Axtarış

The search found 105857 results in 0.161 seconds.

Search results

  1. Daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik - Səhiyyə Nazirliyi

    “Təəssüf ki, hələ də insanlar koronavirus təhlükəsini dərk edə bilmir. Halbuki xəbərimiz olmadan bu virusun daşıyıcısı ola bilərik”.

    Muxalifet.az-ın xəbərinə görə, bunu “Report”a Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

    "Əfsuslar olsun ki, daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik. Ona görə də məcburi şəkildə xüsusi karantin rejimi tətbiq olundu. Çünki insanlar əvvəl bu məsələyə ciddi yanaşmırdı. Məsələn, kimsə darıxıb evə qonaq çağırır. Halbuki insanlarla təmasda olmaq təhlükəlidir”, - o qeyd edib.

    Muxalifet4 - 30-03-2020

  2. Putin və Tramp arasında KORONAVİRUS MÜZAKİRƏSİ - Prezidentlər telefonla danışdılar

    Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.
    Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Dövlət başçıları telefon danışığı zamanı dünyada koronavirusun geniş miqyasda yayılmasında ciddi narahatçılıqlarını bildiriblər. Putin və Tramp bu təhlükəyə qarşı öz ölkələrində görülən tədbirlər barədə bir-birini məlumatlandırıblar. İki ölkənin bu istiqamətdə daha sıx əməkdaşlığının mümkünlüyü müzakirə olunub.

    Muxalifet4 - 30-03-2020

  3. Koronovirusu dərmansız sağaldan Azərbaycanlı həkim ortaya rəsmi sənəd qoydu - FOTO

    Bugünlərdə Moderator.az saytında yayımlanan “Mendeleyev cədvəlindəki bu element koronavirusun dərmanıdır” başlıqlı yazımda elan etmişdim ki, Mendeleyevin ölümündən sonra onun tərtib etdiyi Elementlərin Dövrü Sistemi saxtalaşdırıldı. Buna görə də hazırda bəşəriyyətin bəlasına çevrilən koronavirus infeksiyasına qarşı dərman tapmaq mümkün deyildir. Virus kabus kimi insanları məhv etməkdədir...

    Muxalifet4 - 30-03-2020

  4. Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?

    “...Doğrudan da Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəb səhralarına qədər olan torpaqlarda neçə-neçə milyon türkün və digər erməni olmayan xalqların arasında bircə nəfər erməni yoxsa, Ermənistan dövləti yaratmaq kimi başqa gülünc ideya ola bilərmi?”  

                                                                                     

    Muxalifet4 - 30-03-2020

  5. SON DƏQİQƏ: Azərbaycanda vətəndaşların küçəyə çıxışı məhdudlaşdırılır - OPERATİV QƏRARGAHDAN NÖVBƏTİ AÇIQLAMA

    Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

    Muxalifet4 - 30-03-2020

  6. “Görünür kimdəsə olub, kontaktda olmuşam, düşüb” - HABİL ƏLİYEVİN KORONAVİRUSA YOLUXAN QIZI DANIŞDI

    Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyevanın koronavirusa tutulması ilə bağlı Unikal.org xəbər yaymışdı.
    Kulis.az xəbəri təsdiqləmək üçün Vəfa Əliyeva ilə əlaqə saxlayıb. O xəbəri təsdiqləyərək xəstəxanada karantin rejimində olduğunu bildirib:

    Muxalifet4 - 30-03-2020

  7. Nazirdən kreditlərlə bağlı MÜHÜM AÇIQLAMA

    İndiki böhranın unikallığı ondan ibarətdir ki, bu, heç bir nəzəriyyədə, dərslikdə bəhs edilən iqtisadi böhran deyil.

    Bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

    Onun sözlərinə görə, qeyri-müəyyənlik elementi belə bir dönəmdə verilən qərarların sürət və keyfiyyətini ön plana çıxır:

    Muxalifet4 - 30-03-2020

  8. Bu şəxslərə də pul veriləcək... - RƏSMİ AÇIQLAMA

    "Bu dövrdə günəmuzd işləyən imkansız vətəndaşlarımız var. Onlar heç də narahat olmasınlar".

    Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Qurum rəsmisi sosial müdafiə ilə bağlı paketin müzakirəsinin son mərhələsidir:

    "Bu kateqoriyadan olan vətəndaşlar dövlətin himayəsindədirlər. Düşünməsinlər ki, dövlət onları unudub. Bu paket elan ediləcək"

    Muxalifet4 - 30-03-2020

  9. Azərbaycanda ad günü keçirmək də qadağan olundu

    Xüsusi rejim dövründə tədbirlərin təşkili üzrə xidmətlər dayandırılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

    Qərara əsasən, müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağan edilir.

    İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

    Muxalifet4 - 30-03-2020

  10. Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini ötdü - BİR GÜNDƏ DAHA 37 NƏFƏR ÖLDÜ

    Türkiyədə koronavirusa yoluxma hallarının sayı bir gün ərzində 1,6 min artaraq, 10 827-ə çatıb.

    Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

    O qeyd edib ki, daha 37 nəfər koronavirusun qurbanı olub, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfərə yüksəlib.

    "Bu gün 11 535 test keçirilib, onlardan 1 610-u müsbət olub, bizdə 10 827 koronavirusa yoluxmuş xəstə var. Bu gün 37 pasiyent itirdik, ölənlərin ümumi sayı 168 nəfərdir. Cəmi 162 pasiyent sağaldı, 725 nəfər reanimasiyadadır", - Koca “Twitter”də yazıb

    Muxalifet4 - 30-03-2020

  11. Gürcüstanda komendant saatı tətbiq olunacaq - SABAHDAN

    Sabahdan Gürcüstanın bütün ərazisində komendant saatı tətbiq olunacaq.

    Bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə məlumat verib.

    Onun sözlərinə görə, saat 21:00-dan saat 06:00-dək piyadaların və nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.

    Xatırladaq ki, qonşu ölkədə aprelin 21-dək fövqəladə vəziyyət qüvvədədir. Sabahdan ölkədə ümumi karantin rejimi tətbiq olunacaq./Report

    Muxalifet4 - 30-03-2020

  12. Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verilib

    Xüsusi karantin rejimində kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətinə məhdudiyyət qoyulmayacaq.
    Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə əksini tapıb.
    Sənəddə qeyd edilib ki, 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək olan müddətdə  xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə KİV-lərin fəaliyyətinin davam etdirilməsinə icazə verilir.

    Muxalifet4 - 30-03-2020

  13. İtaliyada koronavirusdan daha 812 nəfər öldü

    İtaliyada koronavirusdan ölənlərin sayı durmadan artır.

    Belə ki, son sutka ərzində ölkədə daha 812 nəfər dünyasını dəyişib. Bu göstəricidən sonra İtaliyda Covid-19-dan ölənləri sayı 11 591-ə çatıb.

    Qeyd edək ki, ölkədə 156 303 koronavirus xəstəsi var.

    Muxalifet4 - 30-03-2020

  14. Bakıda xüsusi karantin rejimini pozan 20 ictimai iaşə obyekti cəzalandırıldı

    Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da 31 cinayətin üstü açılıb. Onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
    Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə görə 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 12 faktın açılması tədbirlərlə təmin olunub.

    Muxalifet4 - 31-03-2020

  15. Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

    Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

    Muxalifet.azxəbər verir ki, avronun məzənnəsi 0,6% azalaraq 1,8737 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0214 manat təşkil edib.

    Muxalifet4 - 31-03-2020

  16. MSK-ya maliyyə hesabatı verən siyasi partiyalar - SİYAHI

    Mərkəzi Seçki Komissiyasına (MSK) 2019-cu il üzrə maliyyə hesabatı verən siyasi partiyalar məlum olub.

    Belə ki, ötən il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı 32 olub.

    Bunlar aşağıdakılardır:

    1. Yeni Azərbaycan Partiyası

    2. Azərbaycan Naminə Alyans Partiyası

    3. Azərbaycan Liberal Partiyası

    4. Azərbaycan Xalq Demokratik Partiyası

    5. Azərbaycan Sosial Demokrat Partiyası

    6. Böyük Quruluş Partiyası

    7. Azərbaycan Demokratik Maarifçilik Partiyası

    8. Azərbaycan Respublikaçılar Partiyası

    Muxalifet4 - 31-03-2020

  17. Gürcüstanda valyuta dəyişmə məntəqələri bağlandı

    Bu gündən Gürcüstanda bütün ölkə ərazisində valyuta dəyişmə məntəqələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

    Bunbarədə ölkənin Milli Bankından bildirilib.

    Kommersiya bankları, ödəmə sistemləri operatorları, mikromaliyyə təşkilatları, bankomat və poçt terminalları fəaliyyətlərini davam etdirəcək.

    Bank ölkə sakinlərini ölkənin koronavirusla effektiv mübarizəsinə kömək etmək üçün maksimal şəkildə onlayn ödənişlərdən istifadə etməyə çağırıb.

    Muxalifet4 - 31-03-2020

  18. “Topal” ləqəbli narkotacir belə ələ keçdi - SALYANDA ƏMƏLİYYAT / FOTO

    Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, şöbəyə Salyan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elvin Əliyevin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. 

    Polis əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı həmin şəxs saxlanılıb. 

    Muxalifet4 - 31-03-2020

  19. Günəmuzd çalışan 304 min nəfərə pul veriləcək - AZƏRBAYCANDA

    Qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün hökümətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır.

    Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, İqtisadiyyat nazirinin rəhbərliyilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr.

    Muxalifet4 - 31-03-2020

  20. Jurnalistin korona ilə bağlı sualı Trampı əsəbiləşdirdi

    ABŞ Prezidenti Donald Tramp yeni tip koronavirusla (COVİD-19) bağlı keçirdiyi mətbuat konfransında CNN kanalının jurnalistinin ünvanladığı suala əsəbiləşib.

    Muxalifet.az xəbər verir ki, jurnalistin “virus nəzarət altındadır və yaxında bitəcək” kimi yayılan açıqlamalarla bağlı sualına Trampın mövqeyi sərt olub.

    Muxalifet4 - 31-03-2020

Pages