Bakıda sərnişin taksi sürücüsünü bıçaqlayıb

Baxış sayı:
4494

Sabunçu rayonunun Bilgəh qəsəbəsində 68 yaşlı taksi sürücüsü bıçaqlanıb.

APA xəbər verir ki,  sürücü Atlasov Aleksandr sərnişindən ödəniş tələb edib. Bu zaman sərnişin pul verməkdən imtina edərək sürücüyə bıçaqla zərbə endirib. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.