“İstəsəm sərt oğlan olduğumu göstərərəm” - LUKAŞENKO

Baxış sayı:
5584

"Düzünü desəm, bu gün fövqəladə vəziyyət tətbiq edə və prezident seçkiləri öncəsi necə sərt oğlan olduğumu, hər şeyi nəzarətdə saxladığımı göstərə bilərdim".

Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Allah etməsin ki, biz belə bir vəziyyətdə yaşayaq, bir insanın küçələrdə gəzmək, uşağını bir yerə aparmaq imkanını məhdudlaşdırmaq məcburiyyətində qalaq. Bu oyunları oynamaq istəmirəm. İstənilən xəstəliklə mübarizə aparacağıq. Koronavirusa görə insanları təcrid etmirəm", -deyə Lukaşenko bildirib.
O qeyd edib ki, indi insanları təcrid etmək üçün heç bir əsas görmür, vətəndaşları səhiyyə sistemi qorumalıdır.
Prezident, eyni zamanda həkimləri özlərinin də virusun daşıyıcısı olmamaq üçün COVİD-19-a yoluxan xəstələrlə əlaqə qurarkən lazımi tədbirləri görməyə çağırıb.
"Belarusda hər şeyin sakit və rahat olduğunu söyləmək tamamilə axmaqlıqdır. Biz sadəcə panika yaratmırıq. Hər kəs öz işini görür. Bizdə siyasi il olsa da, heç bir siyasi məsələni koronavirus vasitəsi ilə həll etmirik",- Lukaşenko vurğulayıb.