Axtarış

The search found 105857 results in 0.088 seconds.

Search results

  1. Bu şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcək - AÇIQLAMA

    İşləmək üçün icazəsi olan şəxslər aptek, bank və ya ərzaq dükanına gedərkən icazə almaq üçün SMS göndərməyəcəklər.

    Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

    Onun sözlərinə görə, Nazirlər Kabinetinin aprelin 2-də verdiyi 124 saylı qərarın 1 saylı əlavəsi əsasında işləyənlərin açıq obyektlərə girmək üçün icazə almasına ehtiyac yoxdur:

    "Onlar bu gün normal şəkildə çalışırlar. Ona görə də SMS-lə icazə alıb hərəkəti gerçəkləşdirməyə ehtiyac yoxdur".

    Muxalifet4 - 4-04-2020

  2. Mağazadan meyvə və yumurta oğurlayan 35 yaşlı şəxs saxlanıldı - BAKIDA

    Bakıda mağazada oğurluq hadisəsi baş verib.

    Hadisə aprelin 1-i gecə saatlarında Nərimanov rayon F.Yusifov küçəsində yerləşən mağazaların birində qeydə alınıb.

    Belə ki, naməlum şəxs mağazadan 454 manat dəyərində meyvə və yumurta oğurlayıb.

    Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1985-ci il təvəllüdlü E.Məmmədov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 4-04-2020

  3. Karantin rejimini pozan minlərlə şəxs cərimələndi - RƏSMİ AÇIQLAMA

    Ötən gün karantin rejimi ilə bağlı 1199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb. Zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi ərazilərdən keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 2 189 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

    Muxalifet4 - 4-04-2020

  4. Gürcüstanda koronavirusa yoluxanların sayı 156-ya çatdı

    Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 156-ya yüksəlib.

    Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
     
    Koronaviruslu xəstələrin 28-i sağalıb. Karantində 5 526, stasionar nəzarətdə isə 344 nəfər saxlanılır.
     
    Hazırda qonşu ölkədə 128 aktiv COVID-19 infeksiyası daşıyıcısı var./Report

    Muxalifet4 - 4-04-2020

  5. Uhanda koronavirusun ikinci dalğası başlaya bilər - ŞƏHƏRDƏ ÖLÜM SAYI ARTIR...

    Çinin Uhan şəhərində giriş-çıxış qadağasının ləğvi təxirə salınıb.
    “Ahaber” xəbər verir ki, buna səbəb şəhərdə koronavirusdan 4 yeni ölüm faktının qeydə alınmasıdır.
    Hazırda şəhərdə 1 727 nəfər müalicə alır.
    Qeyd edək ki, son bir ayda Çin hökuməti ölkədə, xüsusilə də virusun ocağı olan Uhanda koronavirusun yayılmasının səngidiyini, ölümlərin isə azaldığını elan edir. Ancaq müxtəlif mənbələrin məlumatına görə, Çin gerçək ölüm sayını gizli saxlayır.

    Muxalifet4 - 4-04-2020

  6. Koronavirus heyvanlar arasında da yayılır - ÇÖL PİŞİKLƏRİNİN 15 FAİZİNDƏ YOLUXMA AŞKARLANIB

    Çin baytarları Uhan şəhərindəki çöl pişiklərinin 15 faizində koronavirusa yoluxma aşkarlayıblar.
     
    Bu barədə tədqiqatın nəticələrini “BioRxiv” elektron elmi kitabxanası yayıb.
     
    Mütəxəssislər koronavirus epidemiyasından əvvəl 39 pişikdən, pandemiyadan sonra isə sonra 102 pişikdən götürülmüş qan nümunələrini testdən keçiriblər. Məlum olub ki, virusun yayılmasına qədər heyvanlar COVID-19 infeksiyasına yoluxmayıblar, ancaq pandemiyadan sonra 102 pişikdən 15-i təhlükəli virusa yoluxub.
     

    Muxalifet4 - 4-04-2020

  7. Ermənilər 8 istiqamətdən mövqelərimizi atəşə tutub - RƏSMİ AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet4 - 4-04-2020

  8. ​ABŞ PKK-ya yardım göndərdi – 1,2 MİLYON DƏYƏRİNDƏ…

    ABŞ YPG/PKK qruplaşmasının nəzarəti altında olan Suriyanın Haseke və Şəddadi şəhərlərinə koronavirusla mübarizə məqsədi ilə 1,2 milyon ABŞ dolları dəyərində tibbi ləvazimat göndərib.
    “Anadolu” agentliyi xəbər verir ki, bunu bölgədəki koalisiya qüvvələri açıqlayıb.
    “Təmin edilmiş tibbi ləvazimat xəstəxana həkimləri, həmçinin Suriya Demokratik Qüvvələri və həbsxanada asayiş qoruyucuları üçün nəzərdə tutulub”.
    Yardıma əlcək, maska, əməliyyat ləvazimatı və oksimetrin daxil olduğu vurğulanıb.

    Muxalifet4 - 4-04-2020

  9. ​Az yatanların koronavirusa yoluxmaq riski daha çoxdur

    Özünütəcrid dövründə insanların zəngli saatdan istifadə etməsi xroniki yuxu çatışmazlığına səbəb olur.
     
    Bu barədə Moskva Dövlət Universitetinin Yuxu Tibb Mərkəzinin müdiri Aleksandr Kalinkin TASS agentliyinə verdiyi müsahibədə bildirib.
     
    Mütəxəssis orqanizmin virus xəstəliklərinə qarşı müqavimətinin düzgün yuxu rejimindən asılı olduğunu söyləyib:
     
    “Yeddi saatdan çox yatan insanın, beş saatdan az yuxu yatan şəxslə müqayisədə, infeksiyaya yoluxma ehtimalı 250 faiz azdır”.

    Muxalifet4 - 4-04-2020

  10. DIQQƏT! Koronavirus hava ilə də yoluxa bilər... - ÜST AÇIQLADI

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə təcili yardım proqramının direktoru Maykl Rayan hava yolu ilə koronavirusun yoluxma ehtimalı barədə danışıb.
     
    “RİA Novosti” xəbər verir ki, Rayan virusun hava ilə ötürülə biləcəyini istisna etməyib.
     
    Onun sözlərinə görə, Sinqapur alimləri infeksiya hallarının təxminən altı faizinin virusun simptomsuz daşıyıcılarından qaynaqlandığı qənaətinə gəliblər.
     

    Muxalifet4 - 4-04-2020

  11. Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib - ÖLƏNLƏRİN SAYI 60 MİN NƏFƏRƏ ÇATIR

    Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri ötüb.

    “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
    Bildirilib ki, dünyada xəstəliyə 1 100 283 nəfər yoluxub, 58 929 nəfər ölüb.
    Koronavirusdan sağalanların sayı isə 226 669 nəfərdir.

    Muxalifet4 - 4-04-2020

  12. ŞOK: Azərbaycanda tibb mərkəzinin 10 əməkdaşında koronavirus aşkarlandı

    1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan 10 işçidə koronavirus aşkarlanıb.
    Muxalifet.az xəbər verir ki, məlumatı Mərkəzdən oxu.az-a təsdiq ediblər.
    Bildirilib ki, koronavirus testinin nəticələri müsbət çıxan 10 nəfərin tibb müəssisələrində müalicələrinə başlanılıb:
    “Klinikanın 10 əməkdaşında koronavirus aşkarlanıb. Onlar arasında tibb bacıları, laborant və xadimələr var. Hazırda onlar müvafiq tibb müəssisələrinə yerləşdiriliblər”.

    Muxalifet4 - 4-04-2020

  13. Pandemiya qlobal ərzaq qıtlığına səbəb olacaqmı... - TƏCHİZAT ZƏNCİRİ POZULUB, MƏHSULU YIĞMAĞA İŞÇİ QALMAYIB

    Koronavirus pandemiyası dünyada ərzaq təchizatını pozub, kənd təsərrüfatında işçi qıtlığı yaradıb.

    “Reuters” agentliyi xatırladır ki, karantinə hazırlaşan bir çox ölkələrdə alıcılar çaxnaşma içində supermarketlərdən un və makaron məmulatlarını daşıyaraq rəfləri boşaltmışdılar.

    Muxalifet4 - 4-04-2020

  14. "BU ŞƏXSLƏRİN ƏLAVƏ İCAZƏ ALMASINA EHTİYAC YOXDUR..." - DİN karantin rejimi ilə bağlı bəzi suallara aydınlıq gətirdi

    Daxili İşlər Nazirliyi (DİN) Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələrinin, o cümlədən fasiləsiz fəaliyyət göstərən qurumların əməkdaşlarının, habelə müvafiq icazə ilə hərəkət edən şəxslərin market və aptekə gedərkən SMS vasitəsilə icazə alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    Muxalifet4 - 4-04-2020

  15. Temperatur aşağı düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

    Xidmətdən verilən məlumata görə, aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, 6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi, aprelin 7 və 8-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

    Muxalifet4 - 4-04-2020

  16. 20-30 MANAT SAXTA “JURNALİST VƏSİQƏLƏRİ” SATILIR… - Bakı Mətbuat Klubu vətəndaşları və KİV-ləri sui-istifadə hallarına yol verməməyə çağırır…

    Bakı Mətbuat Klubu (Press Klub) İdarə Heyətinin Azərbaycan vətəndaşlarına və kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb. Muxalifet.az həmin müraciəti olduğu kimi təqdim edir:

    Muxalifet4 - 4-04-2020

  17. Azərbaycanda 194 mindən çox işçiyə evdən çıxmağa icazə verildi

    Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün “icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının aprelin 4-ü saat 09:00-a olan sayı açıqlanıb.
     
    Qeyd olunan saata qədər Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemində 13 734 qurumun 194 796 əməkdaşının icazəsi təsdiqlənib.
     
    Ümumilikdə qurum tərəfindən daxil edilmiş icazə sayı 199 843 təşkil edib. Qurum tərəfindən təsdiqlənmiş maşın sayı isə 73 623 olub.
     

    Muxalifet4 - 4-04-2020

  18. ​GÜRCÜSTANDA AZƏRBAYCANLI QADIN KORONAVİRUSDAN ÖLDÜ – Baş nazir başsağlığı verdi... / YENİLƏNİB - 2

    Gürcüstanın baş naziri koronavirusdan ölən azərbaycanlı qadınla bağlı başsağlığı verib
    Gürcüstanın baş naziri Giorgi Qaxaria koronavirusdan ölən azərbaycanlı qadının ailə üzvləri və yaxınlarına başsağlığı verib.
    Hökumət başçsı həmin pasiyenti xilas etmək üçün həkimlərin mümkün olan hər şeyi etdiklərini bildirib.
    Baş nazir qadının ölümünü faciəvi hadisə adlandırıb: “Biz bu kimi halların minimuma endirilməsi üçün ciddi addımlar atırıq”.
    ***
    Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır.

    Muxalifet4 - 4-04-2020

  19. Koronavirusa yoluxan Neftçala sakini: "Nəfəs almaq mənim üçün çətin idi..." - MÜSAHİBƏ

    Azərbaycanda bu günə qədər 443 koronavirusa yoluxma halı təsdiqlənib. Onlardan 32-si sağalıb, beşi isə ölüb. 406 xəstənin müalicəsi davam edir.

    Media.Az koronavirus infeksiyası aşkarlanan Azərbaycan vətəndaşlarından biri ilə danışa bilib.

    Hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasında olan 32 yaşlı Neftçala rayon sakini adının açıqlanmamasını istəyib.

    - COVID-19-a harada və necə yoluxduğunuzu təxmin edə bilirsiniz?

    Muxalifet4 - 4-04-2020

  20. Rusiyadan qayıdan Azərbaycan vətəndaşları karantinə yerləşdiriliblər

    Azərbaycan və Rusiya arasında əldə olunan razılı­ğa əsasən və Azərbaycan Nazirlər Ka­bineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayı­nın 4-də saat 11:00-dan başlamaqla “Samur” dövlət sərhədindən bura­xılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respub­likası vətəndaşlarının qəbulu, ölkə ərazisinə bu­ra­xılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib.
     

    Muxalifet4 - 4-04-2020

Pages