tengrinews.kz" portalına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

    Muxalifet - 23-06-2017

  12. İki avtomobil qoyun sürüsünə girib

    Şamaxı rayonunda yol qəzası baş verib.Hadisə Bakı-Şamaxı yolunda, Şamaxı şəhəri ərazisində qeydə alınıb.
     
    İsmayıllı rayon sakini Bəhram Qurbanovun idarə etdiyi “Mersedes” və Şamaxı sakini Məşhur Həmdəmovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillər hərəkətdə olarkən qəflətən yola çıxan qoyun sürüsünə girib.
     Hadisə zamanı 10-a yaxın qoyun ölüb, bir neçəsi xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.
     Faktla bağlı araşdırma aparılır.  

    Muxalifet - 23-06-2017

  13. Azərbaycanda yeni SİLAH ZAVODU istifadəyə verildi - AÇILIŞ

    Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin Şirvan şəhərindəki TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışında iştirak edib.
     
    Müdafiə sənayesi naziri Yavər Camalov müəssisə barədə dövlət başçısına məlumat verib.

    Muxalifet - 23-06-2017

  14. Avtomobildən silah və narkotik tapıldı

    Bakıda avtomobildən silah və narkotik aşkarlanıb.
     

    Muxalifet - 23-06-2017

  15. “Buta Airways”in aviabiletlərinin qiyməti 29 avrodan başlayacaq

    Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti “Buta Airways”in bütün istiqamətləri üzrə yekun minimal qiymət bir tərəfə cəmi 29 avro təşkil edəcək.
     
    Aviaşirkətin mətbuat xidmətindən verilən məlumata görə, ilk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.

    Muxalifet - 23-06-2017

  16. Qadın körpə qızı ilə birlikdə itkin düşüb

    Sumqayıtda qadın bir yaşlı körpəsi ilə birlikdə itkin düşüb.
     
    Abşeron rayonu Saray qəsəbəsində yaşayan 45 yaşlı Mehman Ağayev polisə müraciət edərək bildirib ki, iyunun 22-də Sumqayıtda yaşayan bacısı 40 yaşlı Şəlalə Kərimova qızı 1 yaşlı Firəngiz Kərimova ilə birlikdə yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.
    Polis faktla bağlı araşdırma aparır.  

    Muxalifet - 23-06-2017

  17. Yük maşını "Shacman" velosipedçini vuraraq öldürüb

    Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
     
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 22-də saat 18 radələrində Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisində Tovuz rayon sakini Faiq Budaqov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu velosipedlə keçən kənd sakini Emin Əliyevi vurub.
    Qəzada piyada hadisə yerində ölüb.

    Muxalifet - 23-06-2017

  18. Reklam gəlirlərini büdcədən kimlər gizlədirmiş... - 500 milyon əvəzinə 50 milyon manat...

    Prezident İlham Əliyev iyunun 20-də Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında Fərman imzalayıb.
     
    Fərmana əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılıb.

    Muxalifet - 23-06-2017

  19. Messinin həbs cəzası cərimə ilə əvəzlənib

    Futbolçunun özü 252 min atası Xorxe Messi isə 180 min avro cərimə ödəməlidir
     
    İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin 21 aylıq həbs cəzası pul cəriməsi ilə əvəzlənib. EFE agentliyinin verdiyi məlumata görə, bu barədə ölkənin Ali Məhkəməsi qərar çıxarıb.
    Qərara əsasən, cərimənin məbləği 252 min avrodur. Öz növbəsində, Messinin atası Xorxe Messi 180 min avro cərimə ödəməlidir. Prokurorluq hadisələrin belə inkişafına qarşı çıxmayıb.

    Muxalifet - 23-06-2017

  20. Müdafiə naziri Qətərdən 13 maddəlik tələblərə cavab verib

    Fikri İşık: “Bu bir az ölkələr arasında gücün nümayiş etdirilməsinə də oxşayır”
     
     “Bu tələbi hələlik rəsmi olaraq görməmişəm, ancaq belə bir sənəd varsa, ikitərəfli əlaqələrə müdaxilə sayıla bilər”.
    NTV xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık Körfəzdəki ərəb dövlətlərinin Qətərlə bağlı irəli sürdüküləri 13 şərtdən ibarət ultimatumu şərh edərkən deyib.

    Muxalifet - 23-06-2017

Pages