Axtarış

The search found 105779 results in 0.011 seconds.

Search results

  1. ​Habil Vəliyev və Surxay Əliyevin həbs müddəti uzadıldı

    Səbail Rayon Məhkəməsində "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.
    APA-nın xəbərinə görə, məhkəmənin qərarı ilə H.Vəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 ay artırılıb.

    Muxalifet2 - 23-06-2017

  2. Avropa İttifaqından Qarabağla bağlı ŞOK QƏRAR - ERMƏNİLƏRƏ 3 MİLYON AVRO...

    Avropa İttifaqı Suriyadan Ermənistana köçən ermənilərə 3 milyon avro ayırmaq haqda qərar verib.
     
    Bu, suriyalı qaçqınlar üçün nəzərdə tutulan 275 milyon avroluq yardım paketinin tərkibinə daxildir.

    Muxalifet - 23-06-2017

  3. Məkkədə partlayış – KAMİKADZE ÖZÜNÜ PARTLATDI

    Məkkədə kamikadze özünü partladıb.
    Muxalifet.az xəbər verir ki, olay haqda “Əl-Aləm” televiziyası məlumat yayıb.
    Teraktla bağlı geniş bilgi yoxdur.

    Muxalifet - 23-06-2017

  4. ​Azərbaycanın Fransadakı səfiri dəyişdirildi

    Prezident İlham Əliyev Elçin Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
    Dövlət başçısının digər sərəncamı ilə Rəhman Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Muxalifet2 - 23-06-2017

  5. ​Metropolitenin azı 500 işçisi ixtisar olunacaq – ƏMR

    İki Tunel və Əsaslı Tikinti dəstəsi ləğv olunur

    Muxalifet2 - 23-06-2017

  6. ​Sabiq prorektorun oğluna hökm oxundu

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və quldurluqda təqdirləndirilən Raul Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
    “Report”un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Məhkəmənin hökmü ilə R.Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmə onun məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar da çıxarıb.

    Muxalifet2 - 23-06-2017

  7. Əfqan Muxtarlının şikayəti təmin edilməyib

    Vəkil Elçin Sadıqov həmçinin, həbsdəki jurnalistin səhhətində problemlərin olduğunu bildirib
     
    Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə Gürcüstandan müəmmalı şəkildə Azərbaycan gətirilərək həbs edilən jurnalist Əfqan Muxtarlının şikayətini təmin etməyib.
    Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
    Şikayət Əfqan Muxtarlı barəsində çıxarılan 48 saat ərzində tutma qərarı ilə bağlı idi.

    Muxalifet - 23-06-2017

  8. Gözəl Bayramlının səhhəti pisləşib

    AXCP sədrinin müavini Gözəl Bayramlının səhhəti kəskin pisləşib. Bu barədə vəkil Elçin Sadıqov ötən gün onunla görüşündən sonra bildirib.
     
    Vəkil xatırladıb ki, həbsdən öncə G.Bayramlı çənə oynağının atrofiyasından müalicə olunurmuş.
    O, digər xəstəliklərdən də əziyyət çəkir, ancaq həbsxanada ona dərman vermirlər.
    G.Bayramlının kamerada hərəkətsiz vəziyyətdə qalması onun durumunu kəskinləşdirir.

    Muxalifet - 23-06-2017

  9. Jurnalistin anası reanimasiyaya düşdü - DİNDİRİLMƏ SONRASI

    "Kanal 13" İnternet televiziyasının icraçı direktoru Əziz Orucovun anası Almaz Həsənova ağır vəziyyətdə 2 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
     
    Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirmə zamanı onun vəziyyəti kəskin pisləşib. Bu barədə Turan-a həbsdə olan jurnalistin həyat yoldaşı, "Kanal 13" televiziyasının redaktoru Lamiyə Orucova bildirib. O qeyd edib ki, həkimlərin vaxtında müdaxiləsi olmasaydı 66 yaşlı qadın yenidən insult keçirə bilərdi.

    Muxalifet - 23-06-2017

  10. Gürcüstanda Azərbaycanlı investorlara qarşı “Dələduzluq”

    Bir qrup azərbaycanlı investor Gürcüstanda 1,5 mln. dollar itirir və həmin pulların mənimsənilməsində gürcü tərəfdaşlarını ittiham edirlər.
     
    İş üzrə istintaq üç ildir ki, davam edir. Bu barədə Gürcüstanın "Rustavi 2" telekanalı məlumat yayıb.
    Azərbaycanlı iş adamlarına (adları açıqlanmır) deyiblər ki, bu məbləği onlara qaytara bilməyəcəklər, çünki torpaq alınması üçün xərcləyiblər. Həmin ərazi isə "Rıja" ləqəbli Georgi Kapanadzeyə və İlya Kokayaya məxsusdur.

    Muxalifet - 23-06-2017

  11. İŞİD-in əsas maliyyəçilərindən biri məhv edilib

    Öldürülən şəxs - Fəvvaza Məhəmməd Cubeyr ar-Raui İŞİD üzvlərinə terror hücumlarının təşkilində kömək edib
     
    ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada İŞİD-in əsas maliyyəçilərindən birinin məhv edildiyini bildirib.
    Bu barədə "TASS" agentliyi koalisiya qüvvələrinin qərargahının bəyanatına istinadən xəbər verib.
    Öldürülən şəxs Fəvvaza Məhəmməd Cubeyr ar-Rauidir. O, İŞİD üzvlərinə terror hücumlarının təşkilində kömək edib.

    Muxalifet - 23-06-2017

  12. Boksçumuz Avropa çempionatının finalına yüksəlib

    Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatı davam edir.
     
    Yarımfinalda mübarizə aparan yeganə təmsilçimiz Kamran Şahsuvarlı bu gün rinqə çıxıb.
     75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız macarıstanlı Adam Harcla qarşılaşıb. Görüşü qələbə ilə başa vuran Kamran finala yüksəlib.
     Boksçumuzun finaldakı rəqibi ukraynalı Aleksandr Xijnyak olacaq.
     Qeyd edək ki, yarışa 10 boksçu ilə qatılan millimizin 5 üzvü 1/4 finala yüksəlməyi bacararaq dünya çempionatında yarışmağa haqq qazanıb.

    Muxalifet - 23-06-2017

  13. "Suriyada terror dövlətinə imkan verməyəcəyik" - ƏRDOĞAN

    Şimali Suriyada bir dövlət yaradılmasına heç vaxt icazə verməyəcəyik.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    Muxalifet - 23-06-2017

  14. ​Trampın keçmiş arvadı səfir olmaqdan imtina etdi

    ABŞ prezidenti Donald Trampın keçmiş həyat yoldaşı, milliyyətcə çex olan İvana Tramp Birləşmiş Ştatların Çexiyadakı səfiri olmaqdan imtina edib.
    Azvision.az xəbər verir ki, keçmiş həyat yoldaşı ABŞ prezidenti seçildikdən sonra Çexiyada səfir postu uğrunda mübarizə aparan İvana Tramp Çexiya prezidenti Miloş Zemanın da dəstəyini qazanmışdı. Onun bu postdan imtinasına münasibət bildirən Miloş Zeman İvana Trampın öz ölkəsinə münasibətdə hiss etməli olduğu məsuliyyətdən qorxaqcasına qaçdığını deyib.

    Muxalifet3 - 23-06-2017

  15. Keçmiş MTN əməkdaşı ölkədən qaçdı - AXTARIŞA VERİLDİ

    MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyev, onun tabeliyində işləmiş Azər Mehdiyevin cinayət işi üzrə keçirilən məhkəmə zamanı zərərçəkmişlər keçmiş milli thlükəsizlik naziri Eldar Mahmudovun məhkəməyə çağırılmasını tələb ediblər.

    Muxalifet3 - 23-06-2017

  16. Ramazanın 29-cu gününün duası – İMSAK VƏ İFTAR VAXTI

    Sabah Ramazan ayının 29-cu günüdür.
    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:09-da, iftar isə saat 20:31-dədir.
    Ramazan ayının 29-cu gününün duası: "Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin".
    Tərcüməsi: "İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!"
    Allah orucunuzu qəbul etsin!

    Muxalifet3 - 23-06-2017

  17. Öldürücü istilər GƏLİR - insanların 74 faizi...

    Dünya əhalinin 74 faizi isti hava dalğalarına məruz qalacaq. Onlar ölümcül, anormal hava temperaturunun olduğu bölgələrdə yaşamağa məcbur olacaqlar.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Natural Climate Change" jurnalında məqalə hazırlanıb. Məqalədə bu sadalananların 2100-cü ildən etibarən müşahidə ediləcəyi bildirilib.
    ABŞ-ın yerli və beynəlxalq alimlərindən ibarətə qrupun hazırladığı bu araşdırmada iqlim dəyişikliyinin insanın bədən temperaturuna yarada biləcəyi risklər incələnib.

    Muxalifet3 - 23-06-2017

  18. "Yubkalı sürücülər" istəklərinə çatdı - FOTO

    Xəbər verdiyimiz kimi, Fransanın Nant şəhərində avtobus və tramvay sürücülərinə işə şortla gəlməyə qadağa qoyulmuşdu. Hava çox isti olduğu üçün qoyulan qadağaya etiraz edən sürücülər işə yubka ilə gəlmişdilər.
    Muxalifet.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sürücülərin etirazını dəyərləndirən bələdiyyə və daşıyıcı şirkətlər qadağanı ləğv ediblər.
    Beləliklə, sürücülər işə şortla gedə biləcəklər.

    Muxalifet3 - 23-06-2017

  19. Azərbaycanda kütləvi dava: KİŞİ VƏ QADIN XƏSARƏT ALDI

    Mingəçevir şəhərində məskunlaşmış, əslən Kəlbəcər rayonundan olan iki ailə arasında kütləvi dava olub.
    Muxalifet.az report.az-a istinadən bildirir ki, hadisə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 1 saylı Dəmir Betn Məmulatları Zavodunun həyətində baş verib.
    Belə ki, 1981-ci il təvəllüdlü Süleyman Əmirxan oğlu Ələkbərovla 1993-cü il təvəllüdlü Ömər Akif oğlu Ağaxanov arasında yaranan mübahisəyə sonradan onların yaxınları da qoşulub. Nəticədə kütləvi dava olub.

    Muxalifet3 - 24-06-2017

  20. DƏHŞƏTLİ TERROR: 37 nəfər öldü, 150 yaralı var - YENİLƏNİB

    Pakistanın Paraçinar şəhərində bazarda baş verən iki partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb.
    APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, 150 nəfərin yaralandığı bildirilir.
    Terror aktlarına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
     
    ***
    19:39
    Pakistanın şimal-qərb bölgəsində baş verən partlayışlar nəticəsində 25 nəfər ölüb.
    “RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, ardıcıl iki partlayış Paraçinar şəhərinin ticarət mərkəzində törədilib.

    Muxalifet3 - 24-06-2017

Pages