Gürcüstanın bütün ərazisində karantin elan olundu

Baxış sayı:
3492

Gürcüstan hökuməti ölkənin bütün ərazisində karantin elan olunması barədə qərar qəbul edib.

Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu baş nazir Giorgi Qaxaria brifinqdə bildirib.

Onun sözlərinə görə, hökumət fövqəladə vəziyyətlə bağlı tədbirləri daha da gücləndirməyə qərar verib: “Sabah saat 08:00-dan etibarən bütün ölkə ərazisində karantin elan olunur”.

Qeyd edək ki, bu günə qədər yalnız Marneuli və Bolnisidə ciddi karantin rejimi tətbiq olunub. İki rayonda xüsusi rejim martın 23-dən qüvvədədir.